Skype-lə ehtiyatlı olun!

04-09-2009 / 12:51

İnternetdə «Skype» IP-telefon servisi şəbəkəsində səsli zəngləri yaxalamaq imkanına malik troyan virusunun açıq kodları (açıq mətn) yerləşdirilib.

«Troyan Skype» adlanan bu virus şəbəkədəki səsli danışıqları onların şifrlənməsindən əvvəl yazır və həmin məlumatları MP3-fayl şəklində əvvəlcədən qeyd olunmuş ünvana göndərir. Bundan əlavə, proqram sistemə qeyri qanuni giriş «yolunu» açmaq imkanına malikdir.

Belə vəziyyətdə isə bədəməl istifadəçilər və ya xüsusi xidmət orqanlarının əməkdaşları buraya əlavə komponentlər yükləmək, troyan fayllarını silmək kimi imkanlar əldə edirlər. Bu virus proqramı «ERA IT Solutions» şirkətinin sabiq əməkdaşı isveçrəli Ruben Unteregger tərəfindən yaradılıb. Tərtibatçının sözlərinə görə, «MegaPanzer» adlandırılan bu proqramın açıq kodlarının internet şəbəkəsində yerləşdirilməsi antivirus şirkətlərinə öz məhsullarına troyandan qorunma proseduralarını əlavə etməyə yardımçı olmalıdır.

Qeyd edək ki, «Skype» IP-telefoniya servisi hazırda dünya üzrə olduğu kimi Azərbaycanda da geniş yayılıb. Bu servis İP protokolu vasitəsi ilə daha aşağı tariflərlə beynəlxalq danışıqlar həyata keçirməyə imkan verir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə