Google Chrome-ın məlumatları oğurlanıb

13-04-2015 / 18:09

Xakerlər bu dəfə Google chrome istifadəçilərinə zərbə vurub.

Xəbərlər-in xarici sayta istinadən verdiyi məlumata görə, xakerlər Chrome-dan faydalanaraq 1.2 milyon istifadəçinin məlumatlarını oğurlayıblar.

Google xəbərlə bağlı səssizliyini qoruyur və mövzu haqqında şərh etmir. ScrapeSentry adlı bir təhlükəsizlik firmasının etdiyi araşdırmaya görə, xakerler 1.2 milyon istifadəçinin məlumatlarını, Chrome üzərindən bir IP üzərinə yönlendiriblər. Bunun üçün də məşhur bir Chrome əlavəsini istifadə ediblər.

Xakerlərin "Webpage Screenshot" adlı Chrome sayəsində əməliyyatı həyata keçirdikləri hələ bir iddia olsa da hadisənin ortaya çıxmasından qısa müddət sonra Google-ın WebpageScreenshot əlavəsini Chromedən qaldırması iddiaları təsdiqləyir. Araşdırmalar davam edir.

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə