Fujitsu AMILO Si 3655 noutbukları

02-09-2008 / 18:05
Fujitsu Siemens Computers şirkəti Intel Centrino 2 - AMILO Si 3655 platforması əsasında olan noutbuk təqdim etdi.
Yeni noutbuk layiqli görkəm, yüksək sürətlilik və səmərəlilik axtaranlar üçündür. Nazik ağ-sədəf rəngli, 2,3 kq çəkisi olan noutbukunun BrilliantView ekranı yaxşı rəng ötürücüsü, yüksək keyfiyyətli təsvir və kontrasta malikdir. Birləşdirilmiş mikrofonlar arzuolunmaz səsləri kənarlaşdırır və səsi yüksək keyfiyyətlə ötürür.  eSATA portu və «15-də-1» kardrideri şəkilləri, musiqini, videonu asan və tez yazmağa imkan verir.
Inteqral Intel WiFi Link 5100 AGN adapteri isə 802.11a, 802.11g və 802.11n (draft) standartlı simsiz şəbəkələrlə işləyir. Bluetooth və ExpressCard ayırıcısı da istifadəçiyə simsiz şəbəkə ilə işləməyə kömək edir.
Və nəhayət, 1,3 MHS low-light texnologiyası ilə Logitech QuickCam veb-kamerası ən zəif işıqlandırılmada belə işləmə imkanı verir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə