Previous Next
Bağla

TDT-nin media və informasiya üzrə məsul nazirlərinin toplantısı keçirilib

28-11-2025 12:37
TDT-nin media və informasiya üzrə məsul nazirlərinin toplantısı keçirilib

Bakıda Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı keçirilib.

Xeberler.az məlumat verir ki, toplantıda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Ömer Kocaman, Qazaxıstan Respublikası mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov, Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi, Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov, həmçinin Təşkilatın müşahidəçi üzvü Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu çıxış edib.

Əhməd İsmayılov çıxışı zamanı informasiya mübadiləsinin genişləndirilməsi, saxta xəbərlər və hibrid təhdidlərə qarşı birgə mübarizənin bu əməkdaşlığın əsas hədəflərindən olduğunu vurğulayıb.

Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömer Kocaman bildirib ki, Təşkilat 55-dən çox sahədə layihələr icra edir və artıq regional aktora çevrilib.

Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov çıxışında media sahəsində vahid sistemin yaradılmasının informasiya sahəsindəki təhdidlərdən qorunmanın əsas yollarından biri olduğunu qeyd edib.

Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov isə çıxışında TDT-yə üzv dövlətlərin televiziyalarının bir-birinin ərazisində yayımlanması təklifini irəli sürüb.

Sonda Türk Dövlətləri Təşkilatının Media və İnformasiya məsələləri üzrə məsul nazirlər və yüksək vəzifəli rəsmilərin 7-ci iclasının, həmçinin Təşkilatın Media və İnformasiya üzrə İşçi Qrupunun 12-ci toplantısının yekunları üzrə Kommunike qəbul edilib.

Eyni zamanda, Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 8-ci toplantısı, eləcə də Media və İnformasiya üzrə İşçi Qrupunun 13-cü iclasının Qazaxıstanda keçiriləcəyi açıqlanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan TDT-nin media və informasiya üzrə 6-cı toplantısında təmsil olunub

19-12-2024

TDT-nin Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilib

27-11-2025

TDT-nin 2-ci Nazirlər Toplantısının keçiriləcəyi tarix məlum olub

08-10-2025

Azərbaycan və Albaniya media sahəsində memorandum imzalayıb

13-11-2024

MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

08-04-2026

TDT-nin növbəti nazirlər toplantısı Azərbaycanda keçiriləcək

26-10-2024

Türk Dövlətləri Təşkilatının Nəqliyyatı Əlaqələndirmə Komitəsinin iclası keçirilib

12-08-2022

Türk dövlətlərinin İKT üzrə məsul nazirlərinin 5-ci iclası keçirilib

07-12-2023

Əhməd İsmayılov: Özbəkistanla qısa vaxtda möhkəmlənmiş media əlaqələrimiz nümunəvi səciyyə daşıyır

24-09-2024

TDT nazirlərinin 2-ci iclasının Bəyannaməsi qəbul edilib

24-10-2025

TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiyalar Nazirləri görüşür

26-10-2024

TDT nazirlərinin üçüncü iclası Astanada keçiriləcək

24-10-2025

İKT-nin tətbiqi TDT-ın sərhədlərarası pasiyent məlumatları mübadiləsini mümkün edir

08-10-2024

Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir

23-04-2025

Qazaxıstanın “Mərkəzi Kommunikasiyalar Xidməti”nin nümayəndələri ilə görüş keçirilib

16-12-2024

MEDİA-da Özbəkistanın məsul nümayəndələri ilə görüş olub

29-09-2025

Çinlə radio və TV yayımı sahəsində memorandum imzalanıb

24-06-2025

Azərbaycan–Türkiyə Birgə Media Platformasının İşçi Komissiyası yaradılacaq

28-03-2026

Türkiyə Azərpoçt-la yeni əməkdaşlığa başladı

29-11-2016

Çin Qitələrarası Kommunikasiya Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib

16-11-2024

İlham Əliyev həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb

24-11-2025

MEDİA ilə "Sinxua" agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

01-09-2025

TDT-nin Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edilib

02-04-2026

Prezident nazir Ramin Quluzadəyə yeni vəzifə verib

03-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə