İxtisaslaşdırılmış gəmi Bakı limanından çıxaraq Qazaxıstanın Aktau limanı istiqamətində Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişinə başlayıb.
Xeberler.az Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə istinadən məlumat verir ki, əlverişli hava şəraitində sualtı kabelin çəkilişinin 15-20 gün ərzində başa çatdırılması planlaşdırılır.
Daha əvvəl Çində istehsal olunmuş və sınaqdan keçirilmiş zirehli optik kabel Kurık limanına çatdırılıb, sonra isə Bakıya daşınıb. Hazırda kabel tam olaraq kabel çəkən gəminin göyərtəsindəki xüsusi rezervuara yüklənib.
Qeyd edək ki, layihəni Qazaxıstanın "Kazakhtelecom" SC və Azərbaycanın "AzerTelecom International" şirkəti tərəfindən yaradılmış "CaspiLink B.V." birgə müəssisəsi həyata keçirir. Kabelin Qazaxıstan və Azərbaycan hissələri artıq birləşdirilib, bütün optik xətlər sınaqdan keçirilib.
Transxəzər Fiber-Optik Kabel Xəttinin 2026-cı ilin sonunadək istismara verilməsi planlaşdırılır.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları