Bing-in gizli gəlirləri

20-08-2009 / 13:07

Bing-in dərman reklamından gələn qazancının 90 %-ı saxta əczaxanalardan gəlir. ABŞ-da İnternetlə dərman satışını həyata keçirmək böyük bir bazarı təşkil edir. Online əczaxanaları bu bazarların əsas hissəsini təşkil edir. Onların çoxu saxta dərman satmaqla qısa yoldan pul qazanmağı hədəfləyən qruplardır.

Bu qrupların çoxunun Rusiya bazarı ilə əlaqəsi olduğu təxmin edilir. Saxtakar qruplar internet vasitəsilə təqdimatlar etmək üçün Google, Yahoo, Bing-in online reklamlarından istifadə edirlər. Google və Yahoo uzun müddətdir ki, qrupların reklamları ilə mübarizə edir və bu mövzuya olduqca həssas yanaşır. Lakin LegidScript adlı, saxta əczaxanaları təsbit etməyə çalışan bir təşkilat Bingin bu mövzuda çox da müvəffəqiyyətli olmadığını aşkarlayıb.

LegidScript-in nəşr etdiyi hesabata görə, Bing-də qeyri-qanuni şəkildə dərman satan bir çox saxta əczaxana saytının reklamı nəşr olunur.Güclü rəqabətin və gəlirlərin yüksək olduğu bu sahədə reklam qazancları olduqca yüksəkdir və bu da Bing-ə yaxşı pul qazandırır. Hesabat nəşr olunduqdan sonra Microsoft səlahiyyətliləri bu mövzunu çox ciddi qəbul etdiklərini və ən qısa zamanda lazımlı tədbirləri görəcəklərini açıqlayıblar.

LegidScript verilənlər bazasında 41.983 online əczaxana aşkarlandığını və bunların yalnız 224 dənəsinin qanuni olduğunu, 873 dənəsinin isə hələ də araşdırılmaqda olduğunu açıqlayıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə