2024-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 655 ili tamam olur. Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin təbliği məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “İmaməddin Nəsimi - 655” adlı elektron məlumat bazası hazırlanıb.
Xeberler.az məlumat verir ki, baza kitabxananın rəsmi saytında yerləşdirilib.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan məlumat bazasında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Cahana sığmayan Azərbaycan şairi”, Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Səadət Şıxıyevanın “Nəsimi yaradıcılığında insanın irfani, dini və dünyəvi dərki” məqalələrinin tam mətni ilə yanaşı, “Rəsmi sənədlər”, “Görkəmli şəxslər İmadəddin Nəsimi haqqında”, “Nəsimi yaradıcılığından nümunələr”, “İmadəddin Nəsimi bədii ədəbiyyatda və incəsənətdə” kimi bölmələr də mövcuddur.
Elektron bazada dahi şairin Azərbaycan, türk, ingilis, alman, fars və rus dillərində nəşr edilən əsərləri, haqqında yazılan kitab və məqalələr, sözlərinə yazılan musiqi əsərləri, Nəsiminin həyat və yaradıcılığına həsr edilən dissertasiya və avtoreferatlar, izonəşrlər təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada İmadəddin Nəsiminin xatirəsinin əbədiləşdirilməsi haqda məlumatlar, kitablarının virtual sərgisi, filmoqrafiyası və videoqalerayası da sərgilənir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri