Previous Next
Bağla

Füzulidə DOST məntəqəsi fəaliyyətə başlayıb

27-11-2025 17:40
Füzulidə DOST məntəqəsi fəaliyyətə başlayıb

İşğaldan azad edilmiş ərazilərimizdə DOST xidmətləri şəbəkəsinin qurulması istiqamətində növbəti addım olaraq Füzuli şəhərində Qarabağ Regional DOST Mərkəzinin DOST məntəqəsi fəaliyyətə başlayıb.

Xeberler.az bildirir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov məntəqədə yaradılan şəraiti və xidmətlərin göstərilməsi prosesini nəzərdən keçiriblər.

Anar Əliyev DOST konsepsiyasının Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər aparılan sosial islahatların mühüm uğurlarından biri olduğunu
vurğulayıb. Bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST modeli əsasında artıq Füzulidə də dövlət sosial xidmətləri “bir pəncərə”dən, müasir, çevik və şəffaf, vətəndaş məmnunluğuna uyğun göstərilir.

Nazir yeni DOST məntəqəsində daim yüksək səviyyədə xidmətlərin göstərilməsi, habelə məşğulluqla bağlı müraciət edən sakinlərin aktiv məşğulluq proqramlarına cəlb edilmələri və s. barədə tapşırıqlarını verib.

Böyük Qayıdış Proqramına uyğun olaraq dogma yurd yerlərinə qayıdan insanların DOST xidmətləri ilə əhatə edilmələri üçün ardıcıl işlər aparılır. Belə ki, 2022-ci ildə Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi, 2023-cü ildə Bərdədə 10 rayon və şəhərin (Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Şuşa, Xocavənd, Ağdərə, Xankəndi) sakinlərinə xidmət göstərən Qarabağ Regional DOST Mərkəzi və 2024-cü ildə onun Şuşada filialı, bu ilin avqust ayında Kəlbəcərdə DOST məntəqəsi açılıb.

Füzuli DOST məntəqəsinin fəaliyyətə başlaması bu istiqamətdə növbəti addımdır. Məntəqə mobillik və konstruktivlik elementləri ilə müasir üslubda layihələndirilib.

Burada həmçinin, məşğulluq xidmətlərinin və KOBİA tərəfindən kiçik və orta biznesin inkişafının dəstəklənməsi istiqamətində xidmətlərin göstərilməsi, gün ərzində orta hesabla 120-dək vətəndaşın qəbulu nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

On ayda DOST mərkəzlərində 739 min vətəndaşa xidmət göstərilib

17-11-2025

9 ayda DOST mərkəzlərində 658 min vətəndaşa xidmət göstərilib

16-10-2025

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

30-10-2025

DOST mərkəzlərində 213 min vətəndaşa xidmət göstərilib

14-04-2025

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib

24-01-2026

Ötən ay DOST mərkəzlərində 86 min vətəndaşa xidmət göstərilib

16-02-2026

DOST mərkəzlərində 300 min vətəndaşa xidmət göstərilib

15-05-2025

Kəlbəcərdə DOST məntəqəsi fəaliyyətə başlayıb

25-08-2025

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

20-02-2026

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

18-04-2025

Bu il Laçın və Füzulidə “Smart DOST” məntəqələri yaradılacaq

05-09-2024

DOST mərkəzlərinə 3 milyonuncu müraciət Zəngilanda qeydə alınıb

26-09-2024

Qarabağ Regional DOST Mərkəzinin açılışından 2 il ötür

07-08-2025

Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub

20-08-2024

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

29-12-2024

Kəlbəcər DOST məntəqəsi vətəndaşların xidmətindədir

20-09-2025

DOST Agentliyinin fəaliyyətinə dair infosessiya keçirilib

14-03-2025

Zəngilanda ilk “Smart DOST” məntəqəsi istifadəyə verildi

27-05-2022

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

20-08-2025

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

03-10-2024

DOST Agentliyi və ilk DOST mərkəzinin açılışından 6 il ötür

09-05-2025

Niger dövlət başçısının xüsusi müşaviri Kemi Seba 1 saylı Bakı DOST Mərkəzində olub

05-10-2024

Ötən il DOST mərkəzlərində 922 min vətəndaşa xidmət göstərilib

14-01-2025

TDT ölkələrinin nazirləri DOST Mərkəzində olublar

05-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə