“Google Chrome” veb-brauzerində boşluq aşkarlanıb

19-04-2023 / 13:52

“Google Chrome” veb-brauzerində boşluq (CVE-2023-2033) aşkarlanıb.

Xeberler.az Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadən xəbər verir ki, bu boşluğa “Chrome V8 JavaScript” mühərikkində növ qarışıqlığının zəifliyi səbəb olur. Boşluğun müvəffəqiyyətlə istismarı kiberdələduza uzaqdan ixtiyari kod icra etməyə imkan verir. Kiberdələduzların bu boşluqdan istifadə edərək sistemlərə, şəbəkələrə icazəsiz giriş əldə etməsi, fərdi məlumatları ələ keçirməsi, manipulyasiya etməsi və ya silməsi mümkündür.

Təhlükəsizliyə görə “Google Chrome” veb-brauzerinin dərhal “112.0.5615.121” versiyasına yenilənməsi tövsiyə olunur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə