Peşəkar fotoqraf Troy Plota və proqramçı Saşa Şnayder tərəfindən yaradılmış alqoritmlər öncədən müxtəlif rakurslardan çəkilmiş şəkillər və ya videomateriallar olmadan statik təsviri canlandıra bilir.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, Plotagraph Pro adlı yeni onlayn xidmət hazırda açıq beta-test mərhələsindədir.
İdeya müəllifləri texnologiyanın yalnız fotoqrafiya sahəsində deyil, həm də film istehsalı, reklam və s. kimi sahələrdə tətbiq edilə biləcəyini söyləyiblər. Belə ki, Coca-Cola, Pepsi və Chevrolet şirkətləri artıq yeni layihə ilə maraqlanıblar.
Onlayn xidmətdən istifadə etmək üçünplotagraphpro.com/beta internet ünvanına daxil olaraq fotonu sayta yükləmək, istifadə olunacaq deformasiya tipini göstərmək, zəruri olduqda rəngi korrektə etmək kifayətdir.
Nəticədə animasiyalaşdırılmış təsvir əldə olunacaq ki, onu GIF, MP4 və ya MOV formatlarında yaddaşda saxlamaq mümkündür.
Layihənin veb-saytında 299 dollar məbləğində ödəniş etdikdən sonra bu xidmətdən istifadə etmək olar. Plotagraph Pro-nun rəsmi Instagram səhifəsində hazır fotoşəkillərlə tanış olmaq mümkündür.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri