Previous Next
Bağla

"Sosial şəbəkələr enerji qəbiristanlığına çevrilməməlidir"

12-10-2018 13:56
"Sosial şəbəkələr enerji qəbiristanlığına çevrilməməlidir"
Müasir İnformasiya Cəmiyyəti və İnnovasiyalar” İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi "İdarəolunan dezinformasiya siyasətinin qarşısının alınmasına və sosial şəbəkələrdə milli maraqların qorunmasına dəstək” adlı layihənin icrasını davam etdirir. 
 
Xeberler.az  bildirir ki, birlikdən Mia.az-a verilən məlumata görə, layihə çərçivəsində növbəti tədbir Cəlilabad şəhərində baş tutub. Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, jurnalistlər, gənclər və bloggerlər iştirak ediblər.
 
Cəlilabad rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Loğman Hüseynov təmsil etdiyi qurumin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. L.Hüseynov deyib ki, QHT-lərin iştirakı ilə keçirilən ictimai müzakirələr hər iki tərəf üçün faydalıdır. Onun sözlərinə görə, sosial şəbəkələrdə milli maarqların qorunması ümummili məsələ oldğu üçün cəmiyyətin bütün təbəqələri bu prosesdə fəal iştirak etməlidirlər.
 
Layihənin eksperti, tanınmış jurnalist Seymur Verdizadə qeyd edib ki, məqsəd informasiya resurslarında, xüsusən sosial şəbəkələrdə gənclərin milli-mənəvi dəyərləri qorumasını təmin etmək, dezinformasiya xarakterli məlumatların yayılmasının qarşısını almaqdan ibarətdir: "Hazırda uşaqların internetdən istifadəsi say etibarilə yüksək səviyyədədir. Amma keyfiyyət məsələsi təəssüf ki, bizim istədiyimiz səviyyədə deyil. Bu kimi tədbirlərin keçirilməsində də məqsəd bu cür problelərə qarşı həssas yanaşmağımızdan ibarətdir. Ümumiyyətlə, bütün sosial platformalar "virtual küçə” adlandırılır. Amma bura nəzarət mexanizmi demək olar ki, yoxdur. Sosial şəbəkələr yeniyetmə və gənclərimiz üçün enerji qəbiristanlığına çevrilməməlidir. Gənclərimizin öz vaxtlarını daha səmərəli keçirmələrinin qayğısına qalmalıyıq”.
 
Seymur Verdizadə daha sonra bildirib ki, internet əsrinin müasir çağdaşlarından olan sosial media artıq ənənəvi medianı üstələməkdədir: "Klassik mediadan fərqli olaraq sosial mediada informasiya mübadiləsi daha sürətlə reallaşır, paylaşılan informasiyalar daha geniş oxucu auditoriyası tərəfindən oxunur. Ölkəmizdə söz və ifadə azadlığı ilə yanaşı, azad internet mühitinin də olması, sosial media üzərində vahid nəzarət mexanizminin olmaması bir sıra fanatik və radikal dini qrupların bu platformada təbliğat və cəlbetmə kampaniyaları aparmasına rəvac verir. Buna görə də hər bir sosial şəbəkə iştirakçısı diqqətli olmalı, təxribat meyllərinin qarşısının alınmasına çalışmalıdır”.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnternet mediadan istifadədə milli dəyərlər təbliğ edilir

22-04-2015

İnformasiya müharibəsində ölkəmiz adına düzgün fəaliyyət aparılmalıdır

17-05-2019

Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

10-08-2022

Jurnalistlər sosial şəbəkələrdə informasiya təhlükəsizliyi məsələlərini müzakirə edib

04-09-2018

Gənclərimizə sosial şəbəkələrdə həqiqətlərimizi təbliğ etmək öyrədilir

12-10-2010

DİN: Uşaqların kibermühitdə müdafiəsi üçün valideyn nəzarəti şərtdir

04-06-2025

Yeni Bloq – Yeni Media adlı sosial media layihəsinə start verilib

29-10-2019

Gənclərə internet vasitəsilə pul qazanmağın yolları öyrədilir

31-10-2013

"Sosial şəbəkələr və gənclik" adlı seminar keçirildi

21-05-2011

“Sosial media və milli dəyərlər” mövzusunda təlimlərə başlanılıb

28-07-2015

Siyavuş Novruzovun saxta Facebook səhifəsi bağlanıb

02-09-2015

Əli Hüseynli: “Sosial media haqqında” qanunun hazırlanması prioritet məsələdir”

14-02-2022

Beynəlxalq sosial şəbəkələrdə Azərbaycan həqiqətləri yayımlanacaq

14-01-2011

Müəllimlər üçün sosial media üzrə seminar keçiriləcək

20-02-2017

Seçkilər zamanı sosial şəbəkələr bağlanacaq?

08-02-2018

SƏLIS-in təqdimat mərasimi keçirilib

30-10-2019

Osman Gündüz : Bu tip addımların bir qayda olaraq xaricdən atıldığı müşahidə olunur

06-02-2019

İnformasiya təhlükəsizliyi təlimlərinə start verildi

08-06-2015

Sosial şəbəkələrdə təhlükəsizlik qaydaları müzakirə olundu

02-05-2015

Gənclərin internet bilikləri artırılır

27-03-2013

MEDİA: Sosial şəbəkələrdə yayılan dezinformasiyalar məqsədlidir

10-04-2026

Milli kibertəhlükəsizlik məsələləri müzakirə edilib

09-06-2016

Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdinə qarşı mövzusunda dəyirmi masa keçirilib

12-09-2019

MEDİA: Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyası başlayıb

23-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə