“Google Gemini” Azərbaycan dilində istifadəçilər üçün əlçatan olub

12-02-2026 / 10:41

“Google” şirkətinin süni intellekt platforması “Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır.

Xeberler.az bildirir ki, bu barədə “YouTube”un Orta Şərq və Şimali Afrika (MENA) regionu üzrə rəhbəri Cavid Aslanov məlumat paylaşıb.

Məlumata əsasən, Azərbaycan dilində təqdimat “Gemini 3” erasının – şirkətin indiyədək ən güclü və qabaqcıl süni intellekt nəslinin qlobal istifadəyə verilməsi ilə eyni vaxta təsadüf edir.

“Lokallaşdırılmış interfeys artıq veb versiyada aktivdir, həmçinin mobil cihazlarda (“Android” və “iOS”) tam dəstək və real vaxt rejimində danışıq imkanı yaradan “Gemini Live” funksiyası mövcuddur.

Cavid Aslanov qeyd edib ki, istifadəçilər üçün “Nano Banana” və “Veo” kimi yaradıcı alətlər də təqdim edilir. Bununla yanaşı, məhsuldarlıq və təhsil istiqamətində üç yeni funksiya Azərbaycan dilində istifadəyə verilib.

“Canvas” istifadəçilərə yazı və proqramlaşdırma üçün xüsusi iş mühiti təqdim edərək mürəkkəb layihələr üzərində “Gemini” ilə paralel işləməyə imkan yaradır. “Deep Research” müxtəlif mənbələrdən məlumatları təhlil və sintez edərək geniş hesabatlar hazırlayır. “Guided Learning” isə sistemi fərdiləşdirilmiş müəllim formatına çevirərək mövzuların addım-addım izahı və interaktiv testlər vasitəsilə öyrənilməsini təmin edir.

“Bu yenilik Azərbaycan dilində rəqəmsal ekosistemin genişlənməsinə və süni intellekt alətlərinin daha əlçatan olmasına töhfə verəcək”, - deyə Cavid Aslanov vurğulayıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə