Previous Next
Bağla

“Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” Forumu başa çatıb

24-09-2024 19:31
“Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” Forumu başa çatıb

Daşkənddə təşkil olunan “Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” Özbəkistan-Azərbaycan Media Forumunun sonuncu panel sessiyası “Kütləvi informasiya və kommunikasiyalar sahəsində Özbəkistan və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunub.

Xeberler.az Azərtac-a istinadən məlumat verir ki, Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin təhlil və planlaşdırma idarəsinin müdiri Marat Aitovun moderatorluğu ilə keçirilən panel iclasında Özbəkistanın Milli Televiziya və Radio Şirkəti “Dunö Buylab” telekanalının direktoru Nodir Tulyaqanov çıxış edərək qeyd edib ki, ölkələrimiz arasında ikitərəfli formatda çox sıx əlaqələr mövcuddur. O, Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə həyata keçirilən layihələri də xatırladıb.

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov media forumunun mövzusunun əhəmiyyətini qeyd edərək deyib: “Bildiyiniz kimi, minimum informasiya olan yerdə dezinformasiya geniş vüsət alır. Buna həm Azərbaycan, həm də Özbəkistan mətbuatında rast gələ bilərik. Biz gücümüzü birləşdirib bununla mübarizə aparmalıyıq”.

Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin prorektoru Nozima Murodova gənc nəslin düşünən informasiya cəmiyyətinin bir hissəsinə çevrilməsinə kömək üçün təhsil müəssisələrində tətbiq edilməli olan layihə barədə məlumat verib.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) beynəlxalq münasibətlər şöbəsinin müdiri Nigar Hüseynova bildirib ki, Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi və Medianın İnkişafı Agentliyi ölkələrimiz arasında media sahəsində münasibətlərin qurulmasında və inkişafında xüsusi rol oynayırlar. O, MEDİA-nın AzTV ilə birgə hazırladığı yeni MEDİALAB layihəsi haqqında danışıb. “Bu layihənin əsas məqsədi ictimaiyyətin dezinformasiyaya qarşı müqavimətinin gücləndirilməsi, eləcə də rəqəmsal media mühitində media savadlılığının artırılmasından ibarətdir”, - deyə N.Hüseynova qeyd edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əhməd İsmayılov: Özbəkistanla qısa vaxtda möhkəmlənmiş media əlaqələrimiz nümunəvi səciyyə daşıyır

24-09-2024

“Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda Media Forumu keçirilib

24-09-2024

Kamran Həsənov: Media sahəsində əməkdaşlıq milli təhlükəsizlik məsələsində əsas komponentdir

24-09-2024

Azərbaycan TDT-nin media və informasiya üzrə 6-cı toplantısında təmsil olunub

19-12-2024

MEDİA-da Özbəkistanın məsul nümayəndələri ilə görüş olub

29-09-2025

Çinlə radio və TV yayımı sahəsində memorandum imzalanıb

24-06-2025

"Rəqəmsal dövrdə media tərəfdaşlığı" mövzusunda panel sessiya keçirilib

30-09-2025

Türk dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir

18-12-2025

Hikmət Hacıyev: Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur

20-07-2025

Qazaxıstanın “Mərkəzi Kommunikasiyalar Xidməti”nin nümayəndələri ilə görüş keçirilib

16-12-2024

Dezinformasiya və rəqəmsal media savadlılığı” seminarı keçirilib

21-09-2023

Audiovizual Şura ilə Mərakeşin Ali Qurumu arasında Memorandum imzalanıb

18-12-2024

"Rəqəmsal informasiya mühitində etik məsuliyyət" müzakirə olunub

30-09-2025

Azərbaycan və Albaniya media sahəsində memorandum imzalayıb

13-11-2024

MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

08-04-2026

Azərbaycanla Özbəkistanın media nümayəndələri görüşüb

06-05-2025

Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüş keçirib

06-05-2025

Azərbaycan–Türkiyə Birgə Media Platformasının İşçi Komissiyası yaradılacaq

28-03-2026

Rəşad Məcid: Süni intellekt vasitəsilə çoxlu dezinformasiya yayılır

19-02-2025

TDT-nin media və informasiya üzrə məsul nazirlərinin toplantısı keçirilib

28-11-2025

Astanada II Mərkəzi Asiya Media Forumu keçiriləcək

12-04-2025

Şuşa Qlobal Media Forumu işini panel iclaslarla davam etdirir

21-07-2025

Azərbaycan II Mərkəzi Asiya Media Forumunda təmsil olunur

16-04-2025

“Süni intellekt və media savadlılığı” adlı dəyirmi masa təşkil olunub

18-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə