Ötən ay “Elektron hökumət” portalı üzərindən təqdim olunan "GoMap elektron xəritə" xidmətindən 1844 dəfə istifadə edilib.
Elektron xidmət Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə hazırlanıb.
Xeberler.az-ın məlumatına görə, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən məlumat verilib.
"GoMap elektron xəritə" bir neçə funksiyanı yerinə yetirir. Bu xidmətin axtarış sistemi vasitəsilə istənilən obyektin (otel, məktəb, idman kompeksi, bank və s.) ünvanını tapmaq, iki məntəqə arasında marşrutu müəyyən etmək mümkündür. Daha sonra, "GoMap elektron xəritə" vasitəsilə radius üzrə yaxınlıqda yerləşən məntəqəni öyrənmək mümkündür. "Hardayam?" bölməsi vasitəsilə olduğunuz yer barədə məlumat da əldə etmək, hətta marşrutların hərəkət istiqamətlərini öyrənmək mümkündür.
Elektron xəritənin yaratdığı imkanlar arasında nəqliyyat yolları haqqında, iki obyekt arasında marşrutun müəyyən edilməsi, ictimai nəqliyyatın hərəkət istiqamət və s. bu kimi imkanlar mövcuddur. Müvafiq proqram təminatı vasitəsilə, həmçinin istənilən obyektin (otel, məktəb, idman kompeksi, bank və s.) axtarışı da mümkündür.
"GoMap elektron xəritə" xidmətindən üç dildə - Azərbaycan, ingilis və rus dillərində istifadə etmək mümkündür.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri