Previous Next
Bağla

İnformasiya təhlükəsizliyi taleyin ümidinə buraxılıb?

20-12-2014 11:32
İnformasiya təhlükəsizliyi taleyin ümidinə buraxılıb?

2014-cü ildə dünya informasiya təhlükəsizliyi xərclərinin həcmi 71,1 milyard dollar olub. Bu da 2013-cü illə müqayisədə 7,9 faiz çoxdur. "Gartner" analitik şirkətinin proqnozunda belə deyilir.

2015-ci ildə xərclərin daha 8,2 faiz artaraq 76,9 milyard dollara çatacağı gözlənilir. İnformasiya təhlükəsizliyi bazarının ən sürətlə artan sektoru verilənlərin itkisindən mühafizə hesab edilir. Bu məqsədlər üçün xərclərin illik hesablamada 18,9 faiz artacağı proqnozlaşdırılır. Həmçinin hesab edilir ki, "bulud" xidmətlərinin, eləcə də, informasiya texnologiyalarının tətbiqinin genişlənməsi yaxın bir neçə ildə yeni texnoloji həllərin və rəqəmli təhlükəsizlik sahəsində servislərin inkişafına xidmət edəcək.

Analitiklər 2013-cü ildə yaranan əsas yeniliklərdən biri kimi təhlükəsizlik təhdidlərinin demokratikləşməsini hesab edərək məqsədyönlü hücumların təşkilinin mümkün olduğu zərərli proqram təminatı və digər vasitələrin əldə olunmasını nəzərdə tuturlar. Analitik şirkət mütəxəssislərinin fikrincə, belə tendensiya onunla nəticələnib ki, təşkilatlar əvvəllər informasiya texnologiyalarının istiqamətlərindən və şirkətlərin xərclər mənbələrindən biri hesab olunan informasiya təhlükəsizliyinə daha diqqətli yanaşmağa başlayıb. 

Mütəxəssislər "Gartner"in yaxın illər üçün nəzərdə tutulan proqnozundakı bir neçə vacib trendi də sadalayıblar. Onlar arasında "bulud" hesablama sistemləri ilə təqdim edilən informasiya təhlükəsizliyi xidmətlərinin payının artması, müəyyən edilmiş hüquqi normaların əməl olunmasına tələblərin sərtləşdirilməsi, informasiya təhlükəsizliyi sahəsində kompleks xidmətlər paketinin yayılması yer alıb. Həmçinin proqnozlaşdırılır ki, 2018-ci ilədək informasiya təhlükəsizliyinin təmini üçün lazımi resursların olmaması səbəbindən təşkilatların yarıdan çoxu bu məqsədlər üçün oxşar servislərdə ixtisaslaşan digər şirkətləri cəlb edəcək. Analitiklər 2017-ci ildən istehlakçıların mobil qurğularda informasiya təhlükəsizliyinin təmininə marağının artacağını gözləyirlər.

Azərbaycanda informasiya təhlükəsizliyi

Son günlər sosial şəbəkələrdən bir sıra spam və virusların fəallaşması müşahidə edilib. Viruslar əsasən Facebook sosial şəbəkəsinin istifadəçilərinə video şəklində gəlir. Bununla əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) yanında Elektron Təhlükəsizlik Mərkəzi sosial şəbəkə istifadəçilərini diqqətli olmağa, öz internet provayderlərinə müraciət etməyə çağırır və bu kimi mesajları açmamaq və dərhal silməyi tövsiyə edir. 

Bu tipli mesajların qəbulu və əlavədəki faylların açılması sizin kompüterinizi və məlumatlarınızı, habelə təşkilatınızın, şirkətinizin şəbəkəsindəki digər kompüter və ya hər hansı informasiya daşıyıcısı və vasitələrini təhlükə qarşısında qoyur.

Bir müddət öncə RYTN gücləndirilmiş iş rejiminə keçsə də, vaxtilə "Anonymous" beynəlxalq hakerlər qrupu onların kompüter şəbəkəsinə hücum etmişdi. Qrup Nazirliyə aid (mincom.gov.az) 1.5 GB-lik (qiqabayt) müxtəlif səpkili sənədləri və informasiyaları oğurlamışdı. Bu informasiyaların arasında təkcə nazirliyə aid qapalı sənədlər yox, həm də nazir Əli Abbasovun şəxsi xarakterli fotoları da yer almışdı. Bundan əlavə, "Azərenerji" ASC-yə məxsus sənədlər internetdə yayılmışdı. Az sonra "Anonymous" qrupu məxfi sənədləri onların ələ keçirdiklərini elan etmişdi. 

"Azərbaycanda kibertəhlükəsizlik sahəsində çox ciddi problemlər var"

Keçmiş Media Hüququ İnstitutunun (MHİ) koordinatoru Xalid Ağaliyev də "Bizim Yol"a Azərbaycanda kibertəhlükəsizlik sahəsində çox ciddi problemlərin olduğunu deyib. O bildirib ki, internetin bəşəriyyətə yaratdığı geniş imkanlar, eyni zamanda çox ciddi təhlükəsizlik tədbirlərinin, strategiyalarının həyata keçirilməsini tələb edir: "Amerika 2002-ci ildə kibertəhlükəsizliyin təmin olunması üçün 2.7 milyard vəsait xərcləmişdi. 1 il sonra bu vəsait 4.2 milyard dollara qədər artdı. Hazırda isə amerikalılar kibertəhlükəsizlik üçün büdcədən hər gün 12 milyard dollar vəsait xərcləyirlər. Bizdə bu sahədə vəziyyət çox dumanlıdır. Hökumət bu sahədə hansı işlər görür, hansı vəsaitləri xərcləyir, hansı tədbirlər həyata keçirir, bəlli deyil. Bizə məlum olan bir neçə illik inkişaf proqramlarıdır. Belə proqramların sayı-hesabı yoxdur. Ancaq gerçək bundan ibarətdir ki, Azərbaycanda heç bir resurs təhlükədən sığortalanmayıb. Ən yüksək pillədə duran dövlət qurumu saytının dağıdılması, ordakı bilgilərin ələ keçirilməsi adi hala çevrilib. Hökuməti tənqid edən internet resursları davamlı kiberhücumların hədəfindədir. Belə hücumların heç biri mümkün qədər şəffaf, detallı araşdırılmır. Bütün bunlar Azərbaycanda kibertəhlükəsizliyin təmin olunması istiqamətində hökumətin gördüyü işlərin effektiv olmadığını söyləməyə əsas verir".

Cəbhə bölgəsində gərginliklər yaşanan zaman informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz ölkənin məşhur internet resurslarına qarşı hücumların qeydə alındığını söyləmişdi. Buna görə hətta bəzi resurslar öz fəaliyyətini müvəqqəti dayandırmalı olub: "Azərbaycanın milli informasiya resurslarının, internet-media qurumlarının rəhbərləri nəzarəti gücləndirməlidir. Elementar informasiya-təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Təhlükəsizliklə bağlı peşəkar kadrlar fəaliyyət göstərməlidir. Resursun dayanıqlı fəaliyyətini təmin etmək üçün bütün imkanlar səfərbər olmalıdır. Məsələn, resurs xarici hostinqdə yerləşirsə, həmin hostinqin alternativ hostinqdə yerləşməsinə baxılmalıdır. Buna misal olaraq "Delta Telekom"da yerləşdirilə bilər. Belə olan halda problem yarandıqda daha tez aradan qaldırmaq şansımız olur. Çünki xarici ölkədə olduğu zaman saat fərqi, müəyyən əlaqələrin yaradılması çətinlikləri olur".

Aysel İsgəndərli

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Twitter” istifadəçilərin məlumatlarını Milli Təhlükəsizlik Agentliyindən qoruyur

“Twitter” istifadəçilərin məlumatlarını Milli Təhlükəsizlik Agentliyindən qoruyur

25-11-2013
“Ağıllı” telefon sahibləri “Photoshop”dan istifadə edə biləcəklər

“Ağıllı” telefon sahibləri “Photoshop”dan istifadə edə biləcəklər

28-02-2013
Yeməkləriniz USB ilə isti qalsın!!!

Yeməkləriniz USB ilə isti qalsın!!!

06-12-2008
Ən təhlükəsiz brauzerlər məlum olub

Ən təhlükəsiz brauzerlər məlum olub

16-03-2013
Displey bazarının həcmi azalacaq

Displey bazarının həcmi azalacaq

03-11-2013
Samsung şirkəti məhsul istehsalında daha keyfiyyətli və cızılmayan şüşələrdən istifadə edəcək

Samsung şirkəti məhsul istehsalında daha keyfiyyətli və cızılmayan şüşələrdən istifadə edəcək

26-10-2013
Azərbaycan Prezidentinin rəsmi saytının “Android” əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib

Azərbaycan Prezidentinin rəsmi saytının “Android” əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib

23-04-2013
“Google” ABŞ-da mağazalar şəbəkəsi açır

“Google” ABŞ-da mağazalar şəbəkəsi açır

19-11-2013
Ölkənin internet xidmətləri bazarında hansı provayder liderdir?

Ölkənin internet xidmətləri bazarında hansı provayder liderdir?

04-11-2013
Smartfonların hansı qüsurları var?

Smartfonların hansı qüsurları var?

05-04-2012
Azərbaycanda ilk dəfə sığorta polislərinin online satışı həyata keçirilir

Azərbaycanda ilk dəfə sığorta polislərinin online satışı həyata keçirilir

01-05-2009
Gənclər yeni ideyalarını “Onlayn fikir bankı”nda yerləşdirə biləcəklər

Gənclər yeni ideyalarını “Onlayn fikir bankı”nda yerləşdirə biləcəklər

27-11-2013
Ən keyfiyyətli internet Yaponiyadadır

Ən keyfiyyətli internet Yaponiyadadır

18-09-2008
Bill Qeyts yenə də birinci oldu!

Bill Qeyts yenə də birinci oldu!

21-04-2009
Azərbaycanda uşaqlar üçün “Təhlükəsiz İnternet” xidməti istifadəyə verilib

Azərbaycanda uşaqlar üçün “Təhlükəsiz İnternet” xidməti istifadəyə verilib

16-08-2013
İnternetdə ən populyar Azərbaycan sözünü tapan YUMROO istifadəçisi bəlli oldu!!!

İnternetdə ən populyar Azərbaycan sözünü tapan YUMROO istifadəçisi bəlli oldu!!!

02-03-2009
Facebooka qadağa qoyulur

Facebooka qadağa qoyulur

08-10-2010
"Google" Azərbaycanda öz serverlərinin yerləşdirilməsinə başlayır

"Google" Azərbaycanda öz serverlərinin yerləşdirilməsinə başlayır

14-07-2011
Saytların sayı 650 milyona çatıb

Saytların sayı 650 milyona çatıb

03-04-2013
Nintendoda Disney Land

Nintendoda Disney Land

12-11-2008
Azərbaycan internet xidmətləri provayderlərinin reytinqinə yeni provayder daxil olub

Azərbaycan internet xidmətləri provayderlərinin reytinqinə yeni provayder daxil olub

04-04-2014
“Microsoft Azerbaijan” şirkəti növbəti “İnnovasiya günü”nü keçirib

“Microsoft Azerbaijan” şirkəti növbəti “İnnovasiya günü”nü keçirib

06-03-2013
Azeurotel RİTN-i ittiham edən açıqlama verib!!!

Azeurotel RİTN-i ittiham edən açıqlama verib!!!

28-02-2009
“Snayper” fotoaparat istehsal ediləcək

“Snayper” fotoaparat istehsal ediləcək

17-06-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə