Milli Məclisin İnsan haqları komitəsinin iclasında “İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklər müzakirə olunub.
Xeberler.az-ın məlumatına görə, dəyişikliyə əsasən 9.1-ci maddədə informasiya sahibləri sırasına publik hüquqi şəxsləri də əlavə edilir.
Bununla da həm hüquqi, həm fiziki, həm də publik hüquqi şəxslər olur. 29-cu və 37-ci maddədə “ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər” sözünə “ictimai funksiyaları yerinə yetirən publik hüquqi şəxslər” sözü əlavə edilir.
Keçid müddəalarına da hüquqi şəxslərlə yanaşı, publik hüquqi şəxslər sözü əlavə olunur. Bu keçid müddəaları internet informasiya ehtiyatlarının yaradılması müddəti ilə bağlıdır.
Bildirilib ki, dəyişikliklərin məqsədi publik hüquqi şəxslərin informasiya əldə edilməsi sahəsində fəaliyyətinin tənzimlənməsindən ibarətdir.(APA)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri