Previous Next
Bağla

İslam Oyunlarının kibertəhlükəsizliyi və İT təminatı necə qurulub?

16-05-2017 12:49
İslam Oyunlarının kibertəhlükəsizliyi və İT təminatı necə qurulub?

Məlum olduğu kimi, hazırda ölkədə  IV İslam Həmrəyliyi Oyunları davam etməkdədir.

Xeberler.az olaraq Oyunlar ərzində informasiya texnologiyaları (İT) infrastrukturunun təşkili məsələsini diqqətdə saxlayır və bu barədə oxuculara mütəmadi məlumat təqdim edirik.

Belə ki bu il də belə bir böyük beynəlxalq tədbirin İT təminatı ilə bağlı bütün işlər Eurodesign şirkətinə həvalə edilib.

Xatırladaq ki, sözügedən şirkət İlk Avropa Oyunları və Bakıda keçirilən Formula-1 Avropa Qran Pri yarışları üçün İT infrostukturunun ən yüksək dünya standartlarına uyğun yaradılmasına nail olub.

İslam Oyunlarında təşkil edilən İT infrastruktur ilə yaxından maraqlandıq. Məsələ ilə bağlı Eurodesign şirkətindən ətraflı məlumat verilib.

Qeyd edək ki, hazırda şirkətin müvafiq strukturları Oyunların İT təminatı ilə bağlı davamlı iş növbəsində çalışır.

Eurodesign şirkətinin texnologiyalar üzrə direktoru Sabir Haqverdiyev Xeberler.az-a bildirib ki, şirkətin 1-ci Avropa Oyunlarından əldə etdiyi böyük təcrübə IV İslam Həmrəyliyi Oyunları üçün etibarlı və son dərəcə dayanıqlı İT infrastrukturunun qurulmasına kömək edir.

Onun sözlərinə görə,  Eurodesign tərəfindən hazırlanmış texnoloji arxitektur Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin (AISGOC)  həm texniki, həm də biznes tələblərinə tam olaraq cavab verir :

“Bu cür böyük miqyaslı multi-idman tədbirlərində hər hansı gecikməyə yol verilə bilməzdi.  Məhz bu səbəbdən, hər bir İT sistemi vaxtında qurulmalıdır. Oyunların başlamasına 20 gündən az qaldığı müddətdə, biz, Eurodesign olaraq görülən işlərin keyfiyyətindən əminik və oyunlar zamanı İT sistemlərinin fasiləsiz işini təmin etmək üçün etibarlı xidmətlər göstərməyə hazır idik”.

Öyrənirik ki, multi-idman tədbirlərinin informasiya  sistemləri ilə dəstəklənməyən tək bir aspekti belə yoxdur. Belə ki, İnformasiya Texnologiyaları Təşkilat Komitəsinin idman yarışlarını planlaşdırmasına, təşkilinə və idarə etməsinə imkan yaradıb. Tədbirin planlaşdırılmasından yarış meydançalarında mürəkkəb infrastrukturun işlək vəziyyətdə saxlanılmasına kimi, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AISGOC) bir sıra dəstək xidmətlərinin ən səmərəli şəkildə çatıdırılmasında informasiya  sistemlərinə və proqram təminatlarına etibar edib.

Qeyd edilib ki, AISGOC üçün qurulan İT infrastrukturu yüzlərlə şəbəkə kommutatorlarından, minlərlə kompüterdən və müasir məlumat mərkəzində yerləşdirilən Oyunlar üçün kritik əhəmiyyətli proqram təminatları və müəssisə tətbiqlərindən təşkil olunub.

Şirkət bildirir ki, Oyunların uğurla keçməsi üçün bu mürəkkəb infrastrukturun hər bir komponentinin qüsursuz işləməsi şərtdir.

Texnololoji tərəfdaş kimi,  Eurodesign “Yarış Cədvəli” ni idarə etmək məqsədi ilə “Competition Schedule” və bütün yarış yerlərinə materialların çatdırılmasına nəzarət etmək üçün xüsusi “Materials Delivery”  biznes əlavəni yaradıb.

Şirkət qeyd edir ki, Multi-idman yarışlarında könüllülərin rolunu qiymətləndirməmək mümkün deyil.  Eurodesign “Volunteer Training Portal”ı yaratmaqla könüllü icmasının təşkilatçı komitəyə inteqrasiyasına böyük töhfə verib. Oyunlara hazırlıq prosesində çalışan təxminən 2 min daimi heyət üzvü ilə AISGOC işə qəbul prosesinin olduqca effektiv keçirilməsini tələb edən müəssisəyə çevrilib.

Eurodesign tərəfindən işlənib-hazırlanmış “Interview Management System” kadr seçimi komandasına öz sahəsində ən yaxşı peşəkarlarla vaxt baxımından səmərəli şəkildə müsahibə aparmağa imkan verib.

Şirkətin hazırladığı digər “Pharmacy Distribution” proqram təminatı müxtəlif şəxslərin fərdi ehtiyaclarının müəyyən edilməsində, eləcə də dopinq nəzarətinin effektiv həllinin təmin edilməsində mühüm rol oynayır.

Eurodesign-ın qurduğu “Document Management System”  AISGOC heyətinin öz gündəlik işini təhlükəsiz və rahat şəkildə icra etməsinə şərait yaratmaqla təşkilat daxilində səmərəli komanda işini təmin edir.

Həmçinin Eurodesign tərəfindən təmin olunan anbar xidmətləri və xüsusi Logistika mütəxəssisləri komandası layihə boyunca səmərəli distribyusiya xidmətlərinin göstərilməsinə, AISGOC obyektlərindən və bu obyektlərə beynəlxalq, regional və lokal çatdırılmaların idarə edilməsinə kömək edib.

Ümumiyyətlə, İslam Oyunları üçün 20-dən çox xüsusi tətbiq hazırlanaraq AISGOC-ə təqdim edilib.

Qeyd edək ki, şirkət 30-dan çox qlobal İT şirkəti ilə əməkdaşlıq edir. Belə ki, Eurodesign Oracle, Cisco, İBM, Microsoft, HP, Katun, Kaspersky Lab, Axis Communications kimi şirkətlərin məhsullarından və xidmətlərini öz həllərində uğurla tətbiq edir.

Onu da öyrənirik ki, bu işlərə nəzarət etmək üçün 100-dən çox texniki işçi cəlb edilib və onlar hazırda Oyunlar ərəfəsində İT təminatın kəsilməzliyinə və yüksək səviyyədə çatdırılmasına  xüsusi diqqət yetirir.

İslam Oyunlarının rəsmi saytı baku2017.com -da Eurodesign şirkəti  tərəfindən hazırlanıb. 2 dildə (Azərbaycan, İngilis) fəaliyyət göstərən internet resurs yüksək funksionallığı ilə seçilir.

Şirkətdən verilən məlumata görə, sayt kibertəhülkələrdən ən yüksək səviyyədə qorunur.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Formula 1 yarışları üçün yaradılan İT mühit-Fotolar

20-06-2017

IV İslam Həmrəyliyi Oyunları ərəfəsində bizi heç bir problem gözləmir

08-10-2015

İslamiadanın kibertəhlükəsizliyini hansı qurumlar qoruyur?

16-05-2017

İlk Avropa Oyunlarında Microsoft-un bulud texnologiyasından istifadə edilib

10-02-2016

Oyunların İnternet təminatına yerli və xarici mütəxəssislər nəzarət edir

15-06-2015

I Avropa Oyunlarına kiberhücumlar gözlənilirmi?

12-06-2015

Əli Abbasov IV İslam Həmrəyliyi Oyunları ilə bağlı əmr imzaladı

06-10-2015

Bakı Dəniz Limanının İT infrastrukturu qurulur

20-04-2018

Formula 1 yarışlarının texnoloji infrastrukturu necə təşkil edilib?

13-06-2016

Kibertəhlükəsizliyin əsasları – CompTIA Security+” adlı vebinar keçiriləcək

15-09-2020

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün məlumatı onlayn izləmək olar

14-04-2017

Formula 1 yarışlarında hansı texnologiyalardan istifadə edilib?

06-07-2016

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı qərargah yaradılıb

31-10-2015

İslam Oyunlarında texnologiyalardan necə istifadə olunacaq?

28-04-2017

Media kəndində və arenalarda texnoloji təminat necədir ?

19-06-2015

Avropa Oyunlarının İKT təminatına görə nazirə təşəkkür

30-06-2015

İslam Oyunları ilə bağlı Skype-da yenilik

12-05-2017

Formula 1-də istifadə edilən texnologiyalar

24-04-2018

Ekspert: COP29-da istifadə olunan avadanlıqların taleyi necə olacaq?

28-11-2024

İslamiadada İT təminatına hansı şirkət cavabdeh olacaq?

04-05-2017

Kibertəhlükəsizlik üzrə turnirin qalibləri-Foto

01-06-2017

İslam Oyunlarına həsr olunmuş poçt markaları-Foto

12-05-2017

İT mütəxəssislər kibertəhlükəsizlik üzrə yarışacaq

15-05-2017

Oyunların kibertəhlükəsizliyinə ciddi nəzarət olunur

16-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə