Dünyanın nəhəng internet nəhənglərindən olan “Google” şirkəti ABŞ-ın elektron kitab bazarına daxil olmağa hazırlaşır.
“Google eBookstore” layihəsi çərçivəsində açılan “Google eBooks” elektron kitab mağazasında 3 mln.-dan artıq kitab adına rast gəlmək mümkündür. Onlardan 100 mini bu gündən etibarən satışa çıxarılacaq.
“Google” şirkətinin rəsmi bloqunda bildirilir ki, yeni xidmət istifadəçilərə müxtəlif sahələrə dair kitablardan istifadə etmək, müəlliflərə isə daha populyar və əlçatan olmaq imkanı verəcək. Bu servisin “Amazon” internet mağazasına rəqib olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, qərargahı Mauntin-Vyu şəhərində yerləşən “Google” korporasiyası dünyanın ən məşhur internet axtarış sisteminə sahibdir. Bu sistem ayda 41 mlrd. 345 mln. sorğunu emal edir. Şirkətin 20,5 min əməkdaşı var.
mənbə: APA
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri