Previous Next
Bağla

Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib

30-10-2025 18:09
Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib.

Xeberler.az bildirir ki, “Gələcəyə tərəf” devizi altında Naxçıvan şəhərində baş tutan tədbirin məqsədi əmək bazarında yeni peşə və bacarıqlarla bağlı tələbləri, texnologiya və innovasiyaların iş dünyasına təsirlərini peşəkar mühitdə müzakirə etmək, təhsil və məşğulluq sahələrində yeni çağırışlar nəzərə alınmaqla, bu ekosistem iştirakçılarının gələcək əmək bazarına hazırlığını dəstəkləməkdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikasının baş naziri Ceyhun Cəlilov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Naxçıvan MR-in əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan MR Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, digər dövlət qurumlarının rəsmiləri, özəl sektorun nümayəndələri, yerli və xarici karyera məsləhətçiləri, insan resursları üzrə mütəxəssislər, təhsil ekspertləri, inkişaf mentorları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Samir Seyidəhmədli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də insan kapitalının inkişafının əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edildiyini, Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə mühüm addımlar atıldığını bildirib.

O, muxtar respublikada elektron xidmətlərin genişləndirilməsi, təhsil və məşğulluq əlaqələrinin gücləndirilməsi, gənclərin innovativ layihələrə cəlb olunması, ixtisaslı kadr hazırlığı və s. sahələrdə həyata keçirilən genişmiqyaslı tədbirləri qeyd edib.

Vurğulanıb ki, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda da muxtar respublikada yeni iqtisadi istiqamətlərin formalaşdırılması, insan kapitalının gücləndirilməsi əsas hədəflər sırasındadır. Gələcəyin peşələri artıq bu gündən formalaşır və bu baxımdan, muxtar respublikada yeni istiqamətlər üzrə hazırlıq və təcrübə proqramlarının genişləndirilməsi xüsusi önəm kəsb edir. Vüsal Nəsirli belə bir sammitin təşkilinin ölkəmizin məşğulluq siyasətində yeni düşüncə mərhələsinin göstəricisi, insan kapitalına, eləcə də bilik və bacarıqların gələcək nəsillərə ötürülməsinə yönəlmiş strateji baxışın ifadəsi olduğunu qeyd edib.

Nazir müavini bildirib ki, Naxçıvan MR-da da hazırda yenilənən iqtisadiyyatın, innovativ yanaşmaların və gənclərin potensialının üzə çıxarılması sahəsində mühüm və ardıcıl işlər aparılır. Bu Sammitin nəticələri gələcəyin peşə ekosisteminin formalaşmasına dəyərli töhfə verəcək. Çünki burada dövlət, özəl sektor və təhsil müəssisələri gələcəyin peşə xəritəsini formalaşdırmaq üçün birgə səylər göstərəcək. Biz birlikdə gələcəyin əmək bazarını daha inklüziv, rəqabətədavamlı və insan mərkəzli edə bilərik.

Digər çıxış edənlər də Sammitin əhəmiyyətini, gələcəyin əmək bazarına hazırlıq baxımından belə tədbirlərin və vahid müzakirə platformasının yaradılmasının vacibliyini qeyd ediblər.

Tədbir çərçivəsində “Əmək bazarının transformasiyası” və “Dəyişikliklərə adaptasiya” adlı iki panel müzakirəsi təşkil olunub. Panellərdə təhsil strategiyalarında yeni yanaşmalar və gələcək addımlar, müasir məşğulluq strategiyaları, gələcəyin peşə və bacarıqlarında gözlənilən yeniliklər, bu yeniliklərə adaptasiya yolları, gələcək əmək bazarına hazırlıq, bununla bağlı Naxçıvan MR-də qarşıda duran çağırışlar müzakirə edilib.

Növbəti Gələcəyin Peşələri Sammitinin bu ay Bakı şəhərində keçirilməsi nəzərdə tutulub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Gələcəyin Peşələri Sammiti keçiriləcək

06-10-2025

“Gələcəyin Peşələri Sammiti: Bakı-2025” keçirilir

28-11-2025

Naxçıvan Regional DOST Mərkəzi bu il istifadəyə veriləcək

12-03-2025

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti yaradıldı

01-08-2018

Naxçıvanda bir sıra qurumlar Data, İnternet və “Voice” şəbəkələrinə qoşulub

06-02-2023

Nazir: Süni intellektin inkişafı dünya əmək bazarını yenidən formalaşdırır

28-11-2025

Naxçıvanın rabitə və yeni texnologiyalar naziri işdən çıxarılıb, nazir əvəzi təyin olunub

08-09-2023

Naxçıvan İnnovasiya Mərkəzi açılıb

01-10-2025

Azərbaycanda yeni nazir müavini təyin edilbib

29-03-2020

Naxçıvanda fiber-optik magistral şəbəkə Türkiyə ilə əlaqələndiriləcək

05-06-2023

Naxçıvanın rabitə və yeni texnologiyalar nazirinin müavini vəzifəsindən azad edilib

12-03-2020

Muxtar respublikada müasir təhsil infrastrukturu yaradılır

07-07-2015

Naxçıvanda Sənaye Parkı yaradılacaq

05-06-2023

E-xidmətlərdən istifadə ilə bağlı maarifləndirici tədbirlər davam edir

25-04-2016

Nazir Rəşad Nəbiyev Naxçıvan Muxtar Respublikasına səfər edib

22-07-2022

Naxçıvanın rabitə və nəqliyyat sahəsinin inkişafı üzrə perspektiv planlar müzakirə edilib

08-06-2023

Nazir vəzifəsindən azad edildi

05-03-2020

Naxçıvanda Data Mərkəz inşa ediləcək

11-01-2024

Elektron əmək birjası platforması nə vaxt hazır olacaq?-Rəsmi

21-12-2022

Naxçıvanda Data Mərkəzi inşa ediləcək

24-10-2023

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

04-12-2025

İnnovasiyali iqtisadiyyatda rəqəmsallaşmaya dair konfrans keçirilib

25-02-2025

Naxçıvan MR-də mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti radiomonitorinq edilib

24-04-2024

Naxçıvanda sahibkarlara güzəştli kreditlər verilməsi üçün məqsədli limit ayrılacaq

20-09-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə