Previous Next
Bağla

"Vistar" Mükəmməllik Mərkəzi fəaliyyətə başlayıb

17-12-2025 15:51
 "Vistar" Mükəmməllik Mərkəzi fəaliyyətə başlayıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Kosmik Agentlik ("Azərkosmos") və "İsrail Aerokosmik Sənayesi" korporasiyasının birgə əməkdaşlığı ilə Azərbaycanda "Vistar" Mükəmməllik Mərkəzi təsis edilib. Mərkəzin missiyası Azərbaycanda innovasiyalara dəstək vermək, innovativ təhsil, startapların inkişafı, innovativ sahibkarlıq, o cümlədən kosmik sahədə innovativ yanaşmanı və beynəlxalq texnoloji əməkdaşlığı təşviq etməkdir.

Xeberler.az bildirir ki, mərkəzin açılışında İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, "İsrail Aerokosmik Sənayesi" korporasiyasının və Holon Texnologiya İnstitutunun, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və "AZCON Holding"in şirkətlərindən olan "Azərkosmos"un rəhbər nümayəndələri iştirak ediblər.

"Vistar" Mükəmməllik Mərkəzinin dekabrın 16-da baş tutan rəsmi açılış mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev innovasiya mədəniyyətinin inkişafı kontekstində beynəlxalq tərəfdaşlığın əhəmiyyətini vurğulayıb:

"Biz nüfuzlu qlobal texnologiya liderləri ilə əməkdaşlığı genişləndirərək onların Azərbaycana gəlməsini və qarşılıqlı fayda yaradan layihələr həyata keçirməsini dəstəkləyirik. Yeni yaradılan Mükəmməllik Mərkəzi də Azərbaycanda yüksək rəqabətqabiliyyətli startapların və ümumilikdə innovasiya mədəniyyətinin inkişafına təkan verəcək".

Tədbirdə, salamlama nitqi ilə, həmçinin "İsrail Aerokosmik Sənayesi" korporasiyasının prezidenti və baş icraçı direktoru Boaz Levi də çıxış edib. O bildirib ki, yeni yaradılan Mərkəz Azərbaycan və İsrail arasında yüksələn xətlə inkişaf edən əlaqələrin göstəricisidir:

"Bizim ölkələr arasında daim qarşılıqlı etimada əsaslanan münasibətlər olub və bu gün texnoloji sahədə əməkdaşlığımızı gücləndirən mühüm bir addım atdıq. "Vistar" Mükəmməllik Mərkəzi innovatorlar üçün yeni imkanlar yaradacaq. Bununla da Azərbaycan və İsrail arasında texnoloji əməkdaşlıq daha dinamik inkişaf edəcək".

Qeyd edək ki, "Vistar" Mükəmməllik Mərkəzinin fəaliyyəti təhsil, innovasiya, kosmik sənaye və tədqiqat sahələrini əhatə edən tədris və akselerasiya modeli üzərində qurulub. Mərkəzdə beynəlxalq ekspertlərin iştirakı ilə ideyaların sınaqdan keçirilməsi, prototiplərin hazırlanması, startapların investisiya və bazarlara çıxışını hədəfləyən təlimlərin keçirilməsi nəzərdə tutulub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
RİNN-də İsrailin Azərbaycandakı səfiri ilə görüş keçirilib

RİNN-də İsrailin Azərbaycandakı səfiri ilə görüş keçirilib

08-01-2026
Azərbaycanda BTİ-nin Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda BTİ-nin Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb

21-11-2025
BTİ-nin Azərbaycandakı Akselerasiya Mərkəzinin fəaliyyət planı müzakirə edilib

BTİ-nin Azərbaycandakı Akselerasiya Mərkəzinin fəaliyyət planı müzakirə edilib

01-05-2026
İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir

İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir

22-11-2024
“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

14-05-2026
Azərbaycan-İsrail arasında İnnovasiya üzrə dəyirmi masa keçirilib

Azərbaycan-İsrail arasında İnnovasiya üzrə dəyirmi masa keçirilib

06-12-2018
Səfir: “İsrail Azərbaycan ilə kosmik sahədə əlaqələri inkişaf etdirmək niyyətindədir”

Səfir: “İsrail Azərbaycan ilə kosmik sahədə əlaqələri inkişaf etdirmək niyyətindədir”

06-12-2022
İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

31-05-2018
Nazir Rəşad Nəbiyev İsrailin elm və texnologiya naziri ilə görüşüb

Nazir Rəşad Nəbiyev İsrailin elm və texnologiya naziri ilə görüşüb

08-04-2025
Nazir Rəşad Nəbiyevin İsrailə səfəri çərçivəsində hava əlaqələri haqqında vacib saziş imzalanıb

Nazir Rəşad Nəbiyevin İsrailə səfəri çərçivəsində hava əlaqələri haqqında vacib saziş imzalanıb

01-07-2022
Çində nəhəng İnnovasiya Mərkəzi yaradılıb

Çində nəhəng İnnovasiya Mərkəzi yaradılıb

12-03-2025
“Azərkosmos” İtaliya Aerokosmik Agentliyi ilə əməkdaşlıq edəcək

“Azərkosmos” İtaliya Aerokosmik Agentliyi ilə əməkdaşlıq edəcək

25-02-2020
Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub

Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub

05-12-2025
İsrailin İT şirkətləri Azərbaycan texnoparklarında rezidentlik ala bilərlər

İsrailin İT şirkətləri Azərbaycan texnoparklarında rezidentlik ala bilərlər

23-08-2023
İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

01-10-2025
İnnovasiya və startap ekosisteminin inkişafı üçün memorandum imzalanıb

İnnovasiya və startap ekosisteminin inkişafı üçün memorandum imzalanıb

30-11-2023
NASA və İsrail arasında saziş imzalanıb

NASA və İsrail arasında saziş imzalanıb

14-10-2015
İRİA ekosistemin inkişafına yönəlmiş açıq tender elan edib

İRİA ekosistemin inkişafına yönəlmiş açıq tender elan edib

02-06-2026
Azərkosmos İspaniyanın yüksək texnologiya şirkəti ilə əməkdaşlığa başlayır

Azərkosmos İspaniyanın yüksək texnologiya şirkəti ilə əməkdaşlığa başlayır

02-06-2022
İsrail səfiri Bakıdakı Kibertəhlükəsizlik Mərkəzində olub

İsrail səfiri Bakıdakı Kibertəhlükəsizlik Mərkəzində olub

31-03-2023
Azərbaycan Özbəkistanda kosmik sənayenin inkişaf planlarını təqdim edəcək

Azərbaycan Özbəkistanda kosmik sənayenin inkişaf planlarını təqdim edəcək

14-02-2026
Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzi açıldı

Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzi açıldı

20-11-2017
Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022
İRİA və Qlobal İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə Vörkşop keçirilib

İRİA və Qlobal İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə Vörkşop keçirilib

13-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə