Microsoft-un iddialı axtarış sistemi Bing hər gün daha da güclənir. StatCounter-in açıqladığı rəqəmlərə görə, İyul ayında Bing ABŞ-da bazar payını 1% artırıb. Bing ABŞ axtarışlarında İyun ayını 8,23% ilə başa vurmuşdu.
İyul ayında isə Bing payını 9,41%-ə yüksəltməyi bacarıb. Bing-in yüksəlməsi ən böyük rəqibi Googleyə zərər verib. Google-nin İyun ayında 78,48 % olan bazar payı 77,54%-ə enib. Bing-in belə uğur əldə etməsinin səbəbi reklamının güclü olması və Microsoft-un Yahoo ilə bağladığı 10 illik müqavilənin dəyərli olması ilə əlaqələndirilir.
Bing Yahoo-nun axtarış saytlarına axtarma köməyi edir. Bunun qarşılığı olaraq Yahoo hər iki firmanın axtarış saytlarındakı əhəmiyyətli reklam satışının reallaşdırılmasını öhdəsinə götürüb.
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət