Previous Next
Bağla

“Bir ideya, Bir addım, Bir dəyişiklik” adlı panel müzakirə təşkil olunub

17-11-2025 18:27
“Bir ideya, Bir addım, Bir dəyişiklik” adlı panel müzakirə təşkil olunub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən “Tech Talk” proqramı çərçivəsində “Bir ideya, Bir addım, Bir dəyişiklik” adlı panel müzakirəsi təşkil olunub.

Xeberler.az məlumat verir ki, tədbirin əsas məqsədi universitet tələbələri, startap həvəskarları və gənc innovatorlar arasında texnoloji düşüncənin, startap mədəniyyətinin və innovasiyayönümlü fəaliyyətin təşviq olunması, həmçinin özəl və dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi olub.

Tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən universitetin Elm şöbəsinin müdiri Elçin Nəsirov tədbirin işinə uğurlar arzulayıb. Sonra Layihə ilə bağlı İnnovasiyalar Mərkəzinin direktoru Elvin Ağayev ətraflı məlumat verib.

Panel müzakirəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin layihələr üzrə koordinatoru Nigar Xıdırova, Ege Universitetinin professoru Murad Boyacı, AgT startapının təsisçisi, mentor Əfqan Mehdixanov iştirak ediblər.

Qonaqlar çıxışlarında startapların inkişafında dövlət dəstəyi mexanizmləri, maliyyə institutlarının innovativ layihələrdə rolu, eləcə də universitet mühitində innovasiya mədəniyyətinin formalaşması istiqamətində həyata keçirilən təşəbbüslər barədə fikirlər səsləndiriblər.

Panel çərçivəsində gənc iştirakçılar startap fəaliyyəti, maliyyə resurslarına çıxış imkanları və biznes ideyalarının reallaşdırılması ilə bağlı praktik məsləhətlər və təcrübə paylaşımları əldə ediblər. Müzakirələr zamanı “bir ideya, bir addım, bir dəyişiklik” fəlsəfəsinin innovasiya prosesindəki əhəmiyyəti xüsusi vurğulanıb.

Tədbirin sonunda iştirakçılar fikir mübadiləsi aparıb, gələcək əməkdaşlıqlar və təşəbbüslər barədə təkliflər irəli sürüblər.

“Tech Talk” proqramı ADAU İnnovasiyalar Mərkəzi tərəfindən universitet gəncləri arasında innovativ yanaşmanı və praktik bilik mübadiləsini gücləndirmək məqsədilə həyata keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Region Universitetlərinin I İnnovasiya və Sahibkarlıq Forumu" keçirilib

20-12-2024

IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

16-02-2026

Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramının təqdimat mərasimi keçirilib

08-01-2019

agroX yarımfinalçılarına növbəti mentor dəstəyi təşkil olunacaq

03-09-2019

“Qadınlar üçün karyera inkişafı və rəqəmsal bacarıqlar” adlı panel müzakirə keçirilib

06-03-2025

AzTU-da İnkubasiya Mərkəzinin açılışı olub

29-10-2025

Şəxsi inkişafda innovasiya və rəqəmsallaşmanın rolu müzakirə olunub

30-01-2026

Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub

05-12-2025

AzTU İnkubasiya Mərkəzinin infosessiyası keçirilib

13-03-2026

ADAU-nun İnnovasiya Mərkəzi beynəlxalq sertifikata layiq görülüb

30-07-2025

“Kənd təsərrüfatında süni intellektin tətbiqinə dair” “Bootcamp” keçirilib

07-08-2025

agroX Müsabiqəsinin YarımFinalçıları üçün MENTOR dəstəyi təşkil olunub

11-07-2019

Bakıda Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib

13-02-2023

İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

01-10-2025

agroX Müsabiqəsinin YarımFinalçıları üçün MENTOR dəstəyi təşkil olunacaq.

08-07-2019

Azərbaycan Tələbələrinin Elm və İnnovasiya Forumu keçirilib

19-12-2023

“Startap Günləri”nə həsr olunmuş infosessiya təşkil olunub

16-01-2026

Bakıda III Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək

28-04-2026

Gənclərin 2-ci Şəbəkələşmə forumu baş tutub

01-09-2025

Sabah qrupları üçün “Startap Günləri” infosessiyası keçirilib

25-11-2025

İnam Kərimov: Kənd təsərrüfatı bəşəriyyətin ilk innovasiyasıdır

08-10-2019

Gəncədə Hackathon-a start verilib

23-09-2019

Hackathon Gəncə başa çatıb

28-09-2019

“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” üzrə “Bootcamp” keçirilib

15-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə