Previous Next
Bağla

Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir

19-10-2026 20:38
Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun azadlığına qovuşdurduğu Qarabağda və Şərqi Zəngəzurda infrastruktur bərpa olunur, yeni həyat qurulur. Yeni yollar, evlər, məktəblər inşa edilir. Azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri təkcə infrastrukturun yenidən yaradılması deyil, həm də tarixi yaddaşın və sosial həyatın bərpasıdır. Doğma yurduna qayıdan hər bir ailə üçün yeni ev, iş yeri və əlçatan dövlət xidmətləri gələcəyə inamın mühüm dayaqlarıdır. Qarabağda və Şərqi Zəngəzurda getdikcə genişlənən DOST xidmətləri şəbəkəsi də Böyük Qayıdış prosesinin sosial təminat istiqamətində mühüm tərkib hissəsidir.

Xeberler.az məlumat verir ki, sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan DOST layihəsi Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsüdür. 2019-cu ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyi və ilk DOST Mərkəzinin açılışı olub. Dövlətimizin başçısı açılış tədbirində çıxışı zamanı deyib: “Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”.

Bu gün DOST mərkəzlərində 15 istiqamət üzrə 164 xidmət “bir pəncərə” prinsipi əsasında təqdim olunur. İndiyədək 5 milyona yaxın vətəndaş DOST xidmətlərindən faydalanıb. Vətəndaşların göstərilən xidmətlərdən məmnunluq səviyyəsi isə 98,9 faiz təşkil edir.

Qarabağda və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi mərhələli şəkildə genişləndirilir. Bu istiqamətdə ilk addım Zəngilan rayonunun Ağalı kəndində atılıb. DOST-un işğaldan azad edilmiş ərazilərdə fəaliyyət tarixinin başlanğıcı da məhz bu kəndlə bağlıdır. 2022-ci ilin mayında Zəngilanın Ağalı kəndində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılan ilk “Smart DOST” məntəqəsi “Ağıllı kənd” layihəsinin mühüm tərkib hissəsi oldu.

“Smart DOST” məntəqəsi dövlət xidmətlərini kənd sakinlərinin yaşadığı əraziyə gətirməklə onların gündəlik həyatını asanlaşdırır. Ağalıya köçən ailələr pensiya, müavinət və digər sosial təminat məsələləri ilə bağlı uzaq məsafə qət etmədən, yaşadıqları kənddə xidmətlərdən yararlana bilirlər. “Smart DOST” vətəndaşlara onlayn rejimdə 100-dən çox xidmətdən yararlanmaq imkanı yaradır. Məntəqədə çalışan əməkdaşların da Ağalı sakinləri olması yerli məşğulluğun dəstəklənməsi baxımından əhəmiyyətlidir.

2023-cü il avqustun 7-də Prezident İlham Əliyevin iştirakı ilə Bərdə şəhərində Qarabağ Regional DOST Mərkəzinin açılışı olub. Mərkəz qeydiyyat yerindən asılı olmayaraq, bütün vətəndaşlara xidmət göstərir. Mərkəz bölgə əhalisinin sosial xidmətlərə çıxışını asanlaşdırmaqla yanaşı, peşə hazırlığı və reabilitasiya imkanlarının genişləndirilməsinə də töhfə verir.

Mərkəzin nəzdində Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi də açılıb. 7 emalatxana, 8 sinif və təlimat otağı, eləcə də Peşəyönümü və Karyera Mərkəzi, inzibati və texniki otaqlardan ibarət olan həmin mərkəzdə 48 peşə istiqaməti üzrə tədrisin həyata keçirilməsi üçün hər bir şərait yaradılıb. Bu imkanlar bölgə sakinlərinin yeni peşələrə yiyələnməsi, əmək bazarına inteqrasiyası və məşğulluq imkanlarının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Qarabağ Regional DOST Mərkəzində fəaliyyət göstərən “RehaPoint” – Reabilitasiya Məntəqəsində isə bölgə sakinlərinə reabilitasiya xidmətləri göstərilir.

Qarabağda DOST xidmətlərinin növbəti ünvanı mədəniyyət paytaxtımız Şuşa oldu. Prezident İlham Əliyev 2024-cü il iyulun 5-də Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak etdi.

Mərkəzin yerləşdiyi keçmiş poçt binası və ətraf ərazi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən əsaslı şəkildə yenidən qurulub, geniş yaşıllıq zonası salınıb. Dördmərtəbəli binada Şuşa DOST qəbul şöbəsi və “ASAN xidmət”, KOB evi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin filialları fəaliyyət göstərir. Mərkəzin diqqətçəkən xüsusiyyətlərindən biri də yerli sakinlərin məşğulluğuna verdiyi töhfədir. Burada yaradılan iş yerlərinin hamısında Şuşa sakinləri çalışırlar.

Beləliklə, Dövlət Xidmətləri Mərkəzi həm vətəndaşların xidmətlərə çıxışını təmin edir, həm də doğma şəhərinə qayıdan insanların burada işləməsinə və həyatlarını yenidən qurmasına imkan yaradır.

Böyük Qayıdış Proqramına uyğun olaraq Kəlbəcərdə də dövlət xidmətlərinə rahat çıxış təmin olunub. Rayonda fəaliyyətə başlayan DOST məntəqəsi öz yurduna qayıdan sakinlərə xidmət göstərir. Məntəqədə xidmətlər “bir pəncərə” prinsipi əsasında, müasir, çevik və şəffaf mexanizmlərlə təqdim olunur. Burada vətəndaşlara məşğulluq, sosial müdafiə xidmətləri ilə yanaşı, sahibkarlıq təşəbbüslərinə dəstək imkanları da yaradılıb. Kəlbəcər DOST məntəqəsinin fəaliyyəti sakinlərin sosial xidmətlərə rahat çıxışını təmin edir, gündəlik sosial təminat məsələlərinin yaşadıqları ərazidə həllinə şərait yaradır. Bu məntəqə Qarabağ Regional DOST Mərkəzinin xidmət əhatəsini genişləndirərək Böyük Qayıdışla paralel olaraq bölgədə sosial xidmət infrastrukturunun inkişafına töhfə verir.

İşğaldan azad edilmiş ərazilərdə DOST şəbəkəsinin qurulması istiqamətində növbəti addım Füzuli şəhərində atılıb. Qarabağ Regional DOST Mərkəzinin Füzuli DOST məntəqəsi fəaliyyətə başlayıb. Mobillik və konstruktivlik elementləri ilə müasir üslubda layihələndirilən Füzuli DOST məntəqəsi gün ərzində 120-dək vətəndaşı qəbul edə bilir. Yeni məntəqə Füzuliyə qayıdan sakinlərin sosial xidmətlərə daha rahat çıxışını təmin etməklə DOST şəbəkəsinin bölgədəki əhatə dairəsini genişləndirir.

Ağalıdan Bərdəyə, Şuşadan Kəlbəcərə və Füzuliyə qədər genişlənən DOST şəbəkəsi doğma yurduna qayıdan vətəndaşların sosial müdafiə və məşğulluq xidmətlərinə daha rahat çıxışını reallaşdırır.

Qarabağ yenidən qurulur. Bu qurulan həyatın içində DOST da var – vətəndaşa “Sən tək deyilsən, dövlət sənin yanındadır” deyən DOST.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ötən ay DOST mərkəzlərində 86 min vətəndaşa xidmət göstərilib

Ötən ay DOST mərkəzlərində 86 min vətəndaşa xidmət göstərilib

16-02-2026
Son dörd ayda DOST mərkəzlərində 335 min vətəndaşa xidmət göstərilib

Son dörd ayda DOST mərkəzlərində 335 min vətəndaşa xidmət göstərilib

20-05-2026
Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib

24-01-2026
DOST mərkəzlərində 213 min vətəndaşa xidmət göstərilib

DOST mərkəzlərində 213 min vətəndaşa xidmət göstərilib

14-04-2025
9 ayda DOST mərkəzlərində 658 min vətəndaşa xidmət göstərilib

9 ayda DOST mərkəzlərində 658 min vətəndaşa xidmət göstərilib

16-10-2025
On ayda DOST mərkəzlərində 739 min vətəndaşa xidmət göstərilib

On ayda DOST mərkəzlərində 739 min vətəndaşa xidmət göstərilib

17-11-2025
Qarabağ Regional DOST Mərkəzinin açılışından 2 il ötür

Qarabağ Regional DOST Mərkəzinin açılışından 2 il ötür

07-08-2025
Füzulidə DOST məntəqəsi fəaliyyətə başlayıb

Füzulidə DOST məntəqəsi fəaliyyətə başlayıb

27-11-2025
DOST mərkəzlərində 300 min vətəndaşa xidmət göstərilib

DOST mərkəzlərində 300 min vətəndaşa xidmət göstərilib

15-05-2025
Zəngilanda ilk “Smart DOST” məntəqəsi istifadəyə verildi

Zəngilanda ilk “Smart DOST” məntəqəsi istifadəyə verildi

27-05-2022
DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

20-02-2026
Kəlbəcər DOST məntəqəsi vətəndaşların xidmətindədir

Kəlbəcər DOST məntəqəsi vətəndaşların xidmətindədir

20-09-2025
DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

18-04-2025
Bu il Laçın və Füzulidə “Smart DOST” məntəqələri yaradılacaq

Bu il Laçın və Füzulidə “Smart DOST” məntəqələri yaradılacaq

05-09-2024
Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub

Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub

20-08-2024
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

30-10-2025
DOST mərkəzlərinə 3 milyonuncu müraciət Zəngilanda qeydə alınıb

DOST mərkəzlərinə 3 milyonuncu müraciət Zəngilanda qeydə alınıb

26-09-2024
DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

29-12-2024
DOST Agentliyi və ilk DOST mərkəzinin açılışından 6 il ötür

DOST Agentliyi və ilk DOST mərkəzinin açılışından 6 il ötür

09-05-2025
DOST mərkəzi 1 milyonuncu vətəndaşa xidmət göstərdi   

DOST mərkəzi 1 milyonuncu vətəndaşa xidmət göstərdi  

21-07-2022
DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

03-10-2024
DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

20-08-2025
Ötən il DOST mərkəzlərində 922 min vətəndaşa xidmət göstərilib

Ötən il DOST mərkəzlərində 922 min vətəndaşa xidmət göstərilib

14-01-2025
Ötən ay DOST mərkəzlərində 84 min vətəndaşa xidmət göstərilib

Ötən ay DOST mərkəzlərində 84 min vətəndaşa xidmət göstərilib

20-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə