iOS və Android sistemlərində yeni təhlükə aşkarlanıb

25-11-2015 / 12:32

Dünyada ən çox istifadə olunan iOS Android mobil əməliyyat sistemlərində təhlükəsizlik açığı aşkarlandı.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə,  əgər telefonun sahibi haqda məhkəmə qərarı çıxarılarsa,  GoogleApple şirkətləri telefonları yoxlamaq imkanına malikdirlər.

Yəni, hər hansı bir şəxs cinayət işləyərsə, məhkəmənin qərarına əsasən telefonu yoxlanılacaq. Beləliklə, şirkətlər həm telefonun şifrəsini dəyişdirə bilər , həm də telefonda olan hər bir informasiyanı əldə edə bilərlər.

Hazırda ABŞ-da istifadə edilən bu tətbiq gələcək illərdə digər ölkələrdə də istifadə olunacaq.

Bu tətbiqi iOS və Android əməliyyat sistemlərinin köhnə versiyalarında  istifadə etmək mümkündür.

Şirkətlər  Android 5.0iOS 8-dən aşağı versiyalarda bu tətbiqi istifadə edə bilmək imkanına malikdirlər.

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə