Previous Next
Bağla

Azərbaycanda İKT-də qızlar gününə dair tədbir keçirilib

26-04-2019 16:14
Azərbaycanda İKT-də qızlar gününə dair tədbir keçirilib

Bütün dünya ictimaiyyəti kimi Azərbaycanda da aprelin sonuncu həftəsinin dördüncü günü "İKT-də qızlar" günü kimi qeyd edilir. Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən “İKT-də qızlar” gününün keçirilməsinin məqsədi qızları informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə cəlb etməkdir.

Xeberler.az bildirir ki, "Üfüqləri genişləndirək, münasibəti dəyişək" mövzusu ilə keçirilən bu beynəlxalq gün çərçivəsində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qadınların İKT sahəsində rolunun artırılmasına dəstək vermək məqsədilə bir sıra tədbirlərin təşkilinə dəstək verir.

Belə ki, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində “İKT-də qızlar” gününə həsr olunmuş tədbir təşkil olunub.

Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES”, “STEP IT Academy”, “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzi və Birləmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakı ofisinin təşkilati dəstəyi ilə baş tutub.

Şamaxı rayonunda 70-dək məktəbli qızın iştirakı ilə baş tutan tədbirdə onlara informasiya texnologiyalarının əhəmiyyəti, bu sahədə təhsilin vacibliyi və geniş iş imkanları barədə məlumatlar verilib.

Daha sonra gənc qızların iştirakı ilə innovativ ideyalar üzrə startap layihələrinin formalaşdırılmasına dair təlim keçirilib. Qızlar mentorlar tərəfindən təqdim edilən tədris materialı ilə tanış olduqdan sonra komandalara bölünərək mütəxəssislərə ideyalarını təqdim ediblər. Münsiflər heyəti layihələri perspektivlik baxımından qiymətləndirdikdən sonra, iştirakçıları mükafat və sertifikatlarla təltif ediblər.

Eyni zamanda, proqramlaşdırma prosesi ilə əyani şəkildə tanış olmağa imkan yaradan kodlaşdırma məşğələləri də təşkil edilib.

Bundan başqa, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “AREA” Robotexnika və Mühəndislik Akademiyası və “chip.az” MMC-nin təşkilatçılığı ilə “İKT-də xanımlar: imkanlar və perspektivlər” üzrə təlim keçirilib.

“İT sahəsində müasir trendlər”, “Sosial şəbəkələrdə biznes”, “Qızlar üçün İKT-də karyera yolu”, “Robotexnika sahəsində iş imkanları”, “Azərbaycanda robotexnikanın inkişaf perspektivləri” mövzuları üzrə də məşğələlər təşkil olunub.

Təlimdə bildirilib ki, son illərdə "İKT-də qızlar" günü çərçivəsində həyata keçirilən tədbirlərin miqyası xeyli genişlənərək bir günlük tədbir formatından qızları il ərzində İKT ilə işləməyə öyrətmək üçün nəzərdə tutulmuş daimi fəaliyyət göstərən proqramlara çevrilib.

Qeyd edilib ki, İKT gender bərabərliyi, qadınların hüquq və imkanlarının genişləndirilməsinin təmin edilməsində əsas amillərdən biridir. Bu texnologiyalardan istifadə imkanına malik olan qız və qadınlar yeni iş yerlərinin yaradılması və sahibkarlıq fəaliyyətinin inkişafı kimi imkanlardan da asanlıqla istifadə edə bilərlər.

Eyni zamanda bildirilib ki, "İKT-də qızlar" günü qızları elm, texnologiya, texnika və riyaziyyat sahəsində təhsil almağa stimullaşdırmaq yolu ilə "rəqəmli fərqliliy"in aradan qaldırılmasına kömək etmək üçün nəzərdə tutulmuş qlobal təşəbbüsdür.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKT-də qızlar günü ölkəmizdə də qeyd olunub

26-04-2018

Gənc qızların texnologiya sahəsi üzrə maarifləndirilməsinə dair müzakirələr aparılıb

24-04-2021

İKT-də Qızlar Günü münasibətilə xüsusi görüş planlaşdırılır

21-04-2026

“İKT-də Qızlar” Beynəlxalq Gününün 10 illik yubileyi qeyd edilir

22-04-2021

Bu gün “İKT-də Qızlar” Günüdür

23-04-2020

“Femmes Digitales” məktəbli qızların İKT sahəsinə marağını artırmaq üçün təbliğata başlayır

15-04-2015

“İKT-nin qadınların həyatında rolu” mövzusunda konfrans keçiriləcək

21-04-2015

Azərbaycanda İKT Qızlar Günü keçiriləcək

10-09-2013

RİNN “İKT-də Qızlar” Günü münasibətilə tədbir təşkil edib

24-04-2025

“Rəqəmli Qızlar” layihəsi üzrə onlayn təlimlər keçirilib

20-06-2020

24 aprel - Beynəlxalq İKT-də Qızlar Günüdür

24-04-2025

Azercell Azərbaycanın rəqəmsal qızlarına dəstək olub

02-05-2016

Qadınların İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər keçiriləcək

09-07-2019

Regionda xanımlar üçün növbəti İKT tədbir keçirilib

18-05-2018

“Rəqəmli Qızlar – Milli Təlim Proqramı”na qeydiyyat başlayıb

04-06-2020

Bu gün dünyada “İKT Qızlar günü” qeyd edilir

23-04-2015

“Qadınların İKT sahəsində rolu” mövzusunda tədbir keçiriləcək

02-03-2017

“Qadınlar və texnoloji inkişaf” mövzusunda onlayn vebinar keçiriləcək

21-04-2021

İKT Qadınlar Klubu Masallıda ilk regional tədbir keçirib-Foto

07-11-2016

İKT Qadınlar klubu məktəbli qızlara dəstək olacaq

03-05-2016

Qəbələdə qızlar üçün İKT konfrans keçirilib-Foto

06-11-2017

“Azərbaycanın Rəqəmsal Qızları: İKT-nin qadınların həyatındakı rolu” mövzusunda konfrans keçirilib

23-04-2015

“Xəyal et” İKT yay düşərgəsi layihəsi davam edir

25-06-2019

Beynəlxalq “İKT-də Qızlar” Günü Bakıda qeyd olunub

23-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə