Previous Next
Bağla

İKT-də qızlar günü ölkəmizdə də qeyd olunub

26-04-2018 17:24
İKT-də qızlar günü ölkəmizdə də qeyd olunub

Bütün dünya ictimaiyyəti aprelin sonuncu həftəsinin dördüncü günü “İKT-də qızlar” günü kimi qeyd edir. “İKT-də qızlar” günü Birləşmiş Millətlər Təşkilatının (BMT) İKT sahəsində ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təsis edilib.

“Üfüqləri genişləndirək, yanaşmaları dəyişək” mövzusu ilə keçirilən bu beynəlxalq gün ənənəvi olaraq ölkəmizdə də geniş qeyd olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qadınların İKT sahəsində rolunun artırılmasına dəstək vermək məqsədilə bu gün bir sıra tədbirlər keçirib.

Sözügedən tədbirlər çərçivəsində 26 aprel 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində və videokonfrans əlaqəsi vasitəsilə regionlardakı (Şamaxı, Gəncə, Mingəçevir, Lənkəran, Bərdə və Qəbələ) təlim-tədris mərkəzləri ilə birgə tədbir təşkil olunub.

Xeberler.az bildirir ki, Bakı və adıçəkilən regionlardakı təlim-tədris mərkəzlərində yuxarı sinifdə təhsil alan qız şagirdləri və informatika müəllimələri dinləyici kimi videokonfrans əlaqəsi ilə konfransa qoşulub.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Yüksək Texnologiyalar Parkı MMC-nin, Məlumat Hesablama Mərkəzinin, Femmes Digitales və WoWoman qadın klublarının, Abad publik hüquqi şəxsin, Qadınların İnkişafına və Maarifləndirilməsinə dəstək İctimai Birliyinin nümayəndələri çıxış ediblər.

Bildirilib ki, bu əlamətdar hadisə ilə əlaqədar dünyada məktəblər, gənclər qrupu, vətəndaş təşkilatları və dövlət qurumları tərəfindən təşkil edilən müvafiq tədbirlər keçirilir. Son illərdə “İKT-də qızlar” günü çərçivəsində həyata keçirilən tədbirlərin miqyası xeyli genişlənərək birgünlük tədbir formatından qızları il ərzində İKT ilə işləməyə öyrətmək üçün nəzərdə tutulmuş daimi fəaliyyət göstərən proqramlara çevrilib.

Qeyd edilib ki, İKT gender bərabərliyi, qadınların hüquq və imkanlarının genişləndirilməsinin təmin edilməsində əsas amillərdən biridir. Bu texnologiyalardan istifadə imkanına malik olan qız və qadınlar yeni iş yerlərinin yaradılması və sahibkarlıq fəaliyyətinin inkişafı kimi imkanlardan da asanlıqla istifadə edə bilərlər.

Eyni zamanda, bu gün Yüksək Texnologiyalar Parkı MMC-də Azərbaycan Dövlət Neft Sənayesi Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universitetinin informasiya texnologiyaları ixtisası üzrə təhsil alan qız tələbələri üçün startapçı xanımların təqdimatında seminar təşkil olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil, Mədəniyyət nazirliklərinin, Yüksək Texnologiyalar Parkı-nın nümayəndələri çıxış edərək bildiriblər ki, “İKT-də qızlar” günü qadınların informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsindəki fəaliyyətinin vacibliyini vurğulayır, qızları və gənc qadınları texnologiyalar sahəsində peşə seçimi etməyə stimullaşdırır.

Bildirilib ki, “İKT-də qızlar” günü qızları elm, texnologiya, texnika və riyaziyyat sahəsində təhsil almağa stimullaşdırmaq yolu ilə “rəqəmli fərqlik”in aradan qaldırılmasına kömək etmək üçün nəzərdə tutulmuş qlobal təşəbbüsdür.

"Oyunların yaradılması və satışı", "Dünyanın onlayn bazarına necə qoşulmaq olar?”, "BİG Data analizlərində qadınlar"   mövzuları üzrə ölkəmizdə uğurlu startapların qadın təmsilçiləri Mia Əliyeva, Mirvari Mehdiyeva və Nigar Qasımova öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşüblər.

 

 Xeberler.az

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda İKT-də qızlar gününə dair tədbir keçirilib

26-04-2019

Bu gün “İKT-də Qızlar” Günüdür

23-04-2020

Gənc qızların texnologiya sahəsi üzrə maarifləndirilməsinə dair müzakirələr aparılıb

24-04-2021

“İKT-də Qızlar” Beynəlxalq Gününün 10 illik yubileyi qeyd edilir

22-04-2021

“İKT-nin qadınların həyatında rolu” mövzusunda konfrans keçiriləcək

21-04-2015

“Rəqəmli Qızlar” layihəsi üzrə onlayn təlimlər keçirilib

20-06-2020

İKT-də Qızlar Günü münasibətilə xüsusi görüş planlaşdırılır

21-04-2026

“Qadınların İKT sahəsində rolu” mövzusunda tədbir keçiriləcək

02-03-2017

“Azərbaycanın Rəqəmsal Qızları: İKT-nin qadınların həyatındakı rolu” mövzusunda konfrans keçirilib

23-04-2015

“Femmes Digitales” məktəbli qızların İKT sahəsinə marağını artırmaq üçün təbliğata başlayır

15-04-2015

Bu gün dünyada “İKT Qızlar günü” qeyd edilir

23-04-2015

Qadınların İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər keçiriləcək

09-07-2019

“Rəqəmli Qızlar – Milli Təlim Proqramı”na qeydiyyat başlayıb

04-06-2020

RİNN “İKT-də Qızlar” Günü münasibətilə tədbir təşkil edib

24-04-2025

İKT Qadınlar klubu məktəbli qızlara dəstək olacaq

03-05-2016

Azercell Azərbaycanın rəqəmsal qızlarına dəstək olub

02-05-2016

Azərbaycanda İKT Qızlar Günü keçiriləcək

10-09-2013

Bakıda beynəlxalq İKT-də Qadınlar Günü qeyd ediləcək

26-04-2016

24 aprel - Beynəlxalq İKT-də Qızlar Günüdür

24-04-2025

Digital Girls – Milli Təlim Proqramı layihəsinə start verilib

19-12-2019

İKT Qadınlar Klubunun növbəti təlimi keçiriləcək

05-09-2015

Beynəlxalq “İKT-də qızlar” Gününə həsr edilmiş konfrans keçirilib.

27-04-2012

“İKT-nin qadınların həyatında rolu” konfransı keçiriləcək

21-04-2015

ADA-nın İT tələbələri üçün yeni imkan

21-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə