Previous Next
Bağla

Qadağan olunmuş xəbərlərə görə cərimə- Məcəlləyə dəyişiklik

25-11-2017 11:29
Qadağan olunmuş xəbərlərə görə cərimə- Məcəlləyə dəyişiklik

Azərbaycanda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə cərimələr müəyyən olunub.

Xeberler.az məlumat verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.

Yeni 388-1-ci maddədə qeyd olunur ki, internet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni informasiya ehtiyatında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə, internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

İnternet informasiya ehtiyatı "Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı"na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər2000 manatdan 2500 manatadək məbləğdə cərimə edilirlər.

Bu Məcəllənin 388-1.1.1-ci maddəsi (informasiya ehtiyatında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) həmin maddədə göstərilən əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

Bundan başqa, Məcəlləyə aşağıdakı məzmunda 370-1-ci maddə əlavə olunur:

"İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər tərəfindən uçota durma qaydalarının pozulması 

İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər tərəfindən uçota durma qaydalarının pozulmasına, yəni xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmamasına; uçota alınma üçün zəruri olan sənədlərdəki çatışmazlıqları aradan qaldıraraq 15 gün müddətində uçota alınma üçün yenidən müraciət edilməməsinə; uçot məlumatlarında dəyişiklik baş verdiyi gündən 10 gün müddətində həmin dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər isə 1500 manat məbləğində cərimə edilir".

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnternetdə informasiya yayımına dair tələbi pozan cəzalanacaq

İnternetdə informasiya yayımına dair tələbi pozan cəzalanacaq

01-12-2017
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilir

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilir

19-12-2025
Mobil cihazın qeydiyyatından yayınanlar cərimə ediləcək-Məbləğlər

Mobil cihazın qeydiyyatından yayınanlar cərimə ediləcək-Məbləğlər

28-01-2023
Qadağan edilən informasiyaları yayan saytlara xəbərdarlığın məzmununa dair tələb dəyişdirilir

Qadağan edilən informasiyaları yayan saytlara xəbərdarlığın məzmununa dair tələb dəyişdirilir

27-12-2021
Baş Prokurorluq media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib

Baş Prokurorluq media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib

19-09-2023
Yayılması qadağan edilən informasiyaların dairəsi genişləndirilir

Yayılması qadağan edilən informasiyaların dairəsi genişləndirilir

24-11-2025
Milli Məclis .az domeni ilə bağlı yeni qanun layihəsini qəbul edib

Milli Məclis .az domeni ilə bağlı yeni qanun layihəsini qəbul edib

10-03-2017
Azərbaycanda internet medianın fəaliyyəti qanunla tənzimlənəcək

Azərbaycanda internet medianın fəaliyyəti qanunla tənzimlənəcək

02-03-2017
Mobil cihazın qeydiyyatından yayınanlar 12 min manatadək cərimə ediləcək

Mobil cihazın qeydiyyatından yayınanlar 12 min manatadək cərimə ediləcək

30-11-2022
Azərbaycanda bu pornoqrafiyaya saytına giriş məhdudlaşdırıldı

Azərbaycanda bu pornoqrafiyaya saytına giriş məhdudlaşdırıldı

28-11-2023
Bu qurğulardan qanunsuz istifadə ilə bağlı cərimələr təsdiqləndi

Bu qurğulardan qanunsuz istifadə ilə bağlı cərimələr təsdiqləndi

27-12-2022
Telekommunikasiya vasitələrinin qanunsuz dövriyyəsinə görə yeni cərimələr məlum olub

Telekommunikasiya vasitələrinin qanunsuz dövriyyəsinə görə yeni cərimələr məlum olub

04-02-2023
Haqsız reklamı təkzib etməyən rəqəmsal platforma təsirçisi cərimələnəcək

Haqsız reklamı təkzib etməyən rəqəmsal platforma təsirçisi cərimələnəcək

30-05-2025
Kosmik fəaliyyət haqqında qanunvericiliyi pozanlar cərimələnəcək

Kosmik fəaliyyət haqqında qanunvericiliyi pozanlar cərimələnəcək

04-12-2024
Mobil telefonunu və ya sim kartını başqalarına kirayə verən şəxslər cərimələnəcək

Mobil telefonunu və ya sim kartını başqalarına kirayə verən şəxslər cərimələnəcək

01-10-2010
Nazirliyin saytları bağlamaq üçün məhkəməyə müraciət proseduru təsdiqlənib

Nazirliyin saytları bağlamaq üçün məhkəməyə müraciət proseduru təsdiqlənib

19-04-2017
Kosmik fəaliyyət haqqında qanunvericiliyə dəyişiklik edilib

Kosmik fəaliyyət haqqında qanunvericiliyə dəyişiklik edilib

27-12-2024
İnsanlar sosial şəbəkələrdə mənəvi terrora məruz qalırlar

İnsanlar sosial şəbəkələrdə mənəvi terrora məruz qalırlar

14-02-2019
Azərbaycanda internet provayderi cərimələnib

Azərbaycanda internet provayderi cərimələnib

23-01-2026
Süni intellektlə hazırlanan materialların yayılmasına dair məhdudiyyətlər müəyyənləşir

Süni intellektlə hazırlanan materialların yayılmasına dair məhdudiyyətlər müəyyənləşir

21-04-2026
İnternetlə bağlı qanuna dəyişikliklər təsdiqlənib

İnternetlə bağlı qanuna dəyişikliklər təsdiqlənib

17-03-2017
İnternetdə Azərbaycan prezidentini təhqir edənlər cəzalana bilər

İnternetdə Azərbaycan prezidentini təhqir edənlər cəzalana bilər

15-11-2016
Sosial şəbəkədə qeyri-etik paylaşım edənlər məsuliyyətə cəlb ediləcək

Sosial şəbəkədə qeyri-etik paylaşım edənlər məsuliyyətə cəlb ediləcək

24-11-2025
Sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik edənlər cərimə ediləcək

Sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik edənlər cərimə ediləcək

26-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə