“Fujitsu” məlumatların optik texnologiyalar ilə ötürülməsinə əsaslanan serverlər təqdim edib

07-11-2013 / 07:16
“Fujitsu” şirkətinin nümayiş etdirdiyi yeni serverlərdə məlumatların ötürülməsi üçün işıq fotonları və lazer şüası əsasında nazik optik birləşmələrdən istifadə edilir.

 Ənənəvi serverlərdə daha aşağı sürət, yüksək müqavimət və daha aşağı buraxılış zolağına malik mis birləşmələrdən istifadə olunur. Şirkət iki yeni “Primergy RX200” serverlərini nümayiş etdirib: onlar genişləndirmə optik kabellər vasitəsilə qoşulub və bir-biri ilə işıq şüası vasitəsilə məlumat mübadiləsi edirlər. Şirkətdən bildirilib ki, serverlərdə reallaşdırılmış optik texnologiyalar “Intel” korporasiyasının həllərinə əsaslanır.

Optik rabitə texnologiyası “Intel OPCI-Express” protokoluna əsaslanır. O, məlumatların böyük məsafələrə və yüksək sürətlə ötürülməsini nəzərdə tutur, bundan başqa optik ötürülmə siqnal gücləndiriciləri tələb edir. Yaradılmış sistemlər məlumatları 68 Qbit/s sürətlə ötürə bilər. (ictnews.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə