Previous Next
Bağla

Qlobal fərdi kompüter bazarında artım olacaq

18-10-2017 14:58
Qlobal fərdi kompüter bazarında artım olacaq

Gartner analitik şirkətinin mütəxəssislərinin proqnozuna görə, 2018-ci ildə korporativ seqmentdə kompüter parkının yenilənməsi, Rusiya və Çin bazarlarında tələbatın canlanması fonunda qlobal fərdi kompüter sahəsində artım qeydə alına bilər.

Təxmin edilir ki, 2018-ci ildə ənənəvi və hibrid fərdi kompüterləri, planşet və mobil telefonlar daxil olmaqla bütün kompüter qurğularının tədarük həcmi 2% artaraq 2,35 milyard təşkil edəcək. Analitiklər 2017-ci ildə kompüter elektronikası bazarının həcmini 2,31 milyard ədəd qiymətləndirirlər.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, Gartner şirkətinin eksperti Rancit Atval insanların tamamilə smartfonlardan istifadəyə keçməsi fikrini səhv adlandırıb.

Smartfonların populyarlığına baxmayaraq, bu yaxınlarda keçirilmiş sorğunun nəticəsinə görə, bir çox insanlar üçün masaüstü fərdi kompüterlər, noutbuklar və planşetlər elektron poçtla məktub göndərmə, yaxud onlayn video izləmək kimi məsələlərin icrasında heç də az rol oynamır.

Eyni zamanda analitik etiraf edib ki, istehlakçıların öz kompüterlərini gec-gec yeniləməsi istehsalçılar üçün çətinliklər yaradır. Bu səbəbdən analitiklər ənənəvi kompüterlər kateqoriyasında mənfi trendin saxlanılmasını gözləyirlər. 2018-ci ildə ənənəvi kompüterlərin tədarük həcmi 4,4% azalaraq 195 milyon, 2019-cu ildə isə 188 milyon təşkil edəcək.

Bununla belə, Windows 10 sistemi ilə işləyən yeni fərdi kompüterlərdən istifadəyə keçən biznes istifadəçilər sayəsində fərdi kompüterlər bazarı  yüksələn trayektoriya üzrə inkişaf edəcək. Tədarüklərin həcmi 2017-ci ildə 263 milyondan 2018-ci ildə 265 milyonadək artmalıdır.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Fərdi kompüterlərin satışı azalır

Fərdi kompüterlərin satışı azalır

30-05-2015
2018-də ən çox kompüter satan şirkətlər - SİYAHI

2018-də ən çox kompüter satan şirkətlər - SİYAHI

12-01-2019
Kompüter elektronikasının tədarükü artacaq

Kompüter elektronikasının tədarükü artacaq

08-07-2015
Fərdi kompüterlərin satışı azalıb

Fərdi kompüterlərin satışı azalıb

12-07-2015
Qlobal planşet bazarında rekord azalma qeydə alınacaq

Qlobal planşet bazarında rekord azalma qeydə alınacaq

01-09-2016
Fərdi kompüterlərin satışı azalıb

Fərdi kompüterlərin satışı azalıb

10-07-2015
2019-cu ildə qlobal İT xərcləri 3,8 trilyon dolları ötəcək

2019-cu ildə qlobal İT xərcləri 3,8 trilyon dolları ötəcək

19-10-2018
Türkmənistan Asiya ölkələrinə kompüter ixrac edəcək

Türkmənistan Asiya ölkələrinə kompüter ixrac edəcək

10-09-2019
Bu il dünya İT bazarında 2,7 faiz artım gözlənilir

Bu il dünya İT bazarında 2,7 faiz artım gözlənilir

16-01-2017
Kompüterlər bazarında yenidən azalma qeydə alınıb

Kompüterlər bazarında yenidən azalma qeydə alınıb

12-10-2018
“Windows 10 fərdi kompüterlərin satışını artırmağa kömək etməyəcək”

“Windows 10 fərdi kompüterlərin satışını artırmağa kömək etməyəcək”

09-07-2015
“Apple” kompüterlərinin ABŞ-da satışı artmaqda davam edir

“Apple” kompüterlərinin ABŞ-da satışı artmaqda davam edir

14-04-2015
Dünya İT bazarında azalma qeydə alınacaq

Dünya İT bazarında azalma qeydə alınacaq

08-04-2016
Fərdi kompüterlərin satışı azalıb

Fərdi kompüterlərin satışı azalıb

14-01-2016
Kompüterlərin 60 faizdən çoxu Windows 10 ilə işləyəcək

Kompüterlərin 60 faizdən çoxu Windows 10 ilə işləyəcək

09-12-2015
Bu il kompüterlər 10 faiz bahalaşacaq

Bu il kompüterlər 10 faiz bahalaşacaq

30-04-2015
Gartner: “Bu il dünya İT bazarının həcmi 1,4 faiz artacaq”

Gartner: “Bu il dünya İT bazarının həcmi 1,4 faiz artacaq”

19-04-2017
Şirkətlər fərdi kompüterdən istifadəyə üstünlük verir

Şirkətlər fərdi kompüterdən istifadəyə üstünlük verir

30-09-2015
2017-ci ildə qlobal İT bazarında artım qeydə alınacaq

2017-ci ildə qlobal İT bazarında artım qeydə alınacaq

20-10-2016
Oyun kompüterləri çoxlu enerji sərf edir

Oyun kompüterləri çoxlu enerji sərf edir

07-09-2015
Kompüter istehsalı azalıb

Kompüter istehsalı azalıb

10-04-2015
Dünyanın ən böyük kompüter istehsalçıları açıqlanıb

Dünyanın ən böyük kompüter istehsalçıları açıqlanıb

16-04-2019
2015-ci ildə dünyada mikrosxemlərin satışı azalacaq

2015-ci ildə dünyada mikrosxemlərin satışı azalacaq

12-10-2015
İnternetə qoşulan qurğuların sayı 8 milyardı ötüb

İnternetə qoşulan qurğuların sayı 8 milyardı ötüb

16-06-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə