Previous Next
Bağla

Gələcəyin Peşələri Sammiti keçiriləcək

06-10-2025 12:55
Gələcəyin Peşələri Sammiti keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti (GPS) keçiriləcək.

Xeberler.az bildirir ki, tədbir 30 oktyabr 2025-ci il tarixində Naxçıvan şəhərində “Gələcəyə tərəf” devizi altında təşkil olunacaq.

Sammitin məqsədi əmək bazarında baş verən dəyişiklikləri, yeni peşə və bacarıqlarla bağlı tələbləri, texnologiya və innovasiyaların iş dünyasına təsirlərini peşəkar mühitdə müzakirə etmək, təhsil və məşğulluq sahələrində yeni çağırışlar nəzərə alınmaqla, bu ekosistem iştirakçılarının gələcək əmək bazarına hazırlıqlarını dəstəkləməkdir. GPS işəgötürənlər, dövlət qurumları, təhsil müəssisələri və peşəkarlar arasında sağlam fikir mübadiləsi üçün vahid platforma yaratmağı nəzərdə tutur. Sammitin hədəfləri gələcəyin peşə və bacarıqlarının müəyyənləşdirilməsi və tanıdılması, iş dünyasının yeni tendensiyalarının paylaşılması, tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi, hədəf qrup olan peşəkarların daha çevik, innovativ və rəqabətədavamlı karyera həlləri ilə təmin olunmasına şərait yaradılmasıdır.

Tədbir çərçivəsində “Əmək bazarının transformasiyası” və “Dəyişikliklərə adaptasiya” adlı iki panel müzakirəsi təşkil olunacaq. Panellərdə təhsil strategiyalarında yeni yanaşmalar və gələcək addımlar, müasir məşğulluq strategiyaları, gələcəyin peşə və bacarıqlarında gözlənilən yeniliklər və bu yeniliklərə adaptasiya yolları, gələcək əmək bazarına hazırlıq və bu çərçivədə Naxçıvan Muxtar Respublikasının qarşısında duran çağırışlar müzakirə ediləcək.

Sammitdə yerli və xarici karyera məsləhətçiləri, təlimçilər, insan resursları üzrə mütəxəssislər, sahibkarlar, təhsil ekspertləri, dövlət və özəl sektorun nümayəndələri, inkişaf mentorları iştirak edəcəklər.

Tədbirə iştirakçı qismində qatılmaq istəyən şəxslər üçün yaxın günlərdə qeydiyyata
başlanacaq və qeydiyyat proseduru barədə Dövlət Məşğulluq Agentliyinin rəsmi saytı və sosial media səhifələrində məlumat paylaşılacaq. Sammit barədə daha ətraflı məlumatı www.geleceyinpesheleri.az saytından əldə edə bilərsiniz.

Gələn ay Gələcəyin Peşələri Sammitinin Bakı şəhərində də keçirilməsi nəzərdə tutulub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Gələcəyin Peşələri Sammiti: Bakı-2025” keçirilir

28-11-2025

Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib

30-10-2025

4-cü Azərbaycan Karyera İnkişaf Forumu keçiriləcək

26-11-2024

Nazir: Süni intellektin inkişafı dünya əmək bazarını yenidən formalaşdırır

28-11-2025

Elektron əmək birjası platforması nə vaxt hazır olacaq?-Rəsmi

21-12-2022

Naxçıvan Regional DOST Mərkəzi bu il istifadəyə veriləcək

12-03-2025

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

04-12-2025

Bakcell Karyerada ilk addım devizi altında keçirilən tədbirə qoşuldu

27-09-2018

Peşə hazırlığı təşkil edilən peşə və ixtisasların sayı artırılıb

15-04-2022

İKT sahəsində əmək müqavilələrinin sayı 34 minə çatıb

29-11-2025

Bakcell BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib

27-09-2019

Nazir: Elektron əmək müqaviləsi sisteminə keçidi yekunlaşdırmalıyıq

19-12-2024

Azərbaycan nümayəndə heyəti Dünya Konqresində iştirak edir

26-04-2022

Vahid əmək münasibətləri platforması gələn ayın əvvəlindən istifadəyə veriləcək

18-04-2022

“Əmək və Məşğulluq” elektron sistemində funksionallıqlar artırılacaq  

15-07-2022

“Azercell”-dən gənclərə növbəti iş imkanı

03-03-2020

Dövlət Məşğulluq Agentliyi ilə “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

21-12-2021

Azərbaycanda əmək münasibətləri sistemində yenilik

05-05-2022

Azərbaycanda dördüncü Karyera İnkişaf Forumu keçirilir

19-12-2024

Anar Əliyev:Nazirlik üzrə elektronlaşma 90 faizdən yüksəkdir

24-09-2025

“Məzunların məşğulluq reytinqi” platforması müsabiqədə qalib seçilib

22-04-2025

“Məzunların məşğulluq reytinqi” platforması mükafatlandırılıb

31-10-2024

Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilib

31-10-2025

Bakıda yerli şirkətlərin tanıtım sərgi-konfransı öz işinə başlayıb

16-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə