Previous Next
Bağla

“Nazirliyin bütün xidmətləri elektronlaşdırılacaq”

19-10-2015 16:11
“Nazirliyin bütün xidmətləri elektronlaşdırılacaq”

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin internet saytının yenilənmiş versiyası təqdim olunub.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, təqdimatla çıxış edən Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov saytın yeni versiyasının üstünlükləri, dizaynı, funksional imkanları barədə məlumat verib.

Bildirilib  ki, nazirliyin rəsmi internet resursunun yenilənmiş versiyası öz funksionallığı, sürətli keçidlər, sosial şəbəkələrə inteqrasiyası, daha rahat istifadə imkanları ilə seçilir.

Saytın əvvəlki versiyasında informasiya bazası kifayət qədər ağır idi və bu, saytdan istifadə sürətinə də təsir edirdi. Yenilənmiş versiyada informasiya tutumu nisbətən yüngülləşib. Müvafiq bölmələrdə zəruri informasiyalar verilməklə, daha təfərrüatlı informasiya alınması üçün keçidlər yerləşdirilib. Eyni zamanda müasir dövrün tələblərinə uyğun olaraq sosial şəbəkələrə də keçidlər verilib.

Tədbirdə qeyd edilib ki, yenilənmiş saytın fərqləndirici cəhətlərindən biri də "Afişa" bölməsinin əhatəli, dolğun və sürətli keçid imkanları ilə təqdim olunmasıdır. Sayt üç dildə (Azərbaycan, rus, ingilis) fəaliyyət göstərəcək. Dizaynda nazirliyin korporativ rənglərindən və loqolarından istifadə edilib.

Qeyd edildi ki, müvafiq texniki-təşkilatı məsələlər həll edildikdən sonra www.mct.gov.az saytının yenilənmiş versiyası gələn həftədən istifadədə olacaq.

Mədəniyyət və Turizm Nazirliyi Texniki təchizat və proqram təminatı şöbəsi müdirinin müavini Qabil Abbasov nazirlikdə həyata keçirilən elektron xidmətləri haqqında məlumat verdi.

Onun sözlərinə görə,   hazırda 12 xidmət üzrə fəaliyyət elektron formada həyata keçirilir. Nazirlik tərəfindən “Elektron Hökumət" portalı vasitəsilə turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə lisenziyalar elektron formada verilir. Nazirliyin layihəsi olan elektron naviqator – GoMap.az xəritəsinə yeni xidmətlər inteqrasiya edilib. İlin sonunadək nazirliyin 147 çağrı xətti tam istifadəyə veriləcək.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aparılan struktur islahatlarının əhəmiyyətindən danışıb:

 “Bu gün dünyada gedən proseslər, informasiya texnologiyalarının inkişafı məlumatların qısa bir zamanda yayılmasını təmin edir. Bununla bağlı ölkəmizdə də müvafiq işlər görülür, “Elektron hökumət” portalı istifadəyə verilib. Mədəniyyət və Turizm Nazirliyi olaraq biz də bu sahədə öz işimizi günün müasir tələblərinə uyğun şəkildə qurmalıyıq. Ötən ilin axırlarında nazirlikdə islahatlar aparıldı və yeni şöbə yaradıldı. Bu gün yenilənmiş formada təqdim olunan sayt da həyata keçirilən struktur islahatlarının məntiqi nəticəsidir”.

 Əbülfəs Qarayev bildirib ki, “Elektron hökumət” vasitəsilə 17 istiqamət üzrə xidmətin həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb:

“Biz 12 xidmətin həyata keçməsini təmin etmişik. Qalan xidmətlərin də gələn ilin yayına kimi həyata keçirilməsini planlaşdırırıq”.

Nazir elektron layihələr sırasında GoMap-ın işini xüsusi qeyd etdi. Qeyd olunub ki, Gürcüstan da bizim sistemimizə qoşulub. Türkiyədə də bu sistemdən yararlanmaq istəyir. Gün ərzində 17 mindən çox insan bu sistemdən yararlanır. Amma bu rəqəmi qat-qat artırmaq olar. Bunun üçün elektron layihələr daha geniş miqyasda tanıdılmalı, ictimaiyyətə çatdırılmalıdır.

 Əbülfəs Qarayev elektron xidmətlər, informasiya təminatı, eləcə də nazirliyin yenilənmiş saytının gələcək fəaliyyəti ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.

 Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirliyin rəsmi saytı yeni formada təqdim ediləcək

16-10-2015

Nazirliyin regionlar üzrə ilk saytı təqdim olunub

21-10-2017

Bəstəkarlar haqda məlumatlar bir platformada

28-11-2017

Mədəniyyət və Turizm Nazirliyi xüsusi İnternet sayt açacaq

05-02-2009

Mədəniyyət və Turizm Nazirliyində İKT şöbəsi ləğv edildi

03-04-2015

Nazirliyin e-xidmətlərdən birinin fəaliyyəti dayandırılıb

27-10-2015

Nazirlikdə elektron marketinq üzrə işçi qrupu yaradılıb

28-10-2015

E-viza almaq üçün qaydalar təsdiqləndi

03-09-2015

Nazirlik yeni elektron xidmətlərini “Elektron Hökumət” portalına inteqrasiya edir

10-06-2015

Nazirlik rəsmisi: “GoMap” üzərində mütəmadi olaraq yenilənmələr gedir”

08-05-2015

Sürücülər tıxaclar barədə yeni metodla məlumatlandırılacaq

07-05-2015

Nazir turizm idarlərinin saytları ilə bağlı tapşırıq verdi

28-11-2017

45 min əcnəbiyə elektron turist vizası verilib

18-02-2016

Mədəniyyət sahəsində elektron məlumat sistemi yaradılır

25-04-2015

“Elektron Hökumət” bülleteni üzrə növbəti brifinq keçirildi

09-10-2015

Media kəndində Mədəniyyət və Turizm Mərkəzi fəaliyyətə başlayıb

29-05-2015

Portaldan daha bir yenilik

05-11-2016

İSESKO-nun yeni loqosu və veb-saytının təqdimatı olub

27-11-2015

Azərbaycanın turizm portalı fəaliyyətə başlayıb

18-04-2011

DİM yenilənmiş saytını təqdim edib

25-12-2017

“GoMap elektron xəritə” xidmətindən 1844 dəfə istifadə edilib

08-06-2015

"Elektron Səhiyyə" internet portalı yenilənib

28-02-2011

"Mədəniyyət" TV 14 Fevralda açılacaq

03-02-2011

İstirahət mövsümü ilə əlaqədar “GoMap elektron xəritə” xidmətinin əhəmiyyəti artır

03-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə