Previous Next
Bağla

Microsoft maliyyə rəhbərləri və HR- direktorları bir araya toplayıb

15-11-2016 14:37
Microsoft maliyyə rəhbərləri və HR- direktorları bir araya toplayıb

Microsoft Azerbaijan şirkəti Bakıda maliyyə rəhbərləri və menecerləri, həmçinin HR-direktorları üçün dəyirmi masalar təşkil edib.

"Korporativ göstəricilərin inkişafı üçün texnologiyadan istifadə” mövzusunda təşkil olunmuş ilk dəyirmi masada Microsoft-un MDB regionu üzrə biznes nəzarətçisi İnnа Xionidi və maliyyə direktoru Andrey Levenkо tədbir iştirakçılarına öz şəxsi təcrübələri timsalında Microsoft-un İT həllərindən maliyyə idarəedilməsində necə istifadə etdikləri haqqında məlumat veriblər.

Xeberler.az-ın məlumatına görə, bundan başqa, tədbirdə “Office 365” misalında Microsoft-un bulud texnologiyaları həllərindən istifadə ssenariləri də nəzərdən keçirilib: büdcələşmə, biznes-planlaşdırma, idarəetmə uçotu, risklərin idarə edilməsi, proqnozlaşdırma, maliyyə və biznes analitikası, təhlil alətləri və korporativ göstəricilərin idarə edilməsi, Microsoft Power BI proqramının nümayişi; bulud texnologiyalarının maliyyə səmərəliliyinə təsiri.

İnsan resursları üzrə direktorlar üçün keçirilən “Məhsuldarlıq, öhdəçilik və mobillik” mövzusunda ikinci dəyirmi masada əsas müzakirə predmeti HR departamentlərinin real məqsədlərinə çatmaları və öz əməkdaşları üçün daha məhsuldar mühit yarada bilmələri üçün Microsoft texnologiyalarından yeni istifadə üsulları olub.

Microsoft korporasiyasının MDB regionu üzrə HR-direktoru Oksana Bondarenko və marketinq kommunikasiyaları qrupunun rəhbəri Georgi Kopilaşvili şəxsi təcrübələri ilə bölüşüb, Microsoft-un əməkdaşlarının iş məhsuldarlığının artırılması üçün istifadə etdikləri həlləri nümayiş etdiriblər.

Microsoft-un əməkdaşları “Office 365” həlli misalında istənilən cihazda işin səmərəli təşkili, əməkdaşların mobillik və operativliyinin təmin olunması, o cümlədən işçilərin təlim və inkişafının planlaşdırılmasını nümayiş etdirdilər.

“İlk dəfədir ki, Microsoft dəyirmi masaları yeni formatda təşkil edir. Belə ki, bu dəfə öz təcrübələri ilə texniki mütəxəssislər deyil, biznes üzrə ekspertlər bölüşüblər: maliyyə şöbələrinin və HR departamentlərin rəhbərləri. Onlar real məqsədlərə çatmaq və daha məhsuldar iş mühitinin yaradılmasında Microsof texnologiyalarından istifadə etməsinin yeni üsullarından danışıblar. Microsoft-un çevik bulud platformaları və xidmətləri sayəsində sizin şirkət biznesin artan tələblərini təmin etmək və işçi heyətlə işin daha səmərəli aparılmasına nail ola bilər”, - deyə Microsoft Azerbaijan şirkətinin baş meneceri Sərxan Həşimov bildirib.

Təşkil olunmuş tədbirlərdə bulud texnologiyalarının üstünlükləri, virtual məkan rejimində iş prosesi və Microsoft-un digər effektiv alətləri nümayiş olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Microsoft-un BULUD həlləri istifadəçilərinin sayı artıb

29-10-2015

Bakıda “Microsoft” İnnovasiya Günü keçirilib

12-03-2015

Bakıda “Microsoft” İnnovasiya Günü keçiriləcək

06-03-2015

Microsoft Bakıda proqramçılar üçün seminar keçirib

24-04-2017

Microsoft əməkdaşlıq müqaviləsi bağlayıb

18-07-2019

İnternetdə “Microsoft Techday” onlayn konfransı keçiriləcək

08-12-2015

Microsoft Azerbaijan İT mütəxəssislər üçün seminar keçirib

28-10-2015

Microsoft yeni məhsullarını təqdim edir

30-11-2016

“İT mütəxəssisləri üçün Office 365” mövzusunda seminar keçiriləcək

20-11-2013

“Microsoft Office 2010” ofis paketi Azərbaycan dilinə lokallaşdırılıb

10-04-2011

“Microsoft”-dan Azərbaycanın startap layihələrinə dəstək

31-01-2015

Microsoft Azerbaijan şirkətinə yeni baş menecer təyin edilib

07-11-2019

Microsoft Bakıda proqramçıları bir araya topladı

28-02-2017

İİTKM fəaliyyətini onlayn şəkildə davam etdirir

03-04-2020

Sərxan Həşimova Microsoft-da yeni vəzifə verildi

28-11-2017

ADNSU Microsoft həllərindən istifadə edəcək

18-04-2018

Microsoft Bakıda böyük tədbir keçirəcək

15-02-2018

İstək Liseyi Microsoft-un texnologiyasından istifadə edəcək

07-06-2017

Microsoft Bakıda İT rəhbərlər üçün seminar keçirib

28-11-2016

Microsoft Azərbaycanda ilk dəfə marketoloqlar üçün seminar keçirib

26-12-2016

Microsoft qeyri-kommersiya qurumlara 1 milyard dollarlıq yardım etdi

21-01-2016

Microsoft Azərbaycan biznes-məhsullarının qiymətini endirdi

02-12-2015

"Microsoft" şəxsi məlumatları mühafizə edəcək

20-02-2015

Microsoft Bakıda şirkətlər üçün təlim təşkil edib

20-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə