Məlumat verdiyimiz kimi, iyunun 17-19-da Bakıda Formula-1 Avropa Gran-Pri yarışmasına start veriləcək.
Formula 1 yarışmasına artıq sayılı günlər qalır. Yarışlara hazırlıqla bağlı işlərin başa çatdırıldığı bildirilir. Beynəlxalq əhəmiyyətli yarışmanın texnoloji təminatının maraq kəsb etdiyini düşünərək bu haqda yazı hazırlamaq qərarına gəldik.
Bu istiqamətdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ( RYTN) tərəfindən də böyük işlər görülür.
Onun sözlərinə görə, söhbət yarışların telekommunikasiya xidmətləri ilə hansı səviyyədə təmin edilməsindən gedirsə, bunun üçün yaradılan işçi qrupu bütün texniki imkanlardan yararlanaraq dayanıqlı sistem qurulması üçün çalışır.
Ramin Quluzadənin məlumatına görə, yarışlar ərzində lazımi məlumatların fasiləsiz ötürülməsi üçün dayanıqlı mobil rabitə sistemi qurulacaq, yüksəksürətli və davamlı internet xidmətləri təşkil ediləcək.
Eyni zamanda, yarışların dünyaya yayımı üçün bütün müasir resurslardan, o cümlədən Azerspace-1 peykinin imkanlarından istifadə ediləcək. Yarışların yayımının yüksək keyfiyyət standartlarına uyğun aparılması üçün xüsusi radiotezliklər ayrılacaq.
Nazir qeyd edib ki, indi yeni medianın auditoriyası ənənəvi mediadan daha genişdir və onlayn izləməyə tələbat böyükdür. Bunu nəzərə alaraq, yarışların internet üzərindən də yüksək keyfiyyətli yayımı nəzərdə tutulur.
Bir müddət öncədən məlum olduğu kimi, Formula 1-də rəqəmsal mühitin yaradılmasını və texnoloji imkanların tətbiqi Azərbaycanın ən qabaqcıl İT şirkəti Eurodesign-a tapşırılıb.
Belə ki, Eurodesign şirkəti Bakı 2015 Avropa Oyunlarında dünyanın Microsoft, Cisco, Hp kimi qabaqcıl şirkətlərinin son texnologiyalarının tətbiqi ilə effektiv, etibarlı və təhlükəsiz rəqəmsal mühitin qurulmasına nail oldu. Nəticədə isə yarışların Beynəlxalq Olimpiya Komitəsinin standartlarına uyğun ən yüksək səviyyədə keçirilməsi təmin edildi.
Bu barədə saytımızda ətraflı məlumatlar dərc etmişik.
Xeberler.az olaraq Formula 1 yarışmasının telekommunikasiya və informasiya təminatı sahəsində Eurodesign şirkəti tərəfindən görülən işlərlə maraqlandıq.
Bu barədə şirkətin layihə meneceri Ken Svift ilə söhbət etdik.
Şirkət rəsmisi bildirib ki, Formula 1 yarışlarının İKT təminatı olduqca yüksək səviyyədə təşkil edilib.
Onun sözlərinə görə, yarışlar zamanı yüksək səviyyəli internet xidmətlərinin göstərilməsi, simsiz internet şəbəkəsinin yaradılması, internet üzərindən təhlükəsiz çıxışın təşkil edilməsi üçün hər bir şərait yaradılıb:
“Bundan əlavə, yarışın gedişinin canlı ötürülməsi, habelə zəruri informasiyaların, tabloların və video çarxların tamaşaçılara nümayiş etdirilməsi üçün bütün trek (yarışın keçiriləcəyi yollar) boyu monitorlar-videovollar quraşdırılıb”.
Layihə meneceri təhlükəsizliyə effektiv nəzarət və müşahidə məqsədi ilə CCTV- video müşahidə sistemi, habelə yarışların yüksək səviyyədə təşkili və tam rəqəmsal dəstəyin göstərilməsi məqsədi ilə zəruri proqram təminatları, informasiya sistemləri hazırlanıb və artıq təhvil verildiyini diqqətə çatdırıb.
Ken Svift bildirib ki, yarışlar olan istiqamətlərdə kabellərin çəkilmə prosesi, simsiz internetin təmin edilməsi artıq tam başa çatmaq üzrədir və bu məsələ daim diqqətdə saxlanılır.
Şirkətin Aşağı gərginlikdə işləyən sistemlər üzrə direktoru Elman Hüseynzadə bu istiqamətdə görülən işlərdən danışarkən deyib ki, yarışların idarə olunduğu məkanlarında internetin sürəti hər bir seçilmiş paketə uyğun veriləcək:
“Yarışlar ərzində kim nə qədər internet sürəti əldə etmək istəyirsə, ona uyğun internet paketi sifariş vermək imkanı olacaq. Maksimal internet sürəti isə 100 Mbit/s olacaq”.
Onun sözlərinə görə, yarışda iştirak edən hər bir komanda texniki avadanlığını özləri ilə gətirəcək. Yəni, yarış komandaları öz yarış bolidlərinin üzərinə quraşdırılacaq kameraları, bolid mühərriklərindən götürülən məlumatların toplanma və analiz edilmə sensorları və s. yarışa aid olan texniki avadanlıqları özləri gətirəcək:
“Həmçinin yarış müddətində bizim öz ötürücü antenalarımız olacaq. İdmançılar yüksək sürətli data (internetlə) ilə təmin ediləcək”.
Şirkət rəsmiləri yarışların internet üzərindən yayımı ilə bağlı da ətraflı məlumat verib:
“Yarışların translasiyası ( yayım) internet üzərindən olacaq. Bunun üçün mütəlif kabinələr ayrılıb. Belə ki, bütün trek boyu şərh birinci kabinədən ötürüləcək, İtaliya, Fransa, Yaponiya və s. xarici ölkələrdən olan digər şərhçilər isə yanaşı kabinələrdə oturacaq”.
Onun sözlərinə görə, yarışlar ərzində internet təhlükəsizliyinə də Eurodesign şirkəti cavabdehdir:
“Bununla bağlı qabaqlayıcı tədbirlər görülüb. Komandamızda həm peşəkar mühəndislər, həm də olduqca təcrübəli mütəxəssislər var. Şirkətimiz yarışların telekommunikasiya və İT işlərinin öhtəsindən yüksək peşəkarlıqla gəlib. Belə deyək, yarışlar zamanı yüksək keyfiyyətli İKT xidmətlərini təmin etməyə tam hazırıq”.
Layihə meneceri Ken Svift bildirib ki, Avropa Oyunlarından fərqli olaraq Formula 1 yarışlarından Microsoft Korporasiyasının bulud həllərindən istifadə nəzərdə tutulmayıb:
“Bu yarışda Microsoft həllərindən istifadə etmirik. Bulud həlləri üçün biz üçüncü tərəfin xidmətlərindən yararlanacağıq”.
Qeyd edilib ki, şirkət korporativ məlumat bazasının yüksək səviyyəli təhlükəsizliyi və məxfiliyini təmin etmək üçün dünyanın ən qabaqcıl həllərini tətbiq edəcək və internet təhlükəsizliyə olduqca böyük önəm verir.
Şirkət rəsmilərinin sözlərinə görə, yarışları işıqlandırmaq üçün Azərbaycana gələcək 400- ə qədər xarici jurnalistlər Hilton otelində yerləşdiriləcək.
Hazırda Eurodesign şirkəti jurnalistlərin yüksək sürətli internetdən istifadəsini təmin etmək üçün Hilton Otelində aktiv sürətdə avadanlıqların qurulması ilə məşğuldur:
“Jurnalistlərə şəxsi istifadələri üçün şirkət tərəfindən hər hansı avadanlıqların verilməsi nəzərdə tutulmayıb, onlar öz texniki təhcizatlarını (tablet, kompüter və s.) özləri gətirəcək. Şirkət isə onları yüksək sürətli və keyfiyyətli internet, data xidmətlərlə təmin edəcək”.
Şirkət nümayəndələri Formula 1-in rəsmi saytı olan www.bakucitycircuit.com -un təhləksizliyi, mobil tətbiqlərinin istifadəyə verilməsi ilə bağlı da ətraflı məlumat verib:
“Bildiyiniz kimi, F1 Baku Gran-pri yarışmasının rəsmi saytı www.bakucitycircuit.com- nın yaradıcısı Eurodesign şirkətidir və sayt ən müasir standartlara uyğun hazırlanıb. Hazırda bu saytın mobil versiyasının yaradılmasına ehtiyac duyulmur. Saytın təhlükəsizliyi və kiber hücumlardan müdafiəsi üçün bütün qabaqlayıcı addımlar atılıb”.
Ken Svift bildirib ki, Eurodesign şirkəti Azərbaycanın ev sahibliyi etdiyi və dünyanın diqqətini Azərbaycana cəlb edəcək bu möhtəşəm tədbirin bir hissəsi olmaqdan qürur duyur və yarışların yüksək səviyyədə keçirilməsi üçün bütün elektron xidmətləri göstərməyə hazırdır.
Əldə etdiyimiz məlumata görə, yarışlar ərzində internet təchizatçısı olaraq ölkənin əsas backbone provayderi Delta Telecom müəyyən olunub.
Delta Telecom bu məlumatı Xeberler.az-a təsdiqləyib.
Yarışlar ərəfəsində həmçinin Azərbaycanın ikinci backbone provayderi Azərtelekom ehtiyat internet təchizatçısı olacaq.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri