Microsoft Korporasiyasının ən son texnologiyalarının tətbiqi Bakı 2015 1-ci Avropa Oyunlarının Təşkilat Komitəsinin əsas tərəfdaşlarından biri olan Eurodesign şirkətinə effektiv, etibarlı və təhlükəsiz rəqəmsal mühitin qurulmasına imkan yaradıb ki, bu da yarışların Beynəlxalq Olimpiya Komitəsinin standartlarına uyğun ən yüksək səviyyədə keçirilməsini təmin edib.
Microsoft-un bulud həllərinin istifadəsi qısa müddət ərzində əməliyyat xərclərinin iqtisadi səmərəsi və işçilərin çevikliyi baxımından yüksək keyfiyyətli infrastruktur yaratmağa imkan verib.
2012-cı ilin dekabrında Avropa Olimpiya Komitəsi Azərbaycana 50 ölkədən 6 000 idmançını birləşdirən ilk Avropa Oyunlarını keçirməyi həvalə edib. Bakı 2015 1-ci Avropa Oyunlarının Təşkilat Komitəsi yarışların yüksək səviyyədə keçirilməsi üçün infrastrukturun və texniki xidmətlərin hazırlanması məqsədilə yerli və beynəlxalq şirkətləri dəvət edib.
Xeberler.az-ın məlumatına görə, bu barədə Eurodesign şirkətinin texniki direktoru Sabir Haqverdiyev qeyd edib.
Onun sözlərinə görə, Bakı 2015 Avropa Oyunları keyfiyyət baxımından Olimpiya Oyunları və digər nüfuzlu beynəlxalq tədbirlər ilə eyni səviyyədə təşkil olunub.
Bu cür genişmiqyaslı tədbirin hazırlığı üçün Təşkilat Komitəsinin yüksək etibarlı İT-infrastruktura ehtiyacı olub.
Birinci Avropa Oyunlarının Təşkilat Komitəsi 4 000-dən artıq kadra və podratçı şirkətlərə malik multi-funksional struktur idi. İnfrastrukturun hazırlanması istifadəsi və İT-sistemlərin idarəsində dəstəyin və istismarın həyata keçirilməsi Oyunların müvəffəqiyyətlə keçirilməsi baxımından olduqca vacib idi.
Bakı 2015 texnologiyalarının arxitekturası genişmiqyaslı texniki və biznes tələblərə cavab verə bilib.
“İKT sistemi informasiya təhlükəsizliyi və məxfiliyi, istifadə imkanı və müqavimətə davamlılığı sahələrində beynəlxalq standartlara uyğun olmalı idi. Layihənin müvəffəqiyyətlə həyata keçirilməsi üçün Avropa Oyunlarından sonra da Azərbaycanın məqsədlərinə xidmət edəcək təcrübəni tapmaq və saxlamaq olduqca vacib idi.Eurodesign şirkəti Avropa Oyunlarının hazırlıq mərhələsi və idman tədbirlərin idarəedilməsinə cəlb olunmuş komandanın üzvü olmasından qürur duyur. Bakı 2015-in Təşkilat Komitəsi Eurodesign şirkətinə yüksək davamlılığa və geniş miqyasa malik olacaq bir sistemin yaradılması məqsədilə İKT və telekommunikasiya infrastrukturunun tətbiq etməsini tapşırdı.
Beləliklə, Eurodesign komandası yarışlara 14 ay qalmış Microsoft bulud həllərinin istifadəsi ilə İT-infrastrukturun tətbiqinə başlanıb”.
O deyib ki, zəngin təcrübə və texniki biliklərə malik olan Eurodesign şirkəti Microsoft Services komandası ilə birlikdə İKT-infrastrukturun yaradılması üçün identifikasiya və təhlükəsizlik, Məlumat və İnfrastruktur Emalı Mərkəzinin xidmətləri, Office 365 və Skype for Business birgə fəaliyyət xidmətləri, həmçinin İT-xidmətlərinin idarəedilməsi həllərini tətbiq edərək yüksək keyfiyyətli arxitektura dizaynını təqdim edib.
“Əsas məqsədlərimizdən biri Avropa Oyunlarını ən innovativ kontinental oyunları kimi və Azərbaycanı böyük nailiyyətlər qazanmağa qadir müasir Avropa ölkəsi kimi təqdim etmək idi. Milyonlarla tamaşaçı və minlərlə idmançı bu tarixi hadisəni bütün Avropa insanlarının idman naminə birləşdirən tədbir kimi yadda saxlayacaq”, - deyə Eurodesign şirkətinin texniki direktoru Sabir Haqverdiyev qeyd edib.
Şirkət direktoru deyib ki, Microsoft Azerbaijan-ın rəsmi tərəfdaşı olan Eurodesign şirkəti öz texniki həllərində Microsoft Korporasiyasının ən son texnologiyalarından istifadə edib. Microsoft tərəfindən təqdim olunmuş son nəsil texnologiyalar və yüksək səviyyəli xidmət Eurodesign şirkətinə yarışlar üçün effektiv və etibarlı virtual mühit qurmağa imkanı yaradıb. Windows Server 2012 R2 platforması Bakı 2015-in İKT-infrastrukturunun əsasını təşkil edib:
“Microsoft Hyper-V Server 2012 R2 istismar xərclərinin azaldılması və aparat resurslarının effektiv şəkildə istifadəsi imkanı yaratmaqla yanaşı serverlərin və tətbiqlərin infrastrukturlarını birləşdirmək şəraiti yaradıb. Layihə üçün ayrılmış aparat vasitələrinin istifadəsi və Microsoft Hyper-V Server 2012 R2 texnologiyalarının tətbiqi 300 server miqyasına qədər iki məlumat emalı mərkəzi vasitəsi ilə ayrılmış məlumat mərkəzlərini qurmaq imkanı yaradıb. Microsoft Hyper-V Server 2012 R2” texnologiyası Eurodesign şirkətinə əsas infrastruktur xidmətlərinin stabilliyinin təşkili və tədbirin başlanğıcına qədər yoxlanışların müvəffəqiyyətlə həyata keçirilməsində yardımçı olub. Microsoft Hyper-V Server 2012 R2-nin misilsiz məhsuldarlığı və düzgün hazırlanmış klaster həlləri vasitəsilə bütün infrastrukturların və tətbiqlər xidmətinin müqavimət davamlılığı əsas məlumat emalı mərkəzindən ehtiyat mərkəzinə köçürülməsi bir saniyədən az vaxtda həyata keçirilib”.
Onun sözlərinə görə, birgə fəaliyyətin və kommunikasiyanın korporativ mobil mühitini yaradarkən Eurodesig şirkəti 4 000 işçi üçün Microsoft Office 365 bulud platformasından yararlanıb:
“ Platforma sayəsində qısa müddət ərzində elektron məktublar, audio- və video-konfranslar, masaüstü ofis proqramları, həmçinin daxili və xarici əlaqələrin saxlanılması üçün 34 SharePoint veb-tətbiqi istifadəyə verilib. Buna paralel olaraq korporativ məlumat bazasının yüksək səviyyəli təhlükəsizliyi və məxfiliyi tam təmin olunub. Office 365 sistemi çərçivəsində korporativ istifadəçilər üçün nəzərdə tutulmuş sistemə giriş prosedurunu sadələşdirmək məqsədilə vahid giriş funksiyası Microsoft Active Directory Federation xidməti ilə birgə aktivləşdirilib. Layihənin icrası dövründə Office 365 bulud tətbiqlərinin daim əlçatan olması Microsoft şirkəti tərəfindən təklif olunan tətbiqlərin məhsuldarlığını bir daha təsdiq edir. İnformasiya təhlükəsizliyinin təmin olunması Eurodesign şirkətinin başlıca məqsədi idi. Bu məqsədə nail olmaq üçün Eurodesign komandası Microsoft Korporasiyası ilə sıx əməkdaşlıq edərək bir sıra yeni bulud texnologiyaları tətbiq edə bilib. Əməliyyat və şəxsi məlumatlara avtorizasiyasız girişin qarşısını almaq məqsədilə ofis kompüterləri Microsoft BitLocker əlavəsi vasitəsilə şifrələnmişdir. Microsoft AppLocker tətbiqi korporativ proqram təminatının lisenziyalaşdırma siyasətinə uyğunluğun saxlanılması və icazəsiz proqram təminatının bloklanması üçün quraşdırılmışdı. Microsoft Direct Access texnologiyasından korporativ tətbiq və məlumatlara uzaqdan təhlükəsiz girişi təmin etmək üçün istifadə olunub. Microsoft Azure PaaS bulud platforması isə fasiləsiz fəaliyyəti təmin edə bilib”.
Sabir Haqverdiyev məlumat verib ki, Microsoft System Center 2012 R2 Configuration Manager (SCCM) platforması xüsusi diqqətə layiqdir. Bütün aktiv avadanlıq, server və əsas biznes-tətbiqlərin qabaqlayıcı monitorinqini həyata keçirmək məqsədilə System Center 2012 R2 Operations Manager (SCOM) modulundan effektiv şəkildə istifadə olunub. Müştərilərin kompüterlərinin genişlənməsi, iş stansiyalarında əməliyyat sisteminin quraşdırılması və proqram təminatının yenilənməsi məqsədi ilə isə Configuration Manager-dən istifadə olunub. System Center 2012 R2 Incident və ”System Center 2012 R2 Change Management” modulları ITIL tövsiyələrinə uyğun olaraq gündəlik əməliyyat işləri zamanı istifadə olunub. Layihənin həyata keçirildiyi vaxt ərzində texniki həllərin realizəsi və xidmətlərin göstərilməsində 50-dən artıq sertifikata malik olan Microsoft mütəxəssisi (onlardan 10-u daimi əsaslarla) iştirak edib.
“Bizim üçün Bakı 2015 Avropa Oyunları mürəkkəb, lakin olduqca faydalı bir təcrübə idi. Microsoft Korporasiyası ilə strateji tərəfdaşlıq “Eurodesign” komandasına qısa müddət ərzində öz məqsədlərinə çatmaq imkanını yaratdı. Avropa Oyunları çərçivəsində əldə edilmiş təcrübə, bilik və bacarıqlar Eurodesign şirkətini daha yüksək səviyyəyə qaldırdı, bu isə şirkəti daha güclü edir və növbəti çağırışları qəbul etməyə hazır olduğunu göstərir”, - deyə S. Haqverdiyev əlavə edib.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri