Previous Next
Bağla

Microsoft Bakıda şirkətlər üçün təlim təşkil edib

20-02-2017 16:10
Microsoft Bakıda şirkətlər üçün təlim təşkil edib

Microsoft Azerbaijan şirkəti Azure bulud platforması üzrə tərəfdaş və sifarişçi şirkətlərin İT-mütəxəssisləri üçün treninq təşkil edib.

Üç gün davam edən treninqin ilk günündə Microsoft Azure platformasında mümkün ssenarilərin təsviri, bulud layihələri, tərəfdaş şirkətlərdə komandalarda bacarıqların inkişaf etdirilməsinin əsas istiqamətləri, sifarişçi şirkətlər üçün layihə portfellərinin formalaşdırılması kimi məsələlər müzakirə olunub.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, təlimə təşkilatçılar tərəfindən İT infrastruktur və təhlükəsizlik üzrə yüksək ixtisaslı ekspert İqor Şastitko dəvət edilib ki, o da öz növbəsində iştirakçılarla nəzəri biliklərilə yanaşı praktiki təcrübəsi ilə də bölüşüb.

Bundan başqa, şirkətlərin bulud texnologiyasına keçidi ilə bağlı işə necə başlamalı, infrastruktur bulud layihələrinin ümumi təsvirini verməklə sifarişçiyə nə təklif edilməli, bu cür layihələrin mərhələləri və nümunələri haqqında geniş məlumat verilib və iştirakçıların bir çox sualına aydınlıq gətirilib.

Eyni zamanda, Azure bulud platformasını müvafiq xüsusiyyətli digər platformalarla müqayisəsi aparılıb və xidmətin üstün cəhətləri vurğulanıb.

Təlimin ikinci və üçüncü günləri iştirakçılara daha çox praktik biliklər ötürülüb. Belə ki, infrastruktur bulud layihələrində Microsoft korporasiyası tərəfindən hazırlanmış “Operations Management Suite” (Əməliyyatların idarə edilməsi dəsti), “Enterprise Mobility + Security” kimi hazır bulud xidmətlərinin tətbiqi modelləri araşdırılıb və onların layihələrdə tətbiqi məsələləri müzakirə olunub.

Bundan başqa, iştirakçılara “Microsoft Intune” xidmətindən istifadə edərək mobil cihazların idarə edilməsi layihələrinin icrası barədə geniş məlumat təqdim edilib.

Təlim proqramında günümüzün başlıca problemlərindən olan kibertəhlükələrdən qorunma məsələsi də diqqətdən kənarda qalmayıb. Belə ki, treninqin son günündə Microsoft Advanced Thread Analytics” və “Microsoft Cloud App Security” kimi bulud xidmətlərindən yararlanmaqla təhlükəsizliyi təmin etməyin mümkünlüyü müzakirə olunub.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Microsoft Bakıda proqramçılar üçün seminar keçirib

Microsoft Bakıda proqramçılar üçün seminar keçirib

24-04-2017
Microsoft Bakıda proqramçıları bir araya topladı

Microsoft Bakıda proqramçıları bir araya topladı

28-02-2017
Microsoft əməkdaşlıq müqaviləsi bağlayıb

Microsoft əməkdaşlıq müqaviləsi bağlayıb

18-07-2019
Bulud Texnologiyalarından pulsuz seminar olacaq

Bulud Texnologiyalarından pulsuz seminar olacaq

21-12-2014
Microsoft Azerbaijan İT mütəxəssislər üçün seminar keçirib

Microsoft Azerbaijan İT mütəxəssislər üçün seminar keçirib

28-10-2015
Bulud Texnologiyalarından seminar keçirildi

Bulud Texnologiyalarından seminar keçirildi

29-12-2014
Microsoft-un BULUD həlləri istifadəçilərinin sayı artıb

Microsoft-un BULUD həlləri istifadəçilərinin sayı artıb

29-10-2015
 Microsoft qeyri-kommersiya qurumlara 1 milyard dollarlıq yardım etdi

Microsoft qeyri-kommersiya qurumlara 1 milyard dollarlıq yardım etdi

21-01-2016
 Microsoft-un Data Mərkəzlərinin ümumi dəyəri nə qədərdir?

Microsoft-un Data Mərkəzlərinin ümumi dəyəri nə qədərdir?

07-04-2017
"Bulud texnologiyaları" üzrə seminar keçiriləcək

"Bulud texnologiyaları" üzrə seminar keçiriləcək

15-06-2021
Microsoft və Amazon müqavilə imzaladı

Microsoft və Amazon müqavilə imzaladı

02-09-2015
Microsoft Bakıda İT rəhbərlər üçün seminar keçirib

Microsoft Bakıda İT rəhbərlər üçün seminar keçirib

28-11-2016
Microsoft yeni məhsullarını təqdim edir

Microsoft yeni məhsullarını təqdim edir

30-11-2016
Microsoft Bakıda təhlükəsizlik seminarı keçirib

Microsoft Bakıda təhlükəsizlik seminarı keçirib

21-09-2017
Data Mərkəz vasitəsilə Microsoft yeni xidmətlərini təqdim edəcək

Data Mərkəz vasitəsilə Microsoft yeni xidmətlərini təqdim edəcək

22-08-2015
“Microsoft” “SpaceX” ilə əməkdaşlıq edəcək

“Microsoft” “SpaceX” ilə əməkdaşlıq edəcək

21-10-2020
“Microsoft Azerbaijan” gənc mütəxəssislər üçün seminar keçirəcək

“Microsoft Azerbaijan” gənc mütəxəssislər üçün seminar keçirəcək

18-06-2015
Bakıda “Microsoft” İnnovasiya Günü keçiriləcək

Bakıda “Microsoft” İnnovasiya Günü keçiriləcək

06-03-2015
Bakıda “Microsoft” İnnovasiya Günü keçirilib

Bakıda “Microsoft” İnnovasiya Günü keçirilib

12-03-2015
Nazir Microsoft şirkətinin vitse-prezidenti ilə görüşüb

Nazir Microsoft şirkətinin vitse-prezidenti ilə görüşüb

22-08-2015
Sərxan Həşimova Microsoft-da yeni vəzifə verildi

Sərxan Həşimova Microsoft-da yeni vəzifə verildi

28-11-2017
Məlumat Hesablama Mərkəzinin Microsoft şirkətinin nümayəndələri ilə görüşü keçirilib

Məlumat Hesablama Mərkəzinin Microsoft şirkətinin nümayəndələri ilə görüşü keçirilib

08-05-2015
Microsoft Azerbaijan şirkətinə yeni baş menecer təyin edilib

Microsoft Azerbaijan şirkətinə yeni baş menecer təyin edilib

07-11-2019
Microsoft İsrailin bulud xidmətlərinə çıxışını dayandırıb

Microsoft İsrailin bulud xidmətlərinə çıxışını dayandırıb

26-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə