Previous Next
Bağla

İndoneziyada “Facebook” ilə pulköçürmələri xidməti istifadəyə verilib

24-11-2014 16:44
İndoneziyada “Facebook” ilə pulköçürmələri xidməti istifadəyə verilib

İndoneziyanın “Danamon Bank” maliyyə institutu əmanətçilərə vəsaitləri populyar “Facebook” sosial şəbəkəsi ilə köçürməyə imkan verən mobil bankinq əlavəsini istifadəyə verib. Proqramdan bankın 2 milyon müştərisinin yararlanacağı gözlənilir.

“D-Mobile” müştərilərə bir sıra bank əməliyyatını, o cümlədən hesabda qalıq haqqında məlumatların əldə edilməsini, pulköçürmələrini, mobil telefonla hesabların ödənilməsini, sosial şəbəkələrdə şəxsi hesablara qoşulmanı həyata keçirməyə imkan verir.  

Əlavənin fərqləndirici cəhəti "Sosmed D-Cash” xidmətidir. Mobil xidmət bank müştərilərinə pul vəsaitlərini “Facebook” ilə digər istifadəçilərə onların "Danamon” bankının və ya digər maliyyə müəssisəsinin əmanətçiləri olub-olmamasından asılı olmayaraq ötürməyə imkan verir.

Sosial şəbəkədə pulu mobil əlavə vasitəsilə köçürmək üçün alıcının göndərən şəxsin dostları sırasında olması tələb olunur. Göndərən köçürmənin məbləğini göstərməli, alıcının mobil telefon nömrəsini daxil etməli və ona pulu əldə etmək üçün xüsusi kod göndərməlidir. “Danamon” müştərisi pulu köçürdükdən sonra alıcının səhifəsində köçürmə haqqında bildiriş görünəcək. Pulu almaq üçün “Danamon”un “D-Cash” xidmətini dəstəkləyən bankomatlarından birindən istifadə edərək kodu və şəxsiyyəti təsdiq edən digər məlumatları, o cümlədən “Fаcebook ID” məlumatları daxil edilməlidir. Hazırda ölkədə bankomatların 1,2 mini bu xidməti dəstəkləyir.

 Bankın direktoru qeyd edib ki, İndoneziyada smartfonların populyarlığının sürətlə artması ilə əlaqədar olaraq maliyyə institutları mobil servislərə olan tələbata uyğunlaşırlar.

 Bir müddət əvvəl “Facebook” şəbəkəsində pulköçürmələri xidmətinin Hindistan və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) istifadəyə verilməsi barədə məlumat verilib, - "Payspace” yazır. 

Mənbə: mincom.gov.az
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
"Facebook"da daha bir yenilik

"Facebook"da daha bir yenilik

21-11-2013
Pul göndərmək üçün poçt lazım deyil

Pul göndərmək üçün poçt lazım deyil

24-06-2011
Elektron xidmətlə bağlı xəbərdarlıq

Elektron xidmətlə bağlı xəbərdarlıq

02-04-2013
Bakcell-də Facebook artıq pulsuzdur

Bakcell-də Facebook artıq pulsuzdur

08-07-2011
“Ağıllı” telefon sahibləri “Photoshop”dan istifadə edə biləcəklər

“Ağıllı” telefon sahibləri “Photoshop”dan istifadə edə biləcəklər

28-02-2013
Azərbaycan Prezidentinin rəsmi saytının “Android” əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib

Azərbaycan Prezidentinin rəsmi saytının “Android” əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib

23-04-2013
“Nar Mobile”dan abunəçilərə mobil ingilis dili

“Nar Mobile”dan abunəçilərə mobil ingilis dili

11-09-2013
Telefon nömrəsi ilə xaricə pul köçürülməsi təkmilləşdirilir

Telefon nömrəsi ilə xaricə pul köçürülməsi təkmilləşdirilir

21-08-2019
“Facebook” “GSMA” Mobil Operatorlar Assosiasiyasına üzv olub

“Facebook” “GSMA” Mobil Operatorlar Assosiasiyasına üzv olub

14-11-2013
“Azercell” Facebook səhifəsinin 10.000-ci üzvünü mükafatlandırıb

“Azercell” Facebook səhifəsinin 10.000-ci üzvünü mükafatlandırıb

03-10-2010
“Instagram”ın dəyəri 35 milyard təşkil edib

“Instagram”ın dəyəri 35 milyard təşkil edib

22-12-2014
“WhatsApp” Almaniyada SİM kartların satışına başlayıb

“WhatsApp” Almaniyada SİM kartların satışına başlayıb

09-04-2014
Deputat sosial şəbəkədəki dostları ilə görüşəcək

Deputat sosial şəbəkədəki dostları ilə görüşəcək

01-04-2013
“Asan İmza” ilə Unibank-ın xidmətləri telefonunuzda

“Asan İmza” ilə Unibank-ın xidmətləri telefonunuzda

25-04-2016
«Bank of Azerbaijan»nın 175 rəqəmli Məlumat Mərkəzi istifadəyə verilib

«Bank of Azerbaijan»nın 175 rəqəmli Məlumat Mərkəzi istifadəyə verilib

27-05-2009
Azərbaycanda uşaqlar üçün “Təhlükəsiz İnternet” xidməti istifadəyə verilib

Azərbaycanda uşaqlar üçün “Təhlükəsiz İnternet” xidməti istifadəyə verilib

16-08-2013
Jurnalistlər üçün mobil texnologiya və mobil xidmətlər mövzusunda təlim keçirilib

Jurnalistlər üçün mobil texnologiya və mobil xidmətlər mövzusunda təlim keçirilib

22-10-2013
Opera Mobile 9.7 istifadəyə verildi

Opera Mobile 9.7 istifadəyə verildi

11-06-2009
Facebook-dan gözlənilməz xidmət

Facebook-dan gözlənilməz xidmət

04-11-2014
“Elektron hökumət” portalında iki yeni elektron xidmət yerləşdirilib

“Elektron hökumət” portalında iki yeni elektron xidmət yerləşdirilib

04-11-2013
Artıq “Instagram” şəxsi mesajlar göndərə biləcəksiniz

Artıq “Instagram” şəxsi mesajlar göndərə biləcəksiniz

13-12-2013
 “Bakcell ” şirkəti yeni “Sənə Zəng Etmişdim” xidmətini istifadəyə verib

“Bakcell ” şirkəti yeni “Sənə Zəng Etmişdim” xidmətini istifadəyə verib

07-07-2009
Ən çox veb-hücumlara məruz qalan ölkələr hansılardır?

Ən çox veb-hücumlara məruz qalan ölkələr hansılardır?

15-11-2013
Dostlarınızı Facebook-dan Google+-a köçürün

Dostlarınızı Facebook-dan Google+-a köçürün

04-07-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə