Nazirlər Kabineti “Elektron icra” informasiya sistemi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə qərar qəbul edib.
Xeberler.az bildirir ki, qərar “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Mülki Məcəlləsində, Vergi Məcəlləsində və bir sıra digər qanunvericilik aktlarında dəyişiklik edilməsi haqqında” 14 iyul 2025-ci il tarixli qanunun icrasını təmin etmək məqsədilə qəbul olunub.
Dəyişikliyə əsasən, Əsasnamənin bir sıra müddəaları yeni qanunvericiliyə uyğunlaşdırılıb. Belə ki, sənəddə yer alan “İcra məmurları haqqında” ifadəsi “Dövlət icra məmurları haqqında” və “Xüsusi icra məmurları haqqında” sözləri ilə əvəz edilib.
Həmçinin sistem istifadəçiləri ilə bağlı müddəalarda “icra məmurları və icra qurumlarının əməkdaşları” ifadəsi “dövlət icra məmurları, icra qurumlarının əməkdaşları və xüsusi icra məmurları” kimi yenilənib.
Qərara əsasən, “Elektron icra” informasiya sistemində dövlət icra sənədləri ilə bağlı müddəalara da dəqiqləşdirmələr əlavə olunub. Bundan başqa, Əsasnamədə “icra məmurunun” ifadəsi “dövlət və xüsusi icra məmurlarının” sözləri ilə əvəz edilib.
Qeyd edək ki, dəyişikliklər ölkədə icra fəaliyyətinin həyata keçirilməsi sahəsində yeni hüquqi mexanizmlərin tətbiqi və xüsusi icra məmurları institutunun formalaşdırılması ilə əlaqədar normativ bazanın təkmilləşdirilməsi məqsədi daşıyır.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları