Previous Next
Bağla

Java dilinin yaradıcısı Google şirkətinə işə düzəlib

30-03-2011 13:46
Java dilinin yaradıcısı Google şirkətinə işə düzəlib

Java proqramlaşdırma dilinin yaradıcısı Ceyms Qoslinq Google korporasiyasına işə düzəlib. Ən iri internet şirkətinə keçməsi barədə o şəxsi bloqunda yazıb. C. Qoslinqin sözlərinə görə, o Google-da konkret nə ilə məşğul olacağını hələ bilmir, lakin düşünür ki, şirkətin eyni zamanda bir neçə iri layihələrində iştirak edəcək. Yeni işinə proqramçı martın 28-də çıxıb.

Qeyd edək ki, Google-dan əvvəl C. Qoslinq 1984-cü ildən 2010-cu ilə kimi Sun Microsystems şirkətində çalışıb. Bu zaman ərzində o Java dilini tərtib edib. Eyni adlı Java platforması məhz bu dilin əsasında işləyir.

2010-cu ildə Sun şirkəti Oracle tərəfindən alınandan sonra C. Qoslinq işdən çıxmaq qərarına gəlir. Bu addımını şərh edərkən o qeyd edib ki, yeni rəhbərliyin Java tərtibatçılarına münasibəti yaxşı deyil. Həmçinin C. Qoslinq bildirib ki, Oracle onun maaşını azaltmağı planlaşdırırdı.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə