Previous Next
Bağla

Nazir: Elektron əmək müqaviləsi sisteminə keçidi yekunlaşdırmalıyıq

19-12-2024 11:26
Nazir: Elektron əmək müqaviləsi sisteminə keçidi yekunlaşdırmalıyıq

"Biz qanunvericilikdə müəyyən edilmiş müddət ərzində elektron əmək müqaviləsi sisteminə keçidi tam yekunlaşdırmalıyıq".

Xeberler.az məlumat verir ki, bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, insanların rifahını təmin etmək üçün ən önəmli faktor məşğulluqdur:

"Məşğulluq iki ana xətdən ibarətdir. Xətlərdən biri iqtisadi güc yaranan iş yerləri, digəri isə insan resurslarıdır. İnsan resurslarının güclənən iqtisadiyyatın tələblərinə cavab verməsi bizim ana hədəflərimizdən biridir. İnsan resurslarının inkişafını təmin etmək üçün silsilə tədbirlər keçirilməkdədir. Bu gün dördüncü karyera inkişaf forumu keçirilir. Forumun məqsədi hər bir əmək resursunun, vətəndaşın ömür boyu inkişafını təmin etməkdir".

Nazir deyib ki, son illərdə orta əmək haqqında iki dəfə artım, eyni zamanda ölkədə əməkhaqqı fondunun leqallaşması və inkişafında ciddi artımlar əldə edilib:

"Əmək müqavilələrinin sayında 609000 ədəd artım əldə etmişik. Bunun səksən faizi özəl sektorun payına düşür. 36 min şəxsə peşə hazırlığı məqsədilə aktual peşə təhsili vermişik".

Nazir qarşıdakı hədəflərdən danışarkən qeyd edib ki, əsas hədəflər işğaldan azad edilmiş ərazilərdə layiqli əməyi təmin etmək, işəgötürənlər, dövlət qurumları və işləyənlər arasında sinergiyanı təmin etmək, əmək bazarı ilə təhsil sistemi arasında bağlantıları gücləndirməkdir.

"Azərbaycanda bu gün əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən 160 xidmət həyata keçirilir və bunun 145-i elektron xidmətlərdir. Elektron əmək müqavilələrinə keçid dövlət qurumlarında 2025-ci il yanvarın 1-dən, özəl sektorda isə iyulun 1-ə qədər başa çatmalıdır", - deyə nazir vurğulayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
11 mindən çox əmək müqaviləsi elektron qeydiyyatdan keçib

11 mindən çox əmək müqaviləsi elektron qeydiyyatdan keçib

07-12-2015
Sahil Babayev: "Bütün əmək müqavilələri elektron platforma üzərindən imzalanacaq"

Sahil Babayev: "Bütün əmək müqavilələri elektron platforma üzərindən imzalanacaq"

21-12-2022
Azərbaycanda dördüncü Karyera İnkişaf Forumu keçirilir

Azərbaycanda dördüncü Karyera İnkişaf Forumu keçirilir

19-12-2024
Elektron əmək birjası platforması nə vaxt hazır olacaq?-Rəsmi

Elektron əmək birjası platforması nə vaxt hazır olacaq?-Rəsmi

21-12-2022
Bütün əmək müqavilələri elektron imzalanacaq-Rəsmi

Bütün əmək müqavilələri elektron imzalanacaq-Rəsmi

21-12-2022
Nazir: İndiyədək DOST mərkəzlərində 2 milyon 400 min vətəndaşa xidmət göstərilib

Nazir: İndiyədək DOST mərkəzlərində 2 milyon 400 min vətəndaşa xidmət göstərilib

02-10-2024
ƏMAS platformasında e-qaydada 270 mindən çox əmək müqaviləsi imzalanıb

ƏMAS platformasında e-qaydada 270 mindən çox əmək müqaviləsi imzalanıb

17-09-2024
Əmək müqaviləsi bildirişi elektron imza vasitəsilə daxil ediləcək

Əmək müqaviləsi bildirişi elektron imza vasitəsilə daxil ediləcək

08-06-2015
“Əmək və Məşğulluq” elektron sistemində funksionallıqlar artırılacaq   

“Əmək və Məşğulluq” elektron sistemində funksionallıqlar artırılacaq  

15-07-2022
E-sistem üzərindən icbari sığorta müqaviləsi bağlanan işçilərin sayı artıb

E-sistem üzərindən icbari sığorta müqaviləsi bağlanan işçilərin sayı artıb

27-05-2021
“E-sosial” vasitəsilə 23 mindən çox əmək müqaviləsi imzalanıb

“E-sosial” vasitəsilə 23 mindən çox əmək müqaviləsi imzalanıb

24-05-2025
Əmək müqaviləsi ilə bağlı xidmətdən istifadənin statistikası açıqlandı

Əmək müqaviləsi ilə bağlı xidmətdən istifadənin statistikası açıqlandı

04-08-2015
Azərbaycan və Pakistan arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

Azərbaycan və Pakistan arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

21-09-2022
Vahid əmək münasibətləri platforması  gələn ayın əvvəlindən istifadəyə veriləcək

Vahid əmək münasibətləri platforması gələn ayın əvvəlindən istifadəyə veriləcək

18-04-2022
Rumıniya ilə sosial sahədə əməkdaşlıq genişləndiriləcək

Rumıniya ilə sosial sahədə əməkdaşlıq genişləndiriləcək

28-04-2022
E-sistemdə əmək müqaviləsi olan işçilərin yaş qrupları açıqlanıb

E-sistemdə əmək müqaviləsi olan işçilərin yaş qrupları açıqlanıb

21-06-2021
ƏMAS-da e-qaydada 700 mindən çox əmək müqaviləsi imzalanıb

ƏMAS-da e-qaydada 700 mindən çox əmək müqaviləsi imzalanıb

01-11-2024
Nazir:Texniki bilikləri olanlar çox rahat iş tapa bilir

Nazir:Texniki bilikləri olanlar çox rahat iş tapa bilir

21-12-2022
Nazir: Rəqəmsal dövlət idarəçiliyində süni intellektin rolu genişlənir

Nazir: Rəqəmsal dövlət idarəçiliyində süni intellektin rolu genişlənir

24-10-2025
Qazaxıstanla əmək və sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

04-12-2025
ƏMAS-da e-qaydada 1 milyon 745 minədək əmək müqaviləsi imzalanıb

ƏMAS-da e-qaydada 1 milyon 745 minədək əmək müqaviləsi imzalanıb

29-07-2025
Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilib

Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilib

31-10-2025
“E-sosial” mobil tətbiqi vasitəsilə 14,2 min əmək müqaviləsi imzalanıb

“E-sosial” mobil tətbiqi vasitəsilə 14,2 min əmək müqaviləsi imzalanıb

07-05-2025
E-xidmətlərdən istifadə artıb

E-xidmətlərdən istifadə artıb

29-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə