Google yeni süni intellekt musiqi modelini təqdim edib

26-03-2026 / 14:38

Google şirkəti Lyria 3 modelindən cəmi bir ay sonra daha inkişaf etmiş Lyria 3 Pro versiyasını təqdim edib.

Xeberler.az bildirir ki, yeni model əvvəlki versiyada olan 30 saniyəlik musiqi limiti 3 dəqiqəyə çatdırılıb. Bu da istifadəçilərə tam uzunluqlu musiqi parçaları yaratmağa imkan verir. Lyria 3 Pro musiqi strukturunu daha yaxşı anlayır və intro, nəqarət (chorus) və keçid (bridge) kimi hissələrin mətn əmrləri ilə daha detallı qurulmasını təmin edir.

Model Gemini tətbiqində ödənişli istifadəçilər üçün əlçatan olub. Bundan əlavə, texnologiya Google Vids və Google-ın yeni əldə etdiyi ProducerAI kimi alətlərə də inteqrasiya edilib. Korporativ istifadəçilər isə sistemi Vertex AI, Gemini API və AI Studio vasitəsilə istifadə edə bilirlər.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə