Previous Next
Bağla

Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub

05-12-2025 21:34
Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə tərəfdaşlığı çərçivəsində ADAU-nun tərkibində Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb.

Xeberler.az bildirir ki, mərkəzin əsas məqsədi Gəncə və ətraf bölgələrdən innovatorları bir araya gətirərək startap quruculuğu, startapların bazarlara və maliyyələşmə mexanizmlərinə əlçatanlığı, innovasiya sahəsində mentorluq və insan kapitalının inkişafına töhfə verməkdir.

Mərkəzin açılış tədbirində çıxış edən İRİA-nın sədr müavini Rəşad Xalıqov bu qəbildən olan mərkəzlərin məhz universitet mühitində fəaliyyət göstərməsinin xüsusi əhəmiyyətini vurğulayıb: "İRİA olaraq universitetlərdə innovativ sahibkarlıq təfəkkürünün inkişafına dəstək göstərmək prioritetlərimiz arasındadır. Bu məqsədlə yaradılan innovasiya mərkəzləri dövlət-universitet-biznes əməkdaşlıq modelini gücləndirir və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına mühüm töhfə verir".

ADAU-nun tərkibində Azərbaycan İnnovasiya Mərkəzi prototipləşdirmə, aparat təminatı dizaynı və tədqiqatlar üçün texniki avadanlıqlarla təchiz edilib. Mərkəzdə universitet tələbələri, proqram iştirakçıları və mərkəzdən istifadə edəcək şəxslər üçün kompüter laboratoriyası da mövcuddur. Bununla yanaşı, kovörkinq, toplantı, təqdimatlar, öyrənmə və təlim məqsədləri üçün şərait təmin edilib.

ADAU-nun rektoru Zəfər Qurbanov yeni açılan Azərbaycan İnnovasiya Mərkəzinin regional innovasiyanın inkişafında əhəmiyyətli rol oynayacağını vurğulayıb:

"Bu Mərkəz yalnız ADAU deyil, Gəncədə fəaliyyət göstərən ali təhsil müəssisələri olmaqla, bütün Gəncə gəncləri üçün açıqdır. Bu bizim üçün prioritet məqsəddir".

Çıxışlar zamanı, həmçinin bildirilib ki, digər universitetlərlə elmi layihələr, şirkətlərlə texnologiya transferi, startaplar üçün inkubasiya və akselerasiya proqramları, dövlət qurumları ilə STEM təşəbbüsləri və beynəlxalq qrant proqramlarına çıxış bu Mərkəzin fəaliyyətinin tərkib hissəsi olacaq.

İRİA-nın tərəfdaşlığı ilə ötən il Bakıda Azərbaycan İnnovasiya Mərkəzi və Sumqayıtda "Sumgait Innovation Hub", 2025-ci ildə isə "Andersen Lab", Naxçıvan Dövlət Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərkibində müvafiq olaraq innovasiya mərkəzləri yaradılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ADNSU-nun tərkibində İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

ADNSU-nun tərkibində İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

24-11-2025
İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

01-10-2025
ADAU-nun İnnovasiya Mərkəzi beynəlxalq sertifikata layiq görülüb

ADAU-nun İnnovasiya Mərkəzi beynəlxalq sertifikata layiq görülüb

30-07-2025
İRİA: 5 ali təhsil müəssisəsində startap proqramları təşkil olunub

İRİA: 5 ali təhsil müəssisəsində startap proqramları təşkil olunub

18-12-2025
İRİA: "Bu günədək 600-dən çox startap proqramlarımızdan keçib"

İRİA: "Bu günədək 600-dən çox startap proqramlarımızdan keçib"

05-12-2025
Azərbaycanda BTİ-nin Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda BTİ-nin Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb

21-11-2025
"Region Universitetlərinin I İnnovasiya və Sahibkarlıq Forumu" keçirilib

"Region Universitetlərinin I İnnovasiya və Sahibkarlıq Forumu" keçirilib

20-12-2024
BTİ-nin Azərbaycandakı Akselerasiya Mərkəzinin fəaliyyət planı müzakirə edilib

BTİ-nin Azərbaycandakı Akselerasiya Mərkəzinin fəaliyyət planı müzakirə edilib

01-05-2026
AzTU-da İnkubasiya Mərkəzinin açılışı olub

AzTU-da İnkubasiya Mərkəzinin açılışı olub

29-10-2025
Samir Məmmədov: Bakı ilə yanaşı Sumqayıt və Gəncədə də innovasiya mərkəzləri yaradılacaq

Samir Məmmədov: Bakı ilə yanaşı Sumqayıt və Gəncədə də innovasiya mərkəzləri yaradılacaq

02-10-2024
“Bir ideya, Bir addım, Bir dəyişiklik” adlı panel müzakirə təşkil olunub

“Bir ideya, Bir addım, Bir dəyişiklik” adlı panel müzakirə təşkil olunub

17-11-2025
Naxçıvan İnnovasiya Mərkəzi açılıb

Naxçıvan İnnovasiya Mərkəzi açılıb

01-10-2025
İnnovasiya ekosistemində imkanlar və çağırışlar müzakirə edilib

İnnovasiya ekosistemində imkanlar və çağırışlar müzakirə edilib

26-11-2025
Gələn il Azərbaycanın 3 regionunda İnnovasiya Mərkəzi fəaliyyətə başlayacaq

Gələn il Azərbaycanın 3 regionunda İnnovasiya Mərkəzi fəaliyyətə başlayacaq

01-12-2023
İnnovasiya ekosistemi oyunçularının akkreditasiyası proqramına başa çatıb

İnnovasiya ekosistemi oyunçularının akkreditasiyası proqramına başa çatıb

10-10-2025
“Öz İdeyanı Gerçəkləşdir” layihə müsabiqəsinin  təqdimatı keçirilib

“Öz İdeyanı Gerçəkləşdir” layihə müsabiqəsinin təqdimatı keçirilib

18-10-2015
agroX yarımfinalçılarına növbəti mentor dəstəyi təşkil olunacaq

agroX yarımfinalçılarına növbəti mentor dəstəyi təşkil olunacaq

03-09-2019
Startap maliyyələşməsi üzrə qanunvericilik bazası hazırlanır

Startap maliyyələşməsi üzrə qanunvericilik bazası hazırlanır

02-02-2026
Sumqayıt İnnovasiya Mərkəzinin açılış mərasimi olub

Sumqayıt İnnovasiya Mərkəzinin açılış mərasimi olub

23-12-2024
İRİA ilə “Astana Hub” arasında anlaşma memorandumu imzalanıb

İRİA ilə “Astana Hub” arasında anlaşma memorandumu imzalanıb

28-11-2025
İRİA ekosistemin inkişafına yönəlmiş açıq tender elan edib

İRİA ekosistemin inkişafına yönəlmiş açıq tender elan edib

02-06-2026
İRİA “Plugand Play” ilə əməkdaşlığa başlayır

İRİA “Plugand Play” ilə əməkdaşlığa başlayır

01-12-2025
 "Vistar" Mükəmməllik Mərkəzi fəaliyyətə başlayıb

"Vistar" Mükəmməllik Mərkəzi fəaliyyətə başlayıb

17-12-2025
Gələn ay Azərbaycanda ilk innovasiya mərkəzləri yaradılacaq

Gələn ay Azərbaycanda ilk innovasiya mərkəzləri yaradılacaq

11-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə