ABŞ-da iPnone 3G-nin qiyməti 99 dollaradək enib

29-12-2008 / 13:40

CrunchGear-ın yazdığına görə, AT&T  30 gün ərzində  8 GB-lıq iPhone 3G telefonunu almağa gəlmiş müştərilərə 50 dollar endirim edib. Beləliklə, ikiillik müqavilə ilə smartfonun qiyməti 99 dollara enib. 16 GB yaddaşlı smartfonun qiyməti isə 249 dollardan 199 dollara düşüb.

28 dekabrda yeni Apple smartfonları 2500 mağazanı birləşdirən Wal-Mart pərakəndə şəbəkəsində satılmağa başlayıb. Indiyədək iPhone 3G yalnız AT&T, Apple mağazaları və Best Buy şəbəkəsində satılırdı.

Wal-Mart isə yeni aparatların qiymətini cəmi iki dollar sala bilib. Belə ki, orada 8 GB-lıq iPhone 3G -197, 16 GB-lıq isə 297 dollaradır. Reuters-in məlumatına görə, bu telefonlar AT&T ilə ikiillik müqavilə əsasında satılır.

Xatırladaq ki, Apple iPhone 3G ABŞ-da 2008-in iyulunda satışa çıxarılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə