Google-un Winrar reklamında casus problemi

20-12-2008 / 09:24

Son zamanlarda Google-da Winrar yazıb axtarış etdinizsə başınız dərddə ola bilər. Niyə?

Qeyri-qanuni proqram çıxaran kəslər uzun zamandır  qanuni kanallardan istifadə edərək reklam etdikləri məlum olmuşdur.

Google, gəlirlərinin ən böyük qismini internetdən nəşr etdiyi reklamlardan əldə etdiyi maliyyə sayəsində qazanır. Google-un uzun  illərdir çətinliklərlə qazandığı etibarlığı bəzi insanlar tərəfindən öz maraqlarına görə istifadə edildi.

Əgər siz də son zamanlarda Google-da  Winrar yazıb axtarış etmisinizsə qarşınıza təhlükəli proqram, Winrar-ın  reklamı çıxmış ola bilər. İstifadəçi kimi bu reklama güvənib əlaqəyə basaraq sayta girdinizsə və proqramı yüklədinizsə , kompüterinizin host faylı üzərində dəyişiklik edən bir casus proqramın sisteminizə zərər yetirməsini “təmin etmiş” olacaq.

Bu vəziyyətdə kimin günahkar olduğu bilinmir. Qeyri-qanuni proqramın reklamını nəşr edən Googlemu, yoxsa reklama güvənib faylı yükləyən istifadəçilərinmi vəziyyətdən məsul olduğu sual doğurur.Google bu mövzuda əllərindən gələni etdiklərini dedi. Buna baxmayaraq onların səyləri minlərcə istifadəçinin sistemini qoruya bilmədi.

Mənbə:chip.com.tr

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə