Previous Next
Bağla

İnnovasiya ekosistemi oyunçularının akkreditasiyası proqramına başa çatıb

10-10-2025 13:41
İnnovasiya ekosistemi oyunçularının akkreditasiyası proqramına başa çatıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Qlobal İnnovasiya İnstitutu və “Code Academy” ilə əməkdaşlığı çərçivəsində keçirilən İnnovasiya Ekosistemi Oyunçularının Sertifikatlaşdırılması və Akkreditasiyası Proqramının yekun bağlanış tədbiri baş tutub. Tədbirdə innovasiya ekosisteminin oyunçuları, universitetlər, akselerasiya və inkubasiya mərkəzləri, həmçinin korporativ sektorun nümayəndələri iştirak ediblər.

Xeberler.az bildirir ki, tədbir iştirakçılarını açılış nitqi ilə salamlayan İRİA-nın sədr müavini Rəşad Xalıqov qurumun innovasiya ekosistemi quruculuğunda insan kapitalının inkişafı üzrə fəaliyyəti haqqında ətraflı məlumat verib. O bildirib ki, İRİA dünyanın aparıcı innovasiya mərkəzləri ilə birgə beynəlxalq sertifikatlaşdırma, mentor və təlimçi hazırlığı proqramları həyata keçirib, 200-dən çox ekspert bu cür inkişaf proqramlarında iştirak edib, 30-dan çox innovasiya ekosistemi üzvü qurumun dəstəyi ilə “Founders Academy” kimi beynəlxalq proqramdan dəyərli təcrübə əldə edib.

R.Xalıqov, həmçinin Qlobal İnnovasiya İnstitutu ilə həyata keçirilən proqramın ekosistem üçün önəmini vurğulayıb: “Proqram sayəsində yerli mütəxəssislərimiz innovasiyanın təhsil, dövlət sektoru, innovasiya, akselerasiya, inkubasiya proqramları və özəl sektor kimi müxtəlif sahələrdə tətbiqinə dair, eləcə də həmin sahələrdə innovativ strategiya quruculuğu, innovasiya proseslərinin dizaynı və qiymətləndirilməsi üzrə qabaqcıl bilik və təcrübələrə yiyələniblər”.

Tədbirin davamında Qlobal İnnovasiya İnstitutu və “Code Academy” nümayəndələri proqramın gedişatı və əldə olunmuş nəticələr haqqında çıxış ediblər. Daha sonra sertifikat almış iştirakçıların layihə təqdimatı baş tutub.

Qeyd edək ki, mütəxəssislərlə yanaşı, bu proqramda innovasiya fəaliyyəti ilə məşğul olan qurumlar iştirak ediblər və proqramın yekunu olaraq rəsmi qlobal akkreditasiya əldə ediblər. Proqramdan məzun olan 38 mütəxəssis 45 beynəlxalq sertifikata, 8 ekosistem oyunçusu isə akkreditasiyaya yiyələniblər.

Beləliklə, proqram yalnız fərdlərin deyil, həm də təşkilatların beynəlxalq səviyyədə tanınmasını mümkün edir. Yerli mütəxəssislər beynəlxalq sertifikatlara yiyələnərək bilik və təcrübələrini, digər tərəfdən isə şirkət və təşkilatlar akkreditasiyadan keçməklə keyfiyyət göstəricilərini qlobal standartlara uyğunlaşdırırlar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

20-10-2023

Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

05-12-2025

İRİA və Qlobal İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə Vörkşop keçirilib

13-11-2024

"Xsolla" Azərbaycan texnoparkında fəaliyyət göstərəcək

18-09-2025

İRİA “Plugand Play” ilə əməkdaşlığa başlayır

01-12-2025

İRİA: "Bu günədək 600-dən çox startap proqramlarımızdan keçib"

05-12-2025

BMU Texnoparkı “Innovation Lab” sertifikatına layiq görülüb

27-08-2025

“Microsoft” Azərbaycanda startaplar üçün dəstək proqramını təqdim edib

16-01-2025

Nazir müavini: Üç ildə İRİA tərəfindən 600-dən çox startap dəstəklənib

20-08-2025

İRİA və KOİCA-nın təlimlərində 40-dan çox startapçı və startap mentoru məzun olub

08-02-2024

İnnovasiya ekosisteminə siyasi baxış mövzusunda dəyirmi masa keçirilib

23-10-2019

Azərbaycanda ilk beynəlxaq oyun inkubasiya proqramı keçirilib

11-08-2025

“İnnostart” layihəsinin “Grand Final” mərasimi baş tutub

21-08-2025

Dünyanın nəhəng startaplarında təcrübə keçmək imkanı

05-07-2023

“Ecosystem Meetup” tədbiri keçirilib

15-03-2024

UNEC Startap İnkubasiya Mərkəzi Qlobal İnnovasiya İnstitutunun Akkreditasiyasını qazanıb

16-10-2025

Azərbaycanın videooyun studiyaları İRİA-nın dəstəyi ilə Almaniyada təmsil olunub

27-08-2024

Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub

05-12-2025

Azərbaycanda BTİ-nin Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb

21-11-2025

İRİA: 5 ali təhsil müəssisəsində startap proqramları təşkil olunub

18-12-2025

INNOLAND İlin innovasiya ekosistemi təmsilçisi seçilib

24-10-2019

“Enterprise Azerbaijan” beynəlxalq əməkdaşlıq görüşündə təmsil olunub

28-01-2026

İnnovasiya Mükafatı müsabiqəsində iştirak üçün müraciətlərə başlanıb

08-10-2019

BTİ-nin Azərbaycandakı Akselerasiya Mərkəzinin fəaliyyət planı müzakirə edilib

01-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə