Previous Next
Bağla

TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu işə başlayıb

24-11-2025 12:52
 TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu işə başlayıb

Noyabrın 24-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun açılışı olub.

Xeberler.az məlumat verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası və Macarıstanın mədəniyyət nümunələrini əks etdirən stendlərlə tanış olublar.

Forumun açılış mərasimində türk dövlətləri arasında mövcud tarixi bağlılıq, ortaq dəyərlər və sıx əməkdaşlıq münasibətlərini əks etdirən, bu əlaqələrin inkişaf yolunu və perspektivlərini əyani şəkildə nümayiş etdirən videoçarx təqdim olunub.

Sonra Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin həmrəylik forumunun iştirakçılarına məktubunu oxuyub.

Qeyd edək ki, forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500-dən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir. Bu, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə təşkil olunan ən böyük tədbirdir.

Forumda iki panel müzakirəsi keçiriləcək. “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” panelində regional əməkdaşlıq və vətəndaş cəmiyyətinin təşəbbüsləri müzakirə olunacaq. Digər panel isə “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu”na həsr ediləcək və qarşılıqlı təcrübə mübadiləsi imkanları nəzərdən keçiriləcək.

Tədbir Bakıda bədii-mədəni proqramla yekunlaşacaq, forum isə işini Naxçıvanda davam etdirəcək. Burada TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasının təsis olunması gözlənilir. Platformaya rəhbərliyi Azərbaycan edəcək və 8 ölkənin QHT-lərini birləşdirəcək.

Forum iştirakçıları 2026-cı ildə Azərbaycanda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumuna dəvət olunacaq və tədbir birgə bəyanatın qəbul edilməsi ilə başa çatacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İlham Əliyev həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb

24-11-2025

Türk dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir

18-12-2025

Xankəndidə “QHT-lərin 3-cü Əməkdaşlıq Forumu” keçirilir

20-10-2025

Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir

23-04-2025

"Türk Dövlətləri Insurtech Zirvəsi" keçirilir

28-10-2025

Astanada Türk Dövlətləri Təşkilatının biznes-forumu keçirilir

13-05-2026

Astanada II Mərkəzi Asiya Media Forumu keçiriləcək

12-04-2025

TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiyalar Nazirləri görüşür

26-10-2024

Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

22-09-2025

Bakıda D-8 Media Forumu keçirilir

21-11-2025

TDT liderlərinin 12-ci sammiti Azərbaycanda keçiriləcək

06-11-2024

TDT-yə üzv dövlətlər 2026-cı ildə birgə peyk istehsal edəcək

08-10-2025

Qırğızıstanda türk dövlətlərinin süni intellekt üzrə sammiti keçiriləcək

21-09-2024

TDT-nin 2-ci Nazirlər Toplantısının keçiriləcəyi tarix məlum olub

08-10-2025

Bakıda türk dövlətlərində hüquqi sahədə müasir informasiya texnologiyalarının tətbiqi müzakirə olunur

04-06-2024

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının saytı fəaliyyətə başladı

19-10-2009

Azərbaycanın elektron vətəndaş cəmiyyəti yaradıldı

19-01-2011

Prezident Administrasiyasının yeni strukturu məlum oldu

30-11-2019

TDT-nin media və informasiya üzrə məsul nazirlərinin toplantısı keçirilib

28-11-2025

TDT-nın Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin iclası keçirilir

24-10-2025

Bakıda "Türk Dövlətləri Insurtech Zirvəsi" keçiriləcək

24-10-2025

Türk dövlətlərinin İKT üzrə məsul nazirlərinin 5-ci iclası keçirilib

07-12-2023

Bakıda III Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək

28-04-2026

Azərbaycan TDT ölkələri ilə kibertəhlükəsizliyin gücləndirilməsinə dair müzakirələrdə iştirak edib

13-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə