Previous Next
Bağla

“Rəqəmli Qızlar – Milli Təlim Proqramı”na qeydiyyat başlayıb

04-06-2020 17:39
“Rəqəmli Qızlar – Milli Təlim Proqramı”na  qeydiyyat başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və YUNESKO-nun təşəbbüsü və dəstəyi, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) təşkilatçılığı ilə baş tutan “Rəqəmli Qızlar (“Digital Girls”) – Milli Təlim Proqramı” sosial layihəsi uğurla icra olunur.

Məqsəd ölkəmizdə qadınların rəqəmli bacarıqlarının inkişafı və onların şəxsi inkişafının dəstəklənməsidir. Layihə xüsusi karantin rejimi dövründə onlayn formatda təlimlərin keçirilməsi ilə davam etdirilir.

Xeberler.az bildirir ki, növbəti təlimlər 9-10 iyun tarixində Zaqatala, Şamaxı, Mingəçevir, Qəbələ, Ağdaş və Şabran şəhərlərində, 11-12 iyun tarixində isə Bakı şəhərində yaşayan məktəbli qızlar və gənc xanımlar üçün təşkil olunacaq.

Adıçəkilən regionlarda yaşayan məktəbli qızlar və gənc xanımlar təlimlərə qatılmaq üçün bu link ( https://iktlab.az/digitalgirls/reg.html ) vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat 7 iyun 2020-ci il saat 18:00-da başa çatacaq.

“İKT LAB” təlimçiləri tərəfindən keçirilən 2 günlük təlimlərdə xanımlara kompüter texnologiyaları ilə yanaşı, şəxsi inkişaf bacarıqları və həyatda bu bacarıqları tətbiq etməklə uğur qazanmağın yolları öyrədilir. Həmçinin, qızlar İKT sahəsində uğurlu karyera qurmaq imkanları ilə tanış olurlar. Təlimlərin aktiv iştirakçılarına sertifikat və hədiyyələr təqdim ediləcək.

Qeyd edək ki, layihə əsas tərəfdaşı olan “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə ölkənin müxtəlif regionlarında uğurla həyata keçirilir. Eyni zamanda layihəyə müxtəlif şəhər və rayonların yerli icra hakimiyyəti orqanları, “Aztelekom” MMC və “WoWoman” qadınların inkişaf platforması dəstək verir.

Layihə haqqında daha ətraflı məlumatı “ https://iktlab.az/digitalgirls/ ” internet səhifəsi üzərindən əldə etmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Rəqəmli Qızlar” layihəsi üzrə onlayn təlimlər keçirilib

20-06-2020

Digital Girls – Milli Təlim Proqramı layihəsinə start verilib

19-12-2019

Qadınların İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər keçiriləcək

09-07-2019

Regionlarda informasiya texnologiyaları üzrə təlimçilərin hazırlığına start verilir

07-09-2021

Regionlarda informasiya texnologiyaları sahəsində təlimçilərin hazırlanmasına başlanılıb

14-10-2021

Rəqəmli bacarıqlar üzrə tədris portalı yaradılıb

05-01-2021

Regionlarda ödənişsiz İT təlimləri keçiriləcək

12-01-2022

Azərbaycanda İKT-də qızlar gününə dair tədbir keçirilib

26-04-2019

“İKT LAB” kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verir

03-11-2020

Regionlarda İT təlimçilərin ilk təlimi başa çatıb

28-12-2021

Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq təlimlərə qeydiyyat başlayıb

21-02-2020

İKT-də qızlar günü ölkəmizdə də qeyd olunub

26-04-2018

Qadınlar üçün ödənişsiz “İT əsasları” təlimləri keçiriləcək

07-01-2022

İKT ilə bağlı böyük sosial layihə başladı

22-09-2017

İKT-də Qızlar Günü münasibətilə xüsusi görüş planlaşdırılır

21-04-2026

Gənc qızların texnologiya sahəsi üzrə maarifləndirilməsinə dair müzakirələr aparılıb

24-04-2021

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi maarifləndirici kampaniyaya başlayıb

15-11-2019

“Qadınların İKT sahəsində rolu” mövzusunda tədbir keçiriləcək

02-03-2017

RİNN “İKT-də Qızlar” Günü münasibətilə tədbir təşkil edib

24-04-2025

Azərbaycanda “İKT-də qızlar” mövzusunda konfrans keçiriləcək

21-04-2021

Bu gün “İKT-də Qızlar” Günüdür

23-04-2020

Peşəkar video mütəxəssisləri və blogerlər hazırlanacaq

13-09-2018

Azercell-in dəstəyi ilə Beyləqanda STEM dərslərinə start verilir

05-03-2026

“İKT-də Qızlar” Beynəlxalq Gününün 10 illik yubileyi qeyd edilir

22-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə