Previous Next
Bağla

Fotoqrafları bir araya toplayan yeni sayt yaradıldı

02-02-2016 11:36
Fotoqrafları bir araya toplayan yeni sayt  yaradıldı

Azərbaycanda peşəkar fotoqrafları bir platformada toplayan yeni sayt yaradılıb.

Belə ki, bu sayt birbaşa fotoqrafiya ilə bağlıdır. İstər bu sahənin peşəkarı, istər həvəskarı, istərsə də fotoqraf axtarışında olan insanlar üçün yeni yaradılıb.

Layihənin təsisçisi fotojurnalist Məhəmməd Türkməndir.

Dünən saytın təqdimatı olub və fəaliyyətə başlayıb.

Məhəmməd Türkmən layihə ilə bağlı Xeberler.az-a bildirib ki, bu, Azərbaycanda ilkdir:

Fotoqraflar.com saytı adından da bəlli olduğu kimi, bütün işi fotoqrafiya ilə bağlıdır. Saytımız üzərində bir müddətdir ki, iş gedirdi. Artıq bu gündən etibarən saytımız hər kəsə xidmət göstərəcək”.

Qeyd edək ki, saytda  peşəkar fotoqraflar qeydiyyatdan keçib. Onlar çəkdikləri fotoları, videoları, öz yazılarını, köşələrini, reportajlarını, bloqlarını sayta heç bir senzura olmadan yerləşdirirlər.

Öz kamerasını və ya hər hansı bir aksesuarı satmaq istəyən şəxslər üçün bu sayt ideal seçimdir. Saytın ana səhifəsində "Alıram-Satıram" bölməsi var ki, həmin bölmə xüsusi ilə bu məqsədlə yaradılıb. 

Saytda fotoqrafiya üzrə dərslər göstərilir. Bu dərslər videolu və ya yazılı formada həyata keçirilir. Bir müddət sonra Azərbaycanın ən tanınan fotoqrafları həvəskarlara pulsuz təlimlər keçəcəklər. Bu sahəyə marağı olanlar üçün belə bir şərait yaratmışıq. Peşəkar fotoqraflar üçün isə yeni kameraların və onların aksesuarlarının incələnməsi bölməsi var ki, bu da yeni məhsullar haqqında Azərbaycan dilində məlumat almaq istəyənlərə şərait yaradır. 

Layihə rəhbəri deyib ki, saytın digər bir üstünlüyü isə fotoqraf axtarışında olanların işini asanlaşdırmasıdır. Belə ki, hər hansı bir şəxs xeyir iş, tədbir və ya digər məsələlər üçün fotoqraf axtaran zaman saytımıza baş çəkərək, uzun vaxt itirməyəcək. Sayta daxil olaraq, buradakı peşəkar fotoqrafların əl işlərinə baxıb, istədiyi şəxslə əlaqə saxlaya biləcəklər:

“Həvəskar fotoqrafları da unutmadıq. Onlar üçün xüsusi bölmə ayırmışıq. Burada onların fotoları yer alacaq. Bir müddət sonra həmin fotolar arasında səsvermə olacaq və qaliblərə hədiyyələr təqdim ediləcək. Həmçinin, istənilən şəxs online sual-cavab bölməsi ilə fotoqrafiya ilə bağlı sualları bizə ünvanlaya və qısa zamanda cavab ala biləcəklər”.

O qeyd edib ki, hazırda saytda çalışan bütün dostlar bu işi təmənnasız edirlər:

“Xərcləri öz cibimizdən qarşılayırıq. Məqsədimiz Azərbaycan fotoqrafiyasına dəstək verməkdir. Fotoqraflar.com saytı daimi yenilənəcək və Azərbaycan fotoqrafiyasına öz dəstəyini verəcək”.

Məltəm Talıbzadə 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərpoçt aksiya keçirdi

20-08-2018

Azərbaycanda bütün tədbirləri pulsuz işıqlandıran daha bir sayt yaradılıb

08-06-2015

Gürcüstan azərbaycanlıları ilə bağlı yeni xəbər saytı yaradılıb

04-12-2010

İslamaz.com saytı yeni formatda istifadəyə verilib

24-03-2011

Azərbaycan dilində yeni idman portalı yaradılıb

03-11-2008

Ailə TV yeni sayt istifadəyə verdi

05-05-2017

Səmanın görüntüsünü çək, mükafat qazan- Müsabiqə

12-08-2017

“Bakı Metropoliten”QSC-nin saytı yenilənib

02-06-2015

Dünya mediasını bir platformaya toplayan portal yaradılıb

08-09-2015

AGBank yeni internet portalını istifadəyə verdi

25-12-2015

Nazirlik yeni saytını təqdim edib

17-05-2018

Kommunizimlə bağlı bütün məlumatlar www.Kommunist.az - da

10-02-2009

Magistraturaya hazırlaşanlar üçün yeni sayt yaradılıb

08-02-2016

Müdafiə Nazirliyinin rəsmi saytı yeniləndi

21-01-2017

“Azərbaycanda ilk dəfə olaraq elektron kitabxana da fəaliyyət göstərəcək”.

09-04-2011

Palmali Şirkətlər Qrupu rus dilində yeni xəbər saytı yaradıb

08-05-2009

AQTİ-nin yeni saytı istifadəyə verilib

07-06-2025

BakuBus-un yeni veb-saytı təqdim edilib

29-12-2015

Ulduzum-un saytı yeniləndi

23-05-2017

Wikileaks saytı fəaliyyətini niyə dayandırdı?

06-12-2010

MilliNet 2016 Nominantları hansı saytlardır?

16-12-2016

İstənilən təsviri canlandıran onlayn xidmət istifadəyə verilib

16-08-2016

Elektron ensiklopediya işıq üzü gördü

02-12-2011

"Gay.az" domeni satıldı (EKSKLÜZİV)

21-05-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə