Previous Next
Bağla

Vahid əmək münasibətləri platforması gələn ayın əvvəlindən istifadəyə veriləcək

18-04-2022 12:18
Vahid əmək münasibətləri platforması  gələn ayın əvvəlindən istifadəyə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əmək Münasibətləri və Məşğulluq” altsisteminin (ƏMAS) hazırlanması işlərini artıq başa çatdırır. Hazırda sınaq işləri gedir. Gələn ayın əvvəlindən bu e-platformanın istifadəyə verilməsi nəzərdə tutulur.

 

Xeberler.az bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ƏMAS-ın hazırlanması ilə bağlı aparılan işlərə dair keçirilən iclasda bildirib.

 

Nazir vurğulayıb ki, bu altsistem bütün işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platforması rolunu oynayacaq və rəqəmsal kadr uçotu sisteminin qurulmasını təmin edəcək. Yeni e-platforma həm işəgötürənlər, həm də işçilər, eləcə də işsiz və işaxtaran şəxslər üçün mühüm dəstək olacaq.

 

S.Babayev bildirib ki, işəgötürənlərin kadr məsələləri ilə bağlı işlərinin daha çevik və rahat yerinə yetirilməsini dəstəkləyəcək ƏMAS məşğulluq xəritəsini, həmçinin məşğulluq reyestrini formalaşdırmağa, elektron birja və elektron peşə təliminə də şərait yaradır.

 

Qeyd edilib ki, altsistem işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq proqramlarına əlçatanlığını daha da artırmaqla, onların bu proqramlara cəlb olunması prosesinin daha operativ təşkilinə imkan verəcək.

 

Əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və s. məsələlərdə də altsistem öz dəstəyini göstərəcək.

 

İclasda ƏMAS-ın hazırlanması, yeni e-platformanın sınaqdan keçirilməsi işlərinə dair müzakirələr aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda əmək münasibətləri sistemində yenilik

05-05-2022

“Əmək və Məşğulluq” elektron sistemində funksionallıqlar artırılacaq  

15-07-2022

E-texnologiyaların tətbiqi daha da genişləndirilir

10-02-2024

Nazirliyin sistemi “İlin Rəqəmsal Layihəsi” seçildi

15-12-2022

ƏMAS-da “İş yerlərinin zərərliliyinin attestasiyası” altbölməsi yaradılıb

15-04-2025

Əmək münasibətləri üzrə rəqəmsal həllərin tətbiqi genişlənir

06-03-2025

ƏMAS platformasında e-qaydada 270 mindən çox əmək müqaviləsi imzalanıb

17-09-2024

ƏMAS-da e-qaydada 700 mindən çox əmək müqaviləsi imzalanıb

01-11-2024

“Əmək müqaviləsi bildirişi” altsisteminə giriş məhdudlaşdırılacaq

06-05-2022

ƏMAS-da qısamüddətli icazələrin e-rəsmiləşdirilməsi imkanı yaradılıb

11-11-2025

“Əmək və Məşğulluq” altsisteminə yeni funksionallıq əlavə edilib

29-04-2025

“E-əmək birjası” platforması yaradılır

12-09-2020

Elektron əmək birjası platforması nə vaxt hazır olacaq?-Rəsmi

21-12-2022

“DOST Müfəttiş” layihəsi və ƏMAS-a həsr olunmuş tədbir keçirilib

25-09-2024

“Əmək və Məşğulluq” altsistemində yeni funksionallıq yaradılıb

27-10-2025

Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilib

31-10-2025

“Məşğulluq” altsistemi vətəndaşlara məşğulluq xidmətlərinə elektron qaydada müraciət imkanı yaradacaq

04-07-2019

Məşğulluq altsistemində vakansiyalar üzrə göndərişlərin verilməsi e-qaydada aparılır

22-01-2020

ƏMAS-da e-qaydada 1 milyon 745 minədək əmək müqaviləsi imzalanıb

29-07-2025

ƏMAS-da atalıq məzuniyyəti ilə bağlı yeni funksionallıq tətbiq edilib

28-01-2026

Məhkumluq haqqında arayışı ƏMAS-dən əldə etmək mümkündür

29-11-2024

Məşğulluq altsistemi istifadəyə verilib

08-11-2019

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni altsistem hazırlayır

25-04-2022

ƏMAS-da "İşədüzəlmədə vasitəçilik" modulu istifadəyə verilib

13-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə