Oktyabrın 21-də İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) birgə təşkilatçılığı ilə “Avropa İqtisadi Komissiyası regionunda gender bərabərliyinin sürətləndirilməsi üçün Pekin öhdəliklərinin 30 ilinə nəzər salınması” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Xeberler.az məlumat verir ki, ikigünlük konfransda Azərbaycanı Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Konfrans çərçivəsində əvvəlcə "15 oktyabr - Beynəlxalq Kənd Qadınları Günü və "Pekin+30" regional baxış görüşü çərçivəsində Azərbaycanın daimi nümayəndəliyinin təşkilatçılığı ilə "Hökumətin rəqəmsal transformasiyası vasitəsilə kənd qadınlarının iqtisadi səlahiyyətlərinin artırılması" mövzusunda yan tədbir keçirilib.
Tədbirin moderatoru - BMT Qadınlar Təşkilatının Cenevrədəki Nümayəndəlik ofisinin rəhbəri Adriana Quinyones mühüm mövzuya həsr olunan tədbirin təşkilinə görə Azərbaycana təşəkkür edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək Pekin Bəyannaməsinin və Fəaliyyət Platformasının ciddi dəyişikliklərə səbəb olduğunu, gender bərabərliyinin qlobal əhəmiyyətini artırdığını, qadınların hüquqlarının qorunması və onların iqtisadi səlahiyyətlərinin artırılması üçün geniş imkanlar açdığını vurğulayıb.
B.Muradova qeyd edib ki, son 30 ildə biz sosial-siyasi dəyişikliklərin, müharibə və münaqişələrin, texnogen və iqlim fəlakətlərinin şahidi olduq. Buna baxmayaraq, bu çağırışlarla yanaşı, tərəqqi və texnoloji yeniliklər tərəfdaşlıq üçün yeni platformalar açıb və inkişafa nail olunub.
Azərbaycanın Pekin Bəyannaməsinin 12 kritik sahəsinə sadiq qaldığını vurğulayan komitə sədri ölkəmizdə 15-29 yaşlılar arasında kənd təsərrüfatında çalışan işçi qüvvəsinin 44,8 faizini qadınların təşkil etdiyini deyib. Bildirib ki, əhalimizin 46 faizinin kənd yerlərində yaşadığını nəzərə alan hökumət bu sahədə bir sıra yeni təşəbbüslər həyata keçirib. Ölkəmizdə qadınların kənd təsərrüfatı sahəsində təhsil almağa və müxtəlif layihələr vasitəsilə onların bir sıra sahələrdə ixtisaslaşmalarının təşviqinə diqqət yetirilir.
Bu tədris ilində həm dövlət, həm də qeyri-dövlət ali təhsil müəssisələrinin tələbələrinin 30,9 faizini gələcək karyeraları kimi kənd təsərrüfatı ixtisası üzrə təhsili seçən gənc qadınlar təşkil edib. Artmaqda olan bu tendensiya kənd yerlərində qadınların məşğulluq imkanlarına müsbət təsir göstərir. Belə ki, hazırda Azərbaycanda qadınların iqtisadi fəallığı 61,8 faizə çatıb.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında gender bərabərliyinin inkişafı və qadınların iqtisadi səlahiyyətlərinin artırılmasının son vaxtlar beynəlxalq maliyyə mühitində əsas müzakirə mövzularından olduğunu qeyd edib. Deyib ki, əmək bazarlarında gender fərqinin daralması inkişaf etməkdə olan bazarlarda və iqtisadiyyatlarda ümumi daxili məhsulun artırılmasına töhfə verə bilər.
Milli Məclisin komitə sədri xüsusi vurğulayıb ki, həyat səviyyəsinin yüksəldilməsi, davamlı iqtisadi inkişafa nail olunması və bütün sektorlarda gender bərabərliyinin təmin edilməsi Azərbaycan hökumətinin prioritetləri arasında xüsusi yer tutur.
Açılış çıxışlarından sonra panel müzakirələri olub.
Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini xanım İlhamə Qədimova ölkəmizdə kənd təsərrüfatı sahəsində qadın sahibkarların fəaliyyəti və onlar üçün yaradılan imkanlardan danışıb.
Kənd təsərrüfatının iqtisadiyyatın inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında önəmini qeyd eden İ.Qədimova bildirib ki, Azərbaycan qadınları iqtisadiyyatın digər sahələri ilə yanaşı, kənd təsərrüfatında fəal iştirak edirlər. “Hazırda 683 mindən çox qadın sahibkar elektron kənd təsərrüfatı sistemində qeydiyyatdadır. Hər il daha çox qadın sistemdən və qadınlar üçün yaradılan imkanlardan yararlanır”, - deyə o əlavə edib.
“AZORGANİK” kənd təsərrüfatı istehsalı və istehlakı kooperativinin təmsilçisi Aliyə Səfərova kooperativin fəaliyyətində qadın sahibkarların da xüsusi yer tutduğunu qeyd edib. Bildirib ki, qadın sahibkarların fəaliyyətinin dəstəklənməsi və səlahiyyətlərinin genişləndirilməsi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması baxımından mühüm rol oynayır.
BMT-nin Əhali Fondunun (UNFPA) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Florens Baure qadın sahibkarlar üçün bərabər imkanların yaradılmasının iqtisadiyyatın inkişafı üçün də önəmli olduğunu vurğulayıb. O, Azərbaycanın qadınların iqtisadiyyatda iştiraklarının artırılması və onlar üçün bərabər imkanların yaradılması istiqamətində atdığı addımların önəmini xüsusi vurğulayıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Cenevrədəki nümayəndəlik ofisinin təmsilçisi xanım Anna Ricoy isə bildirib ki, Azərbaycanın nümunəsində də göründüyü kimi, qadınlar təkcə kənd təsərrüfatının inkişafında mühüm rol oynamır, bütövlükdə ərzaq təhlükəsizliyinin təmin olunmasında və kənd təsərrüfatı sisteminin transformasiyasında fəal çıxış edirlər. O, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrində yeniliklərin tətbiqində qadınların rolunu yüksək qiymətləndirib.
Mövzu ətrafında aparılan müzakirələrdə Azərbaycanda təkcə iqtisadiyyat və kənd təsərrüfatında deyil, ölkə həyatının bütün sahələrində qadınların rolunun və fəallığının artırılmasının dövlət siyasətinin əsas hədəfləri arasında yer aldığı bildirilib, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu məsələyə xüsusi həssaslıq göstərdikləri vurğulanıb. Çıxışlarda, həmçinin Ermənistanın ərazilərimizi otuz il ərzində işğal altında saxlamasının və ərazilərimizi minalarla çirkləndirməsinin bu sahədə qarşıda duran hədəflərə nail olunmasına ciddi maneə yaratdığı vurğulanıb. (Azərtac)
/38798.jpg
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri