"İnformasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib

14-05-2022 / 14:00

Prezident İlham Əliyev “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Xeberler.az bildirir ki, sənədə əsasən, Əsasnamədə aşağıdakı dəyişikliklər edilib:

1. 1.2-ci bəndə “Mülki Prosessual Məcəlləsi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi,” sözləri əlavə olunub.

2. 6.1.12-ci və 6.1.17-ci yarımbəndlərə “mübahisələrinə dair işlər” sözlərindən sonra “, habelə məhkəmələrin icraatında olan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar” sözləri əlavə edilib.

3. 9.2.8-ci yarımbənddən “mülki işlər və kommersiya mübahisələri üzrə” sözləri çıxarılıb.

4. 13.6-cı bənddə “10-1.2-ci maddəsində” sözləri “10-1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-1.2-ci maddələrində” sözləri ilə əvəz edilib


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.